İdeal səhər yeməyi

Bir çox diyetoloqlar səhər yeməyi nahar və şam yeməyindən daha vacib hesab edir. Yuxu zamanı qanda şəkərin səviyyəsi aşağı düşür və enerji azalır. Bu səbəbdən səhər orqanizmin enerji balansını normaya salmaq lazımdır. Məhz buna görə səhər yeməyi yeyən insanlar daha fəal olur. Səhər yeməyi bədən çəkisini normada saxlamağa kömək edir. Sübut olunub ki, səhər yeməyi yeyən insanlar səhər yeməyindən imtina edənlərlə müqayisədə gün ərzində daha az yeyir. Həkimlərin fikirinə görə səhər yeməyi piyləmə, şəkərli diabet, ürək-damar sistemi xəstəlikləri, o cümlədən infarkt və insultun qarşısını alır, beyinin fəaliyyətini stimullaşdırır, əlavə enerji verir.

Diyetoloqların fikirinə görə, ideal səhər yeməyi bu kimi məhsullardan ibarət olmalıdır:
— taxıllar (sıyıqlar, çörək)
— meyvə və tərəvəzlər
— süd məhsulları
— yumurta.

İdeal səhər yeməyin menyusunun variantları:
— sıyıq təzə meyvələrlə və ya meyvə quruları ilə (məsələn, gerkules sıyığı giləmeyvələrlə və ya kişmişlər, ərik qurusu ilə və s. )
— tərəvəz salatı + 1 tikə çörək
— süd məhsulları + meyvələr

İçkilərə gəldikdə isə diyetoloqlar səhəri çay və ya qəhvə ilə başlamağı tövsiyə etmirlər. Oyandıqdan dərhal sonra kiçik qurtumlarla 1-2 stəkan təmiz su için, 30 dəqiqədən sonra səhər yeməyi yeyin. Daha 1 saatdan sonra çay və ya qəhvə içə bilərsiniz.

0 şərh