İdmançıların həyat mənbəyi

İdmançılar daim gümrah qalmalarını fiziki fəallıqla yanaşı, həm də xüsusi qidalanmaya borcludur. Xüsusilə vitamin və mineral qaynağı olan içkilərə. 

Sadə ev şəraitində hazırlaya biləcəyiniz bu içkilər bədəndəki vitamin çatışmazlığını rahat aradan qaldıracaq, damaq dadınızı dəyişəcək. 

Xiyar, ispanaq, qırmızı bibər, razyana 
Xiyardakı su yay aylarında itirdiyimiz suyu bərpa etmək üçün son dərəcə faydalıdır. Qaz və mədə problemi olanlar üçün yaxşı vasitədir.
 

Nanə, Kələm, Limon 
Bu qarışıq həzm sistemimizi tənzimləyir, vitamin əksikliyini aradan qaldırır. Xusüsilə nanə mədə əzələlərini rahatlaşdırır. 

İspanaq, cəfəri, kərəviz, xiyar, zəncəfil, limon 
A, C, K vitaminləri ilə zəngin olan bu içki idmandan sonra əzələ ağrılarını azaldır. 

0 şərh