Ən faydalı mürəbbələr

Rusiyanın məşhur «Zdorovye» jurnalı ən faydalı və müalicəvi mürəbbələrin siyahısını tərtib edib:

Moruq mürəbbəsi — iltihab və mikrobəleyhinə təsir edir, hərarəti salır. 

Heyva mürəbbəsi — ürək-damar sistemi və qalxanvari vəzi üçün faydalıdır.

Zoğal mürəbbəsi -soyuqdəymə xəstəlikləri, mədə pozulmaları, böyrək daşı xəstəliyi zamanı yaxşı kömək edir.

Qoz mürəbbəsi — ürək üçün faydalıdır, qalxanvari vəzi xəstəlikləri zamanı əsl təbii dərmandır, aterosklerozun profilaktikasında istifadə olunur.

Qara qarağat mürəbbəsi — avitaminoz, ürək və damar xəstəlikləri, bronxit zamanı faydalıdır, qanın tərkibini yaxılaşdırır. 

Quşüzümü mürəbbəsi — güclü mikrob və iltihab əleyhinə təsirə malikdir. 

Çaytikanı mürəbbəsi — immun sistemi möhkəmləndirir, həzmi yaxşılaşdırır, qaraciyərin sağlamlığına müsbət təsir edir. 

Zirinc mürəbbəsi — iltihabəleyhinə və hərarətsalan təsirə malikdir, təbii polivitamin vasitədir.

0 şərh