Nişinin 6 qaydası

Кацудзо НишиCansağlığı ilə bağlı 70.000 ədəbiyyat oxuyan görkəmli yapon alimi Katsudzo Nişi bunlardan yalnız 362-sini məqbul sayaraq, 6 Qaydadan ibarət olan öz dahiyanə Sağlamlıq Sistemini yaratmışdır. Özündə qaçışı (qaçmadan), masajı (masaj etmədən), həm də Yoq sistemini birləşdirən bu qaydalara gündə iki dəfə (səhər-axşam) əməl edən və düzgün qidalanan hər kəs bütün xəstəliklərdən,həmçinin, “əsrin bəlası” kimi çox bədheybət ad qazanmış xərçəngdən ömürünün sonunadək ehtiyat etmiyə bilər.

BİRİNCİ QAYDA: düz və bərk yataq
Sağlam olmaq və uzun ömr sürmək istəyən hər kəsin çarpayısı o dərəcədə düz və bərk olmalıdır ki, onu incitməsin. Üstünüzə saldığınız örtük o dərəcədə nazik olmahdır ki, üşüməyəsiniz. Yataqda arxası üstə və düz uzanmağa nail olun. Təbiidir ki, uzun illərin pis vərdişindən yaxa qurtarmaq asan olmayacaq. Bir müddət əzab çəkəcəksiniz: yuxunuz qaçacaq, dərhal yan üstə çönməyə cəhd göstərəcəksiniz. Amma,mənə inanın,əzab çəkməyinə dəyər. Bunun mükafatı şirin yuxu, sağlam bədən və sağlam ruh olacaq. İlk vaxtlar arada hərdən bir yan üstə çevrilə bilərsiniz. Amma bunu edəndə qəddinizi bükməyin, büzüşməyin,ən başlıcası isə özünüzü yenidən arxası üstə uzanmağa məcbur edin. Gec-tez vəziyyətə alışacaqsınız. Soruşa bilərsiniz: bunun sağlamlığa nə dəxli var?

Əvvəla, düz uzanarkən bədənin bütün hissələri yükü bərabər şəkildə bölüşdürür,bir əzaya çox, digərinə az ağırlıq düşmür, qan bədənə rahat yayılır. İkincisi, əzələlər yumşalır. Üçüncüsü, ayaq üstə qalarkən, yaxud iş masası arxasında əyləşərkən əyilən, yerindən oynayan fəqərələr imkan tapıb düzələcək.Bundan əlavə, bərk yataq dərinin öz funksiyasını düzgün yerinə yetirməsinə şərait yaradır, qara ciyəri süzülüb lırt vəziyyətə düşməyə qoymur. Bədənin üst qatlarında yerləşən venalar qanı geri, ürəyə tərəf rahat qovur. Bu da, öz növbəsində, qara ciyərin fəal işləməsini təmin edir. Nəticədə,gün ərzində bədənə yığılan gərəksiz maddələr buradan kənar edilir. Lakin iş bununla bitmir: hərəkətverici sinirlər müxtəlif təzyiqlərə və gərilmələrə mə’ruz qalmır, bütün gecəni dincəlir. Yoğun bağırsaq isə qəbizlik kimi böyük bir bəladan azad olur. Yada salaq ki, insan qədim zamanlarda dörd ayaq üstə gəzib. O vaxt insanın fəqərə sütünü üfüqi şəkildə formalaş-mışdı.

Belə fəqərə sütunu hər hansı bir təzyiqə, stresə, gərginliyə asanlıqla tab gətirirdi. İnsan dik gəzəndən sonra bir sıra dinamik çətinliklər baş verdi və fəqərə sütunu orqanizmin ən kövrək, ən tez sıradan çıxan hissəsinə çevrildi. İnsanın fəqərə sütunu (can evinin dirəyi) 33 fəqərədən ibarətdir. Bir-birinin üstündə yerləşən bu fəqərələr vahid sütun əmələ gətirsələr də, öz funksiyalarına görə 5 qrupa bölünürlər: yuxarıdakı 7 fəqərə-boyun fəqərəsi, sonrakı 12 fəqərə-döş (yaxud torakal) fəqərəsi, aşağıdakı 5 fəqərə-qurşaq fəqərəsi, bitişib üçbucaq əmələ gətirən daha 5 fəqərə-çanaq fəqərəsi və sonuncu 4 fəqərə-büzdüm fəqə-rəsi adlanır. Ayrı-ayrı fəqərələrin birləşərək əmələ gətirdiyi borunun içində onurğa beyini (spinnoy mozq) yerləşir.

Hər fəqərənin ortasında 2 yan çıxıntısı olur ki, bunlar fəqərəni zərbədən qorumaq funksiyasını daşıyır. Fəqərənin hər tərəfində kiçik yarıqlar, yaxud fəqərəarası kanal yerləşir. Buradan sinirlər və qan damarları çıxır. Onlar hər hansı bir dəyişikliyə qarşı çox həssasdır. Bu cür həssas əsəb və qan damarları bədənin hər tərəfınə yayılır. Hər bir fəqərə çox asanlıqla ümumi sütundan aralana, yaxud sıradan çıxa, sürüşüb yana əyilə bilər. Bütün bunların hamısına burxulma deyilir. Fəqərə burxularkən əsəbləri və qan damarlarını sıxır. Bu vaxt əsəblərin ucları öz funksiyasını düzgün yerinə yetirə bilmir.

Nəticədə müxtəlif xəstəliklər baş qaldırır. Məni 30 il ərzində zəlil edən “Bexteryev xəstəliyi” də məhz zədələnmiş boyun fəqərəsinin siniri və qan damarını mütəmadi sıxması ilə bağlıdır. Müxtəlif fəqərələrin zədələn-məsi(burxulması)-müxtəlif xəstəliklər törədir. Nişi yazırdı: «Burxulma 4-cü fəqərədə baş veribsə, çox ehtimal ki, gözünüz, üzünüz, boynunuz, ağ ciyəriniz, diafraqma, qara ciyəriniz, ürəyiniz, dalağınız, dişləriniz, boğazınız, burnunuz, qulaqlarıınz zədələnəcək».

Fikir verin: bir fəqərənin zədələnməsi neçə növ xəstəlik törədir! Buna görə də fəqərələrinizə hər gün qulluq edin. Ağ ciyəriniz və plevranız sizi incidirsə, yəqin bilin, 2-ci döş fəqərəsi burxulub. Nişinin çoxşaxəli tədqiqatları belə bir faktı da üzə çıxartdı: burxulmaya ən çox meylli olan 1-ci və 4-cü boyun, 2, 5 və 10-cu döş fəqərələri, 2-ci və 5-ci qurşaq fəqərələridir. Lakin fəqərələrin hər biri burxula və zədələnə bilər. Bunları yazmaqda məqsədim odur ki, hər kəs bilsin: bizim sağlamlığımız həm qidadan, həm də fəqərə sütununun vəziyyətindən asılıdır. Məhz buna görə də düz və bərk çarpayı lazımdır ki, fəqərə sütunu üfüqi vəziyyətdə qalsın və əziyyət çəkməsin. Gündüzlər isə başı dik tutub gəzmək, oturmaq və iş görmək lazımdır. İnsan yatanda da, yol gedəndə də, masa arxasında iş görondə də, çörək yeyəndə də, televizora baxanda da, bir sözlə, hər vaxt fəqərə sütununun qeydinə qalmalıdır.

Nişi xəbərdarhq edirdi: «Əgər yumuşaq yataqda xumar-lanmağı xoşlayan adam öz əsəblərinin atrofiya olmasına və iflic vəziyyətə düşməsinə imkan verirsə, xəstəliklər də’vət gözləmə-dən, onun qapısını döyəcəklər». Çünki əsəb telləri sıxılarkən qara ciyərin sekresiyası pozulur, bu da qantəmizləmə işinin pis aparılmasına səbəb olur, qan zibillənir və çirklənmiş qan bütün bədəndə dövran edir.Bunun nəticəsində-hüceyrələr kütləvi şəkildə qırılır, ayrı-ayrı orqanlar sıradan çıxır. Bərk və düz yataq həm də dərinin öz funksiyasını düzgün yerinə yetirməsi üçün şərait yaradır. Dəri isə orqanizmə oksigen və azot buraxan, şlakları və sidik materialını orqanizmdən kənarlaşdıran milyonlarla borulardan ibarətdir. Orqanizmin 25 faizini təşkil edən dəri pis işləyəndə, hər şeydən öncə, qara ciyər sıradan çıxır. Düz yataq-yoğun bağırsağın yaxşı işləməsi deməkdir. Nişi Sistcminin birinci Qaydası bizə azar-bezardan yaxa qurtarmaqla bərabər, heç vaxt xəstələnməmək şansı da verir. Ona əməl edən həm də qamətli və yaraşıqlı olur,qocalmır. Aqillər çox gözəl buyurub: Qanı qoruyan-canı qoruyur.

İKİNCİ QAYDA: bərk və balaca yastıq
İradənizi toplayıb «əlvida yumuşaq yataq» deyə bilsəniz, «əlvida yumuşaq balış» deməyi də unutmayın. Çünki yatarkən təkcə bədənin düz vəziyyətdə olması kifayət deyil, boyun fəqərələri də düz olmalıdır. Odur ki, iri və yumşaq balışı cibində dava-dərman gəzdirməyi xoşlayanlara bağışlayın, özünüz isə mehrinizi bərk və balaca yastığa salın. Onu taxtadan, parçadan, pambıqdan və s. düzəltmək olar. Belə yastığı boyunun altına qoyub arxası üstə yatmaq lazımdır. Baş döşəyə toxunmasın və çox hündürdə qalmasın, döşəkdən bir barmaq enində aralansa kifayətdir. Təbii ki,ilk gecələr pis yatacaqsınız, tez-tez yan üstə çevriləcəksiniz. Yalnız bu halda rahatlıq tapacaqsınız. Lakin bu rahatlıq sizə baha başa gələcək: xəstəlik yaxanızdan əl çəkməyəcək.

Soruşa bilərsiniz: özümə nə üçüın əziyyət verməliyəm?
Sualın cavabı belədir: Birinci Qayda kimi, bu Qayda da zəngin elmi əsaslar üzərində qurulub və özündə çoxlu dəyərli elementlər cəmləyib. Elmə bəllidir ki, burun divarı daxili orqanların reflektor tə’sirini stimullaşdıran mənbədir. O, müxtəlif reflekslərin mərkəzini cəmləşdirir. Odur ki, divarın müxtəlif nöqtələrinə tə’sir göstərməklə bir çox xəstəlikləri müalicə etmək olar. Yadınıza salın: «ürəyi gedən» adamın burnuna naşatır spirti verərkən, dərhal özünə gəlir. Müəyyən edilib ki, burun divarı bütün daxili orqanların fizioloji mütənasibliyinə nəzarət edir. Bir çox xəstəliklər (astma, mioma, ürək arteriyasının gərilməsi, cinsi və endokrin orqanların xəstələnməsi, süzənək, aybaşı zamanı baş verən ağrılar, qəbzlik, diafraqmanın zəyifləməsi, mə’dənin və ciyərlərin xəstələnməsi, qulaq ağrısı, əsəbilik, gərginlik və s.) burun divarının vəziyyəti ilə bilavasitə bağlıdır. Professor K. Nişi sübut edib ki, başının altına bərk yastıq qoyan adamın burun boşluğunu müalicə etməyə ehtiyacı qalmır. O yazırdı: «Beyin təkamülü iybilmə hissinin inkişafı ilə bağlıdır, onun nəticəsidir. Çünki bütün orqanlar burun divarı ilə sıx bağlıdır». Bərk yataqdan istifadə etmək-burun divarının normal işləməsi üçün gözəl şərait yaradır və xəstəliklərin qarşısını alır.

Geniş yayılmış bir yapon məsəlində deyilir: «Əyilmiş boyun-gödək ömürün nişanəsidir». Alman həkimi Parma tədqiqat apararkən aydın olub ki, dişi ağrıyan adamların, demək olar, hamısında 3-cü və 4-cü boyun fəqərələri burxulmuşdur.Bərk yastıq-beyin damarlarının aterosklerozunu müalicə edir və beyində qan dövranını yaxşılaşdırır, beyin damarlarında kristala çevrilməkdə olan zərərli maddələri əridir. Bərk yastıq həm də ona görə lazımdır ki,böyük yastıqda yatarkən boynunuz əyilir, ağzınız açıq qalır, nəfəsi ağızdan alırsınız, odur ki, boğazınız ağrıyır. Bəzən də başınız yastıqdan düşür. Bu da pis nəticə verir. Məlumat üçün deyim ki, Nişi öz yastığını ağacdan hazırlamışdı. M. Qoqulan isə pambığı dürmək kimi bükmüş, üstünə at tükü sarımışdır. Mən də ağaca üstünlük vermişəm. Məsləhət görürəm ki,ilk vaxtlar məhrabanı,yaxud digər pambıq parçanı dürmək kimi yumrulayıb,iplə(sapla) sarıyasınız,boynunu –zun altına qoyub yatasınız və tədricən özünüzü daha bərk yastığa alışdırasınız.

Burun divarındakı sinirlərin orqanlarla əlaqəsi və bu əlaqə pozulduqda baş verən xəstəliklər: 1-qızdırma, astma, mioma, 2 – ürək arteriyasının gərilməsi, 3 – cinsi orqanların xəstələnməsi, 4- endokrin sisteminin xəstələnməsi, 5 – süzənək, 6 – aybaşı ilə bağlı narahatlıqlar, sağrı sümüyün ağrıması, işias, 7 – enterit, qəbzlik, 8 – diafraqmanın zəyifləməsi, ağ ciyər və qara ciyər xəstəlikləri, 9 – böyrək xəstəlikləri, 10 – mə’də xəstəlikləri, 11 – qara ciyər xəstəlikləri, 12 – qulaq ağrısı, baş gicəllənməsi, 13 – əsəbilik, narahatlıq.

ÜÇÜNCÜ QAYDA:“qızıl balıq” təmrini
Artıq biz sizinlə düzgün qidalanmaq qaydalarını da bilirik, düzgün yatmaq qaydalarını da. İndi qalır «hərəkət-bütün dərmanları əvəz edir, amma bütün dərmanlar hərəkəti əvəz edə bilmir» kəlamınm dürüstlüyünü araşdırmaq. Professor Nişi bu kəlamı hələ XX əsrin əvvəlində sınaqdan keçirib və bu sadə həqiqəti təsdiq edib. Alim onu da sübuta yetirib ki, heç də bütün hərəkətlər şəfa vermir. Əksinə, elə hərəkətlər var ki, qaş qayıran yerdə, vurub gözü də çıxardır.Yalnız qanı saflaşdıran və qandövranını yaxşılaşdıran hərəkətlər müalicəvi əhəmiyyət kəsb edir. Nişi saflaşdırıcı hərəkətləri 4 təmrində düzmüş və birincisinə «Qızıl balıq» adı vermişdir.

Maraqlıdır: nə üçün məhz «qızıl balıq»? Yapon əyalətlərinin birində balığı diriltmək üçün qəribə bir üsuldan istifadə edirlər: balığın quyruğundan tutub onu əsdirərək, suya salıb çıxardırlar. Nişi öz təmrinlərindən birinə «qızıl bahq» adı verənə qədər bu oyunun mə’nasını kimsə aça bilmirdi. Nişi bu hərəkətin orqanizmin yaşamaq qabliyyətini artıran bir hərəkət olduğunu anladı və ilk məşqini balıq çabalamasına (vibrasiya) bənzətdi. Bu dəyərli təmrin aşağıdakı qaydada həyata keçirilir.

1. Arxası üstə döşəməyə (yaxud bərk çarpayının üstünə) uzanın. Ayaqlarınızı mümkün qədər çox qabağa uzadın, pəncələrinizi tavana perpendikulyar şəkildə cütləyin. Əllərinizi başınızın üstündən geri atın. Bədəninizi tarım dartıb «simə» döndərin. Sağ dabanı yerə dirəyib, bədəninizi aşağı dartın və eyni vaxtda bədəni əllərlə əks istiqamətdə dartın. Hər dəfə bunu edərkən 7-yə qədər sayın. Eyni hərəkəti sol dabanla da edin. Hər dabanla 10 dəfə dartmaq lazımdır. Məqsəd – burxulmuş fəqərələri dartıb öz yerinə salmaq və düzəltməkdir.

2. Qollarınızı dirsəkdə büküb, əllərinizi boyunun altına qoyun.Pəncələri cütləyib,tavana perpendikulyar şəkildə saxlayın. Dabanları, çanağı və kürəkləri yerə sıxın.Fikirinizi cəmləyib məşqə başlayın.Cüt ayaqları sağa, başı isə sola tərəf hərəkət etdirin. Fəqərə sütunu tərpənmir. «Vibrasiya»nı sür’ətlə etmək lazımdır. Vaxt: 1-2 dəqiqə. Yaxud 120-240-ə qədər saymaq. Vaxtı uzatmaq da olar «Qızıl balıq» bizə nə verir? Fəqərə sütununun əyilməsi 2 formada baş verir: kifo-lordoz forma və skolioz forma. Kifolordoz sağlamlıq üçün daha təhlükəli forma sayılır. Bunlar necə baş verir? Bədən uzun müddət qeyri-normal vəziyyətdə qalanda fəqərələr əyilir və bu şəkildə bərkiyir. «Qızıl balıq» təmrini belə əyilmənin tədricən aradan götürülməsi üçün şərait yaradır.

Əyilmə ləğv olunur, nəticədə, qan dövranı yaxşılaşır, əsəb sistemi qaydaya düşür. Nişi izah edir ki, fəqərələrin əyilməsi peşədən və məşquliyyətdən asılıdır. Müxtəlif peşə xəstəlikləri mövcuddur. Məsələn, peşəkar idmançının, bir qayda olaraq, ürəyinin sol tərəfı genişlənmiş olur. Çünki idmançı qaçarkən ürək nasos kimi, yalnız sol tərəfı ilə işləyir. Nə qədərki idmançı məşq edir, sağlamlıq üçün təhlükə yoxdur. İdmanı atandan sonra ürəyin genişlənmiş hissəsi torba tək süzülür, lırt olur, bu da başqa fəsadlar verir. Nəticədə: keçmiş idmançı plevrit xəstəliyinə tutulur.

Rəqsi atan balerinanın isə, adətən, ayaqları ağrıyır. Yazı masası arxasında çox oturanların da “özəl” xəstəliyi var. Makinaçılar və çertyoj çəkənlər, adətən, qulaq ağrısından, burun, boğaz, mədə xəstəliyindən, cinsi orqanların xəstəliyindən şikayət edirlər. Çəkməçilər – böyrək, ürək, ağ ciyər xəstəliklərinə mübtəla olurlar. Bütün bunlar göstərir ki, xəstəliklərin əksəriyyəti fəqərə sütununun vəziyyəti ilə bağlıdır. «Qızıl balıq» fəqərə sütununun düzəlməsinə kömək edir. Nəticədə, bütün orqan və sistemlərin funksiyası qaydaya düşür, xarici (parasimpatik) və daxili (simpatik) əsəb sistemlərinin işi tənzimlənir, qan dövranı yaxşılaşır, orqanizmin hər bir hüceyrəsi qanla daha yaxşı tə’min olunur, adamın qaməti düzəlir, adam cavanlaşır. Bununla yanaşı, yoğun bağırsağın, qara ciyərin, böyrəklərin, dərinin, ürəyin, beyinin fəaliyyəti yaxşılaşır. Biz heç vaxt ağlımıza gətirmirik ki, bişüur itlər, sağlamlıq barədə heç bir ədəbiyyat oxumasalar da, Nişinin Sistemi ilə yaşayırlar: bərk yerdə uzanıb yatırlar,başlarını bərk yerə qoyurlar, yuxudan duran kimi yaxşı-yaxşı dartınıb, fəqərə sütununu düzəldirlər, başlarını silkələyirlər, bədənlərini «vibrasiya» edirlər. Qardan, yağışdan, şaxtadan, çovğundan zərrə qədər ehtiyat etmirlər. Küçədəki sahibsiz itin xəstələnməsi nadir hadisə sayılırsa,tövlədə,hində insan tərəfindən bəslənilən malın, davarın, toyuq-cücənin xəstələnməsi adi haldır. Çünki ev heyvanları, çöl heyvanlarından fərqli olaraq, təbii şəraitdə deyil, sahibləri kimi, sün’i surətdə yaradılmış kamfortda yaşayırlar. Onların orqanizmindəki şəfaverici mexanizm tədricən kütləşir, işləmir. Bu mənada ev heyvanlarını insanlara birləşdirən bir cəhət var: kamfort üzərində cücərən xəstəlik və onun acı nəticəsi.

DÖRDÜNCÜ QAYDA: kapilyarların qidalanması
Arxası üstə döşəməyə uzanın. Boynunuzun altına bərk yastıq qoyun. Əllərinizi və pəncələrinizi bir-birinə yapışdırıb, ikisini də paralel şəkildə göyə qaldırın. Pəncəniz tavana paralel olmalıdır. Bu vəziyyətdə əllərinizi və ayaqlarınızı əsdirin (vibrasiya edin). Vaxt: 1-3 dəqiqə. Yaxud 120-360-dək sayın. Bu təmrinin hikməti nədədir? Yada salaq: klassik tibb elmindən fərqli olaraq, professor Nişi belə hesab edir ki, qanı hərəkətə gətirən və dövr etdirən qüvvə ürəkdə deyil, kapilyarlardadır. Ona görə də Nişi məsləhət görürdü: yaralanmış əlinizi başınızın üstündə mümkün qədər yuxarı qaldırıb, əsdirin. Əliniz yuxarı qalxanda venadakı qan aşağı cumacaq və tədricən əmələ gələn boşluq (vakuum) qanın sür’ətlə dövr etməsinə səbəb olacaq, bu da öz növbəsində, irinləmənin qarşısını alacaq və yara dərhal sağalacaq. Dördüncü Qayda məhz bu prinsipə əsaslanır. Nişi onu kapilyarların müalicəsi adlandırmışdır.

Nişi ilə bir dövrdə yaşayan, bütün dünyada tanınmış istedadlı rus həkimi A.S.Zalmanov kapilyarlar haqqında çox maraqlı fıkirlər yazırdı: «Hər tələbə biləndə ki,yaşlı adamın kapilyarlarının ümumi uzunluğu 100.000 km, böyrək kapilyarlarının uzunluğu 60 km, bütün kapilyarların ümumi sahəsi 600 kv metrdir, o vaxl tələbə həqiqi fizioloji anatomiyanı yaradacaq. O zaman bir çox klassik doğmatizmin və mumyalanmış xarabazarlığın dirəkləri hücumsuz və döyüşsüz yıxılacaq». Bunu bilən Nişi kapilyarların qidalanması məsələsinə olduqca böyük əhəmiyyət verirdi. Onun yaratdığı dördüncü təmrin qan dövranını təkcə uclarda deyil, bütün bədəndə fəallaşdırır. Bunun səbəbi çox sadədir: qan damarları qan dövranının vahid sistemini yaradır, ona görə də lokal (məhdud məkanda) yaxşılaşma – bütün bədəndə yaxşılaşmaya səbəb olur. Bundan əlavə əllər və ayaqlar kapilyarlarla çox zəngindir, əl-ayaq damarlarında baş verən hərəkət bütün bədəndəki damarların fəallaşmasını stimullaşdırır.

Təsadüfi deyil ki, ta qədim zamanlardan xəstəlikləri əl və ayaqlrın vəziyyəti ilə bağlayırlar. «Ürəyiniz ağrıyırsa-ayaqlarınızı müalicə edin» – yapon məsəli buna sübutdur. Nişi yorğa qaçmağın faydasını qeyd edərək, soruşur: yatağa buxovlanmış ağır xəstə necə qaçsın? Kapilyarlar üçün nəzərdə tutulan təmrinin özü elə qaçış deməkdir – meydansız, məsafəsiz qaçış. Bunun adi qaçışdan fərqi ondadır ki, ürəyə zərrə qədər də ağırlıq düşmür. Bu təmrini müntəzəm yerinə yetirən hər kəs həm ürəyini, həm dərisini, həm də ayaqlarını və əllərini, deməli, bütövlükdə öz orqanizmini müalicə etmiş olur.

BEŞİNCİ QAYDA: əllərin və pəncələrin təması
Arxası üstə döşəməyə uzanın. Bərk yastığı boynunuzun altına qoyun.Pəncələri və əlləri iç-içə yapışdırıb sıxın. Dizləri mümkün qədər yanlara gen açın. Əlləri sinə üzərində tutun. Məşqə başlayın.

1. Əl barmaqlarının ucunu bir-birinə sıxin – 10 dəfə.
2. Sağ əlin barmaqları ilə sol əlin barmaqlarını sıxın — 10 dəfə. İndi də əksinə — 10 dəfə. Sağ əllə sol əli sıxın — 10 dəfə. Əksinə — 10 dəfə.Yarıbükülmüş əllərin qıraqlarını 10 dəfə sıxın.
3. Bitişik əlləri başdan yuxarı uzadıb, qollarınızı tam açın, yavaş-yavaş,müqavimət göstərə-göstərə geri,qurşağacan qayta-rın.Barmaqlar baş tərəfə tuşlanıb — 10 dəfə. Eyni hərəkəti əks istiqamətdə edin.Barmaqlar ayağa tuşlanıb – 10 dəfə.
4. Bitişik əlləri bədənə perpendikulyar şəkildə yuxarı qaldırıb qolları tam açın, havanı yara-yara baş tərəfdən ayağa tərəf aparın və müqavimət göstərə-göstərə geri qaytarın (sanki havanı qılınclayırsınız) – 10 dəfə.
5. Bitişik əlləri dik yuxarı qaldırıb endirin (elə bil havanı süngüləyirsiniz) – 10 dəfə.
6. Bitişik əllər sinə üzərində qalıb. Bitişik pəncələri 1 qarışa qədər aşağı aparıb, qaytarın – 10 dəfə. Bunu edərkən pəncələrin aralanmasına imkan verməyin.
7. Bitişik əlləri və bitişik pəncələri eyni vaxtda əks istiqamətdə uzadıb, çəkirsiniz. Qollar tam açılır. Pəncələr isə 1 qarışa qədər uzanır. Pəncələrin aralanmasına imkan verməyin. Elə bil, fəqərə sütununu dartıb uzatmaq istəyirsiniz: 10 dəfədən 61 dəfəyədək. Çox eləmək də olar.
8. İlkin məşqlərdən sonra əvvəlki vəziyyəti alın. Əllər sinədə antenna kimi dayanıb. Gözləri yumub, 5-10 dəqiqə «lotos» vəziyyətində sakit qalın. Dizlər yanlara tərəf mümkün qədər gen açılıb.

Əllərin və pəncələrin təması təmrini. İndi isə gəlin, bu təmrinin təsir mexanizmini öyrənək. Bitişik əlləri və pəncələri hərəkət etdirməklə, biz nəyə nail oluruq? Çoxumuz heç xəyalımıza da gətirmirik ki, ürəyi mədədən ayıran diafraqmanın özü elə ikinci ürəkdir. Sağlam bədəndə diafraqma bir dəqiqə ərzində 18 dəfə hərəkət edir: 4 sm yuxarı qalxır və 4 sm aşağı enir, yə’ni: diafraqmanın amplitudası 8 santimetrdir. Bu da bir sutka ərzində 24.000 hərəkət deməkdir. Bədənimizdə ən böyük əzələ sayılan diafraqmanın gördüyü iş belədir. Diafraqmanın hərəkəti say etibarilə ürək hərəkətinin dörddə biri qədər olsa da, böyük sahəyə malik olan bu nəhəng nasos aşağı enəndə qara ciyəri, dalağı, yoğun bağırsağı sıxır və qan dövranını yaxşılaşdırır.

Qarın boşluğunda olan bütün qan damarlarını və limfatik damarları sıxan diafraqma, venoz sistemini boşaldır və qanı irəli, döş qəfəsinə tərəf itələyir. Onun gemodinamik təzyiqi güclü olduğu üçün qanı, ürəyə nisbətən, daha çox vura bilir. Bu təmrinin hazırlıq hissəsini yerinə yetirərkən, biz diafraqmaya yardımçı oluruq, onu daha fəal işləməyə sövq edirik. Bu təmrini yerinə yetirərkən necə nəfəs almaq lazımdır? Nişi Sistemi dərin nəfəsalmanı və hüceyrələrlə «tənəffüs etməni» gücləndirir. Ona görə də bütün bədənlə, dəri ilə nəfəs almaq məsləhətdir. Amma əynimizdəki paltar dəri ilə tənəffüs etməyə imkan vermir. Bu da müxtəlif xəstəliklər törədir. Nişinin tərtib etdiyi və sınaqdan keçirdiyi təmrinlər hər bir hüceyrəni dərindən nəfəs almağa məcbur edir. Odur ki, paltarınızı nə qədər çox soyunsanız, məşqlərin səmərəsi bir o qədər artıq olar. Bəs 5-10 dəqiqə sakitlik bizə nə verir?

Moskvalı alim A. Qurviç 1923-cü ildə çox qəribə bir sirr açdı: yan-yana basdırılmış iki baş soğanın hüceyrələri tək basdırılmış soğanlara nisbətən tez ayrılmağa və çoxalmağa başladı. Bu sürət fərqi 50-75 faiz təşkil etdi. Alim təcrübəni davam etdirərək, müəyyənləşdirdi ki, hüceyrələrin sür’ətli ayrılması soğan qabığının buraxdığı dalğaların (190-230 millimikron) sayəsində baş verir. Bu tədqiqatı Almaniyanın, Fransanın, İngiltərənin alimləri də davam etdirdilər və bir addım da qabağa getdilər: müəyyənləşdirdilər ki, əgər çömçəquyruğun başını soğanın yanında saxlasan, soğan dalğası bu canlıya da tə’sir göstərir. Soğanla bir sıra xəstəlikləri, o cümlədən, xərçəngi sağaltmaq ideyası meydana çıxdı. Sonra aydm oldu ki, digər canlılar kimi,elə insan da belə gücə malikdir. Barmaqları ilə müxtəlif xəstəlikləri sağaldan adamları yadınıza salın.

Nişi yazırdı: «Öz körpəsinə böyük məhəbbət və nəvazişlə süd verən ananın döşü ətrafında şəfəq əmələ gəlir. Uşağı laqeyd, acıqlı yedirdən zaman bu hal baş vermir». Müəyyən edilib ki, bədəndən çıxan belə işığın mənbəyi enzimlərdir, yəni, fermentlər və yaxud biokatalizatorlardır. Onlar bütün canlı hüceyrələrdə mövcuddur və orqanizmdə həyat prosesini qat-qat sür’ətləndirmək qabliyyətinə malikdir. İnsanın həyatı, sağlamlığı enzimlərdən asılıdır. Əgər bir orqan sıradan çıxıbsa, yəqin bilin: enzimlərin balansı pozulub. Biz əllərimizi və pəncələrimizi bir-birinə yapışdırıb gözlərimizi yumarkən, iki antoqonik qüvvə, yə’ni, konstruktiv və destruktiv (qurucu və dağıdıcı) enzimlər üstünlük uğrunda rəqabət aparırlar. Nəhayət, onların arasında arzuolunan tarazılıq bərqərar olur. Ruh və bədən qüvvələrinin müvazinəti yaranır. Buna daxili müvazinət deyilir. Beləliklə, daxili kamfort təmin edilir. Əllərin birləşməsi. Bu təmrin əzələlərin, əsəblərin, damarların, bədənin sağ və sol hissələrinin, əl və ayaqların funksiyasını tənzimləmək üçün çox faydalıdır.Bundan əlavə,böyrəküstü orqanların,cinsi orqan-ların,yoğun bağırsağın və böyrəklərin funksiyasını da xeyli yaxşılaşdırır. Hamilə qadınlar bu məşqdən səmərəli istifadə etsələr, ana bətnində olan uşağın normal inkişafı, əyri vəziyyətdə olan uşağın düzəlməsi üçün şərait yaratmış olarlar, doğuş xeyli yüngülləşər.

Nişi bu barədə yazırdı: «Osakalı əczaçının iki oğlu vardı. Arvadları eyni vaxtda doğmalı idi. Həkim kiçik oğlanın arvadına baxarkən demişdi ki, mütləq Keser əməliyyatı aparmaq lazımdır. Çünki çanaq stazı (durğunluq) normal doğuşa imkan vermir. Xoşbəxtlikdən mən bu vaxt Osakada oldum. Qadına məsləhət gördüm ki, əllərini və pəncələrini birləşdirsin, 40 dəqiqə arxası üstə uzansın, bundan əlavə «qızıl balıq» təmrinini yerinə yetirsin. Zavallı qadın bütün gecəni mən dediyim qaydada təmrinləri yerinə yetirdi. Sabahısı günü öz ərini və ondan da çox Keser əməliyyatı keçirməyi təklif edən həkimi təəccüb və heyrət içində qoyaraq, heç bir əzab çəkmədən rahat doğdu». Nişi bu mö’cüzəni onunla izah edir ki, çanağın stazı əsəb pozğuntusuna gətirib çıxardır, digər həyati faktorların mütənasibliyini pozur, bu da uşağı ana bətnində qeyri-normal vəziyyətə gətirir.

Ana bədəni normal hala düşən kimi, uşaq və çanaq öz təbii vəziyyətini alır. Hər gün rastlaşdığınız bir şeyi yadınıza salmaq istəyirəm: bir yeriniz ağrıyan kimi əlinizi dərhal ora qoyursunuz. Çünki əldə şəfaverici qüvvə var. Hər kəs öz əllərindən müalicə məqsədilə istifadə edə bilər. Bunun üçün dizlər üstə oturmaq, bədənin bütün ağırlığını baldırlara salmaq, əlləri və qolları üz-üzə birləşdirərək, əqli enerjini(həyat gücünü) 40 dəqiqə barmaqların ucuna cəmləmək lazımdır. Bu proseduranı uğurla başa vuran adam ömrünün sonunadək onu bir daha təkrar etməyə bilər. Bundan sonra barmağı ağrıyan yerə toxundurmaq kifayət edər – ağrı dərhal kəsəcək. Əllər birləşdirilərkən orqanizmdəki ümumi maye (hüceyrəarası, hüceyrə tərkibindəki mayelər, qan və limfa) neytrallaşır və tarazılıq yaranır.

İnamsızlar (skeptiklər) bunu asanlıqla yoxlaya bilər: əvvəl qan təzyiqini ölçün, sonra əllərinizi 3-4 dəqiqə birləşdirib bu vəziyyətdə qalın, sonra təzyiqi yenidən ölçün.İkinci halda qan təzyiqi birincidən yaxşı olacaq. Məsləhət görürəm: yeməkdən qabaq əlləri bir dəqiqə yarım vaxt ərzində birləşdirib diz üstə oturun-çox faydalıdır! Bu hərəkət orqanizmdə turşu-qələvi tarazlığını bərpa edir. Əgər bu məşqi yatağa uzanarkən etsəniz, onda bunu yalnız səhər yeməyindən qabaq təkrar etmək kifayətdir. Daha bir məsləhət: əzələləri iflic olmuş xəstə (genipleksiya) öz yaxınlarının köməyi ilə ayaqlarını və əllərini birləşdirməli və bu məşqi yorulana qədər davam etməlidir. Mütləq şəfa tapacaq.

ALTINCI QAYDA: kürək və qarın üçün təmrin
Dizlərinizi döşəməyə dayayıb, pəncələrinizin üstündə oturun. Fəqərə sütununu düzəldib şux görkəm alın. Bədənin bütün ağırlığını baldırların üstünə salın. Heç yana əyilməyin. Qulaqlarınız çiyinlər üzərində asılıb, diliniz üst damağa söykənib, dodaqlarınız kip qapanıb, gözləriniz gen açılıb, tənəffüs rəvan və sakitdir. Bu vəziyyəti aldıqdan sonra dərindən nəfəs alın və təmrinin hazırlıq hissəsinə başlayın.
1. Çiyinlərinizi 10 dəfə mümkün qədər çox yuxarı qaldırıb, aşağı salın. Bunun ardınca 2 hissədən ibarət olan hərəkətləri (onlara şərti olaraq nəqarət adı vermişik) həyata keçirin:
a) əllərinizi qabağa uzadın, kəskin hərəkətlə çönüb, sol çiyin üstdən geriyə, büzdümünüzə baxın, xəyalən fəqərələrinizi aşağıdan yuxarı, boyunadək seyr edin (və yaxud aramla 10-dək sayın). Başınızı əvvəlki vəziyyətə gətirib, eyni hərəkəti sağ çiyin üzərindən təkrar edin. Hər çiyin üzərindən bir dəfə etmək lazımdır.
b) əllərinizi dik qaldırın, bədəni yuxarı dartıb, qəddinizi düzəldin, bayaqkı qaydada hər iki çiyin üzərindən büzdümünüzə baxın və fəqərə sütununu aşağıdan yuxarı seyr edin (və yaxud aramla 10-dək sayın). «Nəqərat»i bu qaydadakı hər əsas hərəkətdən sonra təkrar edin.
2. Başı 10 dəfə sağa, 10 dəfə sola əyib düzəldin.
3. Başı 10 dəfə qabağa, 10 dəfə arxaya əyib düzəldin.
4. Başı 10 dəfə sağa-geri, 10 dəfə sola-geri çcvirin.
5. Başı 10 dəfə sağa əyib, qulağı çiyinə toxundurmağa çalışın. Boynunuzu mümkün qədər çox uzadaraq, başı geriyə fırladın, fəqərə sütununa çatdırmağa çalışın. Bunu edərkən yoxlayın: başınız son həddə qədər əyilibmi? Eyni hərəkəti 10 dəfə sola edin.
6. Qollarınızı çiyin bərabərində açın. Əllərinizi baş üstə dik qaldırın. Dirsəkləri çiyin önündə bükün, yumruqları düyün-ləyin, başınızı son həddədək geri atın, çənəni tavana tuşlayın. Bunu edərkən 7-yə qədər sayın və dirsəklərinizi kürəyə tərəf dartın. Sanki onları bir-birinə yapışdırmaq istəyirsiniz: 10 dəfə.

Hazırlıq mərhələsi başa çatdı. İndi əsas təmrinə keçmək olar. Qollarınızı bir qədər boşaldın. Bədəninizi düzəldin. Başı əymədən gövdəni sağa-sola yellədin. Bu an qarını irəli-gcri verin: qarınla nəfəs alın. Vaxt 10 dəqiqə. Bu hərəkəti edərkən deyin: «Mən sağlamam! Əhvalım yaxşıdır! Sabah bundan da yaxşı olacaq!Hər bir hüceyrəm təzələ- nir! Qanım təzələnir, qanım saflaşır. Daxili sekresiya vəzilərim əntiqə işləyir! Əzələlərim,damarlarım,dərim sağlam,möhkəm və elastik olur.Bütün orqan və sistemlər beynimə tabedir. Beynim əntiqə işləyir. Beynim bütün orqan və sistemləri çox gözəl idarə edir.

Mən daha sağlam,daha müdrik, daha rəhmdil, daha xeyirxah oluram. Mən istedadlıyam,böyük yaradıcılıq işləri üçün qadir oluram. Əhvalım yaxşıdır! Sabah bundan da yaxşı olacaq!”.  Bu mətnə istədiyiniz hər hansı bir əlavəni edə bilərsiniz. Yuxarıda dedim ki, mən hər səhər və hər axşam bizi yaradan Tanrıya dua və şükr edirəm,ondan dilək diləyirəm. Bunu hər biriniz edə bilərsiniz.Vacib deyil ki,siz dindar olasınız,oruc tutub,namaz qılasınız. Vacib budur ki, Allaha sidqi-dildən inanıb, onunla ünsüyət bağlayasınız, bunun köməyi ilə içinizdəki şeytanı qovasınız,daxili inamı gücləndirəsiniz, iradənizi möhkəmlədəsiniz,o zaman təmrinlər və təbii qida daha yaxşı fayda verəcək. İnam-hər bir işdə qüdrətli silahdır, amma müalicədə onun, sadəcə, əvəzi yoxdur. Allaha inanan-Ana Təbiətin qüdrətinə inanır, Ana Təbiətə inanan özönə inanır. Özünə inanan-hər bir xəstəliyə qalib gələ bilir.

Altıncı Qayda hər şeydən əvvəl, turşu-qələvi tarazlığını bərpa edir. Təmrin,əsasən,fəqərə sütunu ilə edilərkən orqaniz-mdəki mayenin təzyiqi azalır. Bunun qarşısını almaq üçün Nişi eyni vaxtda qarın vasitəsilə nəfəs almağı tətbiq edib – yırğalanarkən qarını dombaldıb çəkmək lazım gəlir. Əsəb sistemini qaydaya salan, tənzimləyən, koordinasiya edən

Altıncı Qayda bizə böyük xidmət göstərir. Onun əhəmiyyətindən danışarkən bir incə mətləbi açmaq lazım gəlir. Əsəb sistemini iki yerə bölürlər: heyvani əsəblər və bitki əsəblər.Heyvani əsəblər-üzdə yerləşir. Bitki,yaxud vegetativ əsəblər isə daxildə. Heyvani əsəblər əllərin, üzün, ayaqların, boyunun, döşün,qarın boşluğunun əzələlərində yayılmış olur. Bitki əsəbləri isə daxili orqanlarda, damarlarda, vəzilərdə yerləşir. Biz, lazım gələndə, əlimizi uzadıb, üzümüzü, boynumuzu qaşıya, əsəblərimizi sakitləşdirə bilirik. Lakin daxili orqanları, damarları, vəziləri qaşımağa imkanımız yoxdur. Burda Altıncı Qayda dadımıza çatır.

Eyni vaxtda həm fəqərə sütununun, həm də qarnın hərəkət etməsi simpatik (daxili) və parasimpatik (üzdə olan) əsəblərin qarşılıqlı surətdə razılaşdırılmış əlaqəsini təmin edir. Onlar öz funksiyalarını -hormonik funksiyalarını, diplomatlarm dili ilə desək, qarşılıqlı anlaşma şəraitində yerinə yetirirlər. Buradan aydın olur ki, Nişinin Sağlamlıq Sistemi öz qarşısında fiziki sağlamlıqla yanaşı, həm də mənəviyyata tə’sir etmək, insanın hormonik, istedadlı, yüksək əxlaqi keyfiyyətlərə malik bir şəxsiyyət kimi formalaşmasına kömək etmək vəzifəsi də qoyub. İnsan sağalacağına, xəstəliyə qalib gələcəyinə ürəkdən inanır, daha cəsarətli, daha rəhmdil, daha xeyirxah, gülərüz, zarafatcıl olur.

Öz təcrübəmdən deyə bilərəm: Nişi Sistcmi ilə yaşayan sağlam həyat tərzi keçirən adam çox qısa vaxtda pis vərdişlərdən asanlıqla ayrılır, mə’nən güclü olur, öz gücünə inamı qat-qat artır, onun üzü həmişə gülür. Nişi tam əmindir: sağlam əsəb sistemi hər cür tufana, qasırğaya, həyatın hər cür eybəcərliyinə qalib gəlməyə qadirdir. Sağlamlaşma və saflaşma barədə sözləri ürəyinizdə pıçıldayarkən, hökmən inanın: sabah bu gündən sağlam, gümrah, ağıllı, iradəli, iste’dadlı və xeyirxah olacaqsınız. Ona görə inanın ki, bunların hamısı baş verəcək. Xərçəng xəstəliyindən Nişi Sisteminin köməyi ilə yaxa qurtaran adamların həyatı buna canlı sübutdur. Hər şey sizin iradənizdən asılıdır. Sizi üzüb əldən salan, ailə üzvlərini, qohum-qardaşı məyus edən hər hansı bir xəstəliyə Ulu Tanrının və Nişi Sisteminin köməyi ilə qalib gələ bilərsiniz!

Bir vacib məsələni yenidən vurğulamaq istəyirəm: Nişi öz Sistemini təkcə dərd-bəladan xilas olmağa çalışan xəstələr üçün yaratmayıb. Bu Sistem həm də, bəlkə də daha çox-xəstələnmək istəməyən sağlamlar üçündür. Bu Sistem xəstəliyin nə olduğunu, onun verdiyi əzabların ağırlığını, gətirdiyi bədbəxtliklərin miqyasını hələ xəyalına gətirməyən uşaqlar, yeniyetmələr və gənclər üçün daha çox vacibdir. Öz körpəsini bu sistemin tələbləri əsasında tərbiyə edən ana övladına möhkəm cansağlığı və xoşbəxtlik bəxş etmiş olur. Heç şübhəsiz, real həqiqət budur ki, Nişi Sisteminə daha çox xəstələr üz tutacaqlar.

Mənbə: «Möcüzəsiz möcüzə» kitabı

1 şərh