Yeməkdən sonra bunları etməyin

Bir çox insan yeməkdən sonra uzanır, film izləyir yaxud yatır. Ancaq yeməkdən sonra bunları etmək sağlamlığa mənfi təsir edir. Yeməkdən sonra bunları etməyin:

Yatmaq
Əgər insan yeməkdən dərhal sonra yatmağa uzanırsa qarın köpü mümkünlüyü artır. Araşdırmalara əsasən, yatmağa çox qalmış yeyən insanlarda insult riski aşağıdır. Yatmağa bir neçə saat qalmış yemək məsləhətdir.

Siqaret
Yeməkdən sonra siqaret orqanizmi kanseroqenlərlə daha çox zəhərləyir. Bir neçə saat gözləmək vacibdir. Tədqiqatlar göstəribki, yeməkdən həmən sonra bir siqaret çəkmək 10 siqaretə bərabərdir.



Meyvə yemək
Həkimlər meyvəni yeməkdən əvvəl yeməyi məsləhət bilirlər. Bu meyvələri həzm etmək üçün böyük həcmdə fermentlərin gərəkliyi ilə əlaqədardır.

Duş qəbul etmək
Duş əllərdə və ayaqlarda qan axınını artırır, bu isə mədəyə qan axınını azaldır. Nəticədə həzm sisteminin işində problemlər yaranır, mədədə ağrı riski artı.

Çay içmək
Yeməkdən sonra çay orqanizmin dəmiri mənimsəməsinə maneə olur. Çayda olan tantin yeməkdəki zülal və dəmirlə əlaqəlidir. Bu dəmirin səviyyəsinin düşməsinə səbəb olur. Dəmir çatışmamazlığı anemiyaya, zəifliyə, yorğunluğa və başgicəllənməsinə səbəb ola bilər.

0 şərh