İsti havalarda rahat yatmaq üçün nə etmək lazımdır?

İsti havalarda yuxu problemləri artır. Xüsusi ilə havasız gecələrdə yatmaq demək olar ki, imkansızdır.
Rahat yatmaq üçün hər şeydən əvvəl havası yaxşı olan yer seçmək lazımdır. İstiyə qarşı çox həssas olanlar yataq otağında kondisionerdən istifadə edə bilər. Ancaq bu zaman olduqca diqqətli olmaq lazımdır. Çünki nəzarətsiz kondisionerdən istifadə sizi rahatlatmaq əvəzinə daha çox problem yarada bilər. Kondisionerlərin filtrləri daha tez-tez təmizlənməli, temperatur 24-25 dərəcədən aşağı salınmamalıdır.

İnsanlar ən azı aldıqları paltar qədər yataq və örtüklərinə də diqqət etməlidirlər. Nəinki yayda, ilin bütün fəsillərində yataq dəstinin pambıqdan olması şərtdir.
Keyfiyyətli yay yuxusu üçün daha bir diqqət yetirilməli məsələ yeməkdir. Son yeməklə yuxu arasında ən azı 3 saat fərq olmalıdır. Yağlı, qızartma, acı, turş qidalardan qaçmaq lazımdır.

Yatmamışdan öncə duş qəbul etmək də rahat yuxuya getməyə kömək edir. Əgər yatmağa gedərkən duş almaq imkanınız yoxdursa baş, əl və ayaqlarınıza sərin su vurun. Yatarkən bədəninizin sərin qalmasını istəyisinizsə, bu nahiyələri açıq qoyun.

Rahat yatmaq üçün bütün qabaqlayıcı tədbirlərə baxmayaraq, əgər yayda yuxu ilə bağlı aşağıdakı problemləriniz varsa onda həkimə müraciət edin:
— Yuxuya getməkdə çətinlik çəkir və ya keyfiyyətsiz yatırsınızsa,
— Necə saat yatmağınızdan asılı olmayaraq özünüzü səhər yorğun hiss edirsinizsə və ya yuxudan durmaqla bağlı probleminiz varsa,
— Yuxuda nəfəs almaqda çətinlik çəkirsinizsə,
— Gecə yatmamışdan öncə ayaqlarınızda ağrı, narahatlıq hiss edirsinizsə.

14 şərh

Ferbara
Ən yaxşısı, balkonda, açıq havada, miçətkən altında yatmaqdı. Amma səhərə yaxın hava sərinlədiyinə görə yanınıza nazik adyal qoymaq olar. :) Yoxlamışam, əladı. :)
Someone
:)) Eladır olmasın da… bizdə balkon yoxdu :((
Ferbara
Açıq pəncərə qarşısında da miçətkən qurub yatmaq olar. :)
Someone
Pəncərə onsuz açıq olur balkonunu yerini verməz
Ferbara
Özü də bu cür boş yox,



belə tarım olmalıdı:

 

Çünki miçətkən tarım olanda hava içəriyə daha rahat keçə bilir.
velili_hemide
Satışda belə çarpayılar var?
Ferbara
Çarpayı lazım deyil, Həmidə. Miçətkən lazımdı sənə. :) Var satışda.
velili_hemide
Miçətkən nədi axı?
Ferbara
Miçətkən çarpayının üstündən asılan torun adıdı. Rusca порог deyilir. Adamı ağcaqanaddan, milçəkdən və s. zəhlətökən böcəklərdən qoruyur. Əslində milçək sözündən yaranıb.
Ferbara
Üzr istəyirəm, səhv yazmışam. Rusca полог deyilir.
velili_hemide
Bildim. Təşəkkürlər :)
 
Someone
Mən bu miçətknin adını bilmirdim düzü :))
pascal
Bütün işlər qaydasında gedəndə elə rahat yatıram ki… Vay o gündən ki, əksi olur. Yata bilənə aşk olsun. ;)
Someone
O da doğru yaa miçətkən olumuyu nə olur olsun fikir edecek bir şey oldusa, yuxuya keçmək əzab olur.