Səssizlik arıqladır

Yeməyinizi yeyərkən bir tərəfdən də televiziya izləməyimi sevirsiniz? Yoxsa dostlarla söhbət etmədən yemək sizə darıxdırıcımı gəlir? Ən azından arxa fonda musiqi olmalı deyirsinizsə bunu dinləyin: Bəlkə də sizə lazım olan yalnız səssiz şəraitdə yeməkdir ...

“Food Quality and Preference” jurnalının apardığı araşdırmaya görə, iki nəfərlik səssiz bir yemək masası yalnız mühiti gözəlləşdirməklə qalmır, yeməyin ləzzətini daha yaxşı hiss etmənizi təmin edir. İnsanlar səs-küylü bir mühitdə yediyi yeməyin dadını, səssiz bir mühitdə yediyinə görə daha az ayırd edir. Araşdırmanın müəlliflərindən biri olan, İngiltərədəki Manchester Universitetindən Doktor Ellen Poliakoff qeyd edir ki, arxa plandakı səs-küylər diqqətinizi yayındırır, dərin dad alma duyğularını uzaqlaşdırır. Bu vəziyyətdə də boşqabınıza duz əlavə edir və ya əlinizi zərərli ekstralara uzadırsınız.

Qabınızda hər nə varsa, dadına hiss edərək səssizlik içində yeyin. Yeməyi sevgilinizlə birlikdə hazırlayıb və birlikdə süfrəyə otursanız çox daha yaxşı olar. Belə ki, bu vəziyyətdə özünüzü daha xoşbəxt hiss edəcəyiniz üçün daha az yeyəcəyinizə zəmanət verə bilərik. 

Hazırladı: MushviG.H

3 şərh

_BUMERANQ_
Tv izləyərək yemək yeməyin kökəlməyə səbəb olduğu haqda əvvəllər də oxumuşdum. Diqqətin paylanması, tv-ə başın qarışıb çox yemək və yediyinin dadının belə tam fərqinə varmamağın nəticəsi. Sağlam psixologiya da, orqanizm də bir işə diqqət yetirməyi tələb edir, biz isə 4-5 yerə bölünürük.
Ferbara
Uşaq vaxtı baba bizi yemək yeyəndə danışmağa qoymurdu. :) Eləcə də validideynlərim «yemək yeyəndə danışma» deyirdi. Köhnə adətlər unudulur yavaş-yavaş, ya da sürətlə. :)
Rusların da bir sözü var idi: Когда я ем, я глух и нем. (Yemək yeyəndə mən kar və lalam.) 
Melek_
Yemək yeyərkən mubahisə etmək olmaz.Əgər, belə hallar bir neçə dəfə təkrar olunarsa, onda belə insanlarda, geci — tezi mütləq mədə yarası — mədə xorası  xəstəliyi yarada bilər.