Qlikemik indeks nədir?

Qlikemik indeks – hər hansı bir məhsulun qəbulu zamanı qanda qlükozanın səviyyəsinin yüksəltmə dərəcəsidi. Etalon olaraq şəkərin indeksi götürülür və 100% – ə bərabərdir. Qlikemik indeksi 60% dən çox olan məhsullar – yüksək qlikemik indeksli məhsullar hesab olunur.

Bundan başqa – İnsulin indeksi anlayışı da var.

İnsulin indeksi – hər bir məhsulun qəbulu zamanı insulinin səviyyəsinin yüksəlmə dərəcəsidir. Bir çox məhsullarda Qİ (qlikemik indeks) = İİ (İnsulin indeksi)

Amma bir sıra məhsullar (süd məhsulları, ət, balıq) var ki, onların İnsulin indeksi qlikemik indeksindən yüksəkdir.

Bu nə deməkdir?
İnsulin rezistentliyi çox olan pasiyentlər İnsulin indeksi yüksək olan məhsulladan az miqdarda istifadə etməlidirlər. Bu da o deməkdir ki, karbohidratsız ara öyünlər insulinin yüksəlməsinə səbəb olur.

İnsulin terapiyasında olan çəkər xəstələrinə məhsulların insulin indeksini bilmələri çox kömək olacaq. Belə ki, insulinə olan ehtiyacını ödəyə biləcəklər.

Əzələ kütləsi artıran atletlərər də həmçinin bu məhsullar əksinə faydalıdır. Odur ki, əziz xanımlar sizlər bəzən – “mən düzgün qidalanmanı bilirəm və düzgün qidaları yeyirəm, məsələn süd məhsulları, ət, balıq, tərəvəz, meyvə, amma arıqlaya bilmirəm” dedikdə, mən məhz o səbəbdən təkrarlayıram ki, qida hər kəsə fərdi şəkildə, yəni orqanizması, xəstəlikləri nəzərə alınaraq yazılır. 

Məsələn: süd məhsullarının insulin indeksi qlikemik indeksdən 3-5 dəfə yüksəkdir. Bu da o deməkdir ki, həmin məhsulların qəbulu situasiyaya, miqdarına və saatına görə hər pasiyent üçün fərqli yazılır. Bir daha qeyd edirəm, hər kəsə şamil olunmur!

Dr. Azay Musayeva

0 şərh