Sizi "tox" saxlayacaq 7 qida

Yayın gəlməsi ilə birlikdə orqanizmimiz də zəifləyir. Belə mövsümdə orqanizm üçün faydalı qidalarla qidalanmaq lazımdır. Sizə köməkçi olacaq əsas qidalar:

1. Brokkoli 
Xərçənglə mübarizəyə kömək edən qida! Vitamin, lif və kalsium baxımından zəngin olan brokkoli orqanizmin zəifləmə müddətində bolca yeyilməlidir. Buxarda qaynadıb, zeytun yağı, limon tökərək yeyə bilərsiniz.

2. Yulaf əzməsi 
Son zamanlarda tez-tez eşitdiyimiz yulaf əzməsi və ya yulaf kəpəyi qan şəkərini yavaş-yavaş yüksəldərək ani aclığın qarşısını alır, lifli quruluşu sayəsində gec acmanızı təmin edir. Digər bir faydası da bağırsaq problemi olanlar üçündür. Yulaf əzməsi bağırsaqların nizamlı çalışması üçün olduqca faydalıdır. Yulafın içinə süd, darçın və bir az vanil qataraq bişirib, üstünə meyvələr əlavə edib yeyə bilərsiniz.

3. Südlü qəhvə 
Südlə hazırlanan şəkərsiz qəhvə tox qalmanızı təmin edər. İdmandan əvvəl içilən qəhvə yağların yanmasını dəstəkləyir. Təbii ki, gündə bir fincan içmək şərtilə. Yaddan çıxartmaq olmaz ki, hər şeyin çoxu zərərdir.

4. Yaşıl qabaq və ya balqabaq 
Lif baxımından zəngin olan hər iki qida faydalı qidalar arasında birinci yerdə gəlir. Vitamin baxımından zəngin olan yaşıl qabaqdan sidikqovucu kimi də istifadə olunur. Çiy balqabağı salatlarınıza qataraq da istifadə edə bilərsiniz. Balqabaq C və E vitamini, karoten, maqnezium və kalium qaynağıdır. Aşağı kalorilidir. Balqabağı az suda qaynadıb şəkər əlavə etmədən üstünə darçın səpərək yeyə bilərsiniz.

5. Alma
Zəngin lifli quruluşu sayəsində toxluq hissini uzadar və aşağı kalorilidir. Bundan əlavə, vitamin və mineral baxımından zəngin olan alma qandakı qlükoza səviyəsini tənzimləyərək enerji verir. Xüsusilə idmandan sonra istifadə etsəniz, enerji qazanmanıza köməkçi olar.

6. Ağ kələm
Lif baxımından olduqca yüksək olan ağ kələmdən həftədə bir dəfə mütləq istifadə edilməlidir. Şorbada, salatda, ümumiyyətlə, damaq dadınıza necə uyğundursa, elə istifadə edə bilərsiniz.

7. Zülal
Balıq, dəniz məhsulları, qatıq, yumurta, pendir, toyuq əti, qırmızı ət gündəlik qidalar siyasıhında olması lazım olan vacib qidalardır. Unutmayın ki, yalnız zülal və ya da karbohidratla zəngin olan qidalanma arıqlamağınıza kömək ola bilər. Lakin gündəlik olaraq hər ikisindən də balanslı bir şəkildə qidalanmalısınız. Zülal xəstəliklərə maneə törədib sağlam arıqlamağınızı təmin edər.

1 şərh