Qış fəslində sağlam qalmağın sirrləri

Qış fəslində xəstələnməmək üçün nələri etmək lazımdırYəqin ki qış vəslində coxunuz xəstələnirsiz. Qış fəslində bu məsləhətlərə əməl etsəniz, xəstələnməyəcəksiniz, əhvalınız yüksək olacaq, qara ciyəriniz ağrımayacaq və nəhayət, üzünüzdən təravət yağacaq.

Qara ciyər üçün

B-8 vitamini müasir insan üçün olduqca vacibdir. Digər adı inozitol olan bu maddə qara ciyəri alkoqolun, dərman vasitələrinin (antibiotik və hormonal vasitələr) zərərli təsirlərindən qoruyur. İnozitol, həmçinin qara ciyər ətrafında piy qatının yaranmasının qarşısını alır. 

Bədəndə inozitol çatışmazlığı qan təzyiqi və həzm pozğunluğuna səbəb olur. Brokkoli kələmi bu maddə ilə zəngindir. 

Dəri üçün

B-10 vitamini və ya paraaminobenzoy turşusu insan dərsini ətraf mühitin zərərli təsirlərindən qoruyur. Soyuqdəymələr dövründə bu maddəni qəbul etmək önəmlidir. Maddə bədəni infeksiyaların qarşısını alan qoruyucu zülal interferonun formalaşmasına yardım olur. 

Qoz, yumurta sarısında bu maddə zəngindir. 

Əhvalın yaxşı olması üçün 

Qışda küçələr qaranlıq və və soyuq olanda insan əhvalı ciddi səbəb olmadan yüksələ bilmir. İşdə heç bir iş görməyə həvəs olmur. Hər şey olduğu yerdə qalır. Hər şeyin səbəbi B-1 vitamini çatışmazlığıdır. Bu vitamini daima bərpa etmək lazımdır. 

Noxud, lobya, ispanaq, qarabaşaq yarması, mal əti, yumurta kimi qidalar B-1 vitamini ilə zəngindir. 

Zəkanın və bədənin gümrahlığı üçün 


Bu vitaminin adını dilə gətirmək çox çətindir — siankobalamin. B-12 adı ilə də məşhurdur. Funksiyası isə sadə və anlaşılandır. Qandakı oksigenin miqdarını artırır, insanı anemiyadan xilas edir. Qışda hava daha çox çirkli olduğu üçün qanda oksigenin miqdarı azalır. Bu, insanın gümrahlığına da mənfi təsir göstərir. 

Göy soğan, süd məhsulları, ördəyin qara ciyərində bu maddə zəngindir. 

Mənbə: milli.az

1 şərh

Shabnam_Ilham
Oxuya-oxuya ümid edirdim ki, qidaların içində qara ciyər olmaz. Amma ümidlərim puç oldu :( Sağ olsunlar sonda ördəyin qara ciyərini də əlavə ediblər :D