Tonometr alanda nələrə diqqət etməli?

Hipertoniyanı “lal qatil” adlandırırlar. Simptomsuz inkişaf edən bu xəstəlik insult və infarktın əsas səbəbidir.

Məhz bu səbəbdən həkimlər hər gün təzyiqi ölçməyi tövsiyə edir ki, bu hipertoniyanı vaxtında aşkar etməyə və müalicəyə başlamağa yardım edir. 

Arterial təzyiqi ölçən cihaz (tonometr) hər bir evdə olmalıdır. Tonometri düz seçmək lazımdır. 

Bilək nahiyəsinə taxılan tonometrlər daha kiçikdir və istifadədə asandır. Lakin manjeti olan və qolun yuxarı hissəsinə taxılan tonometrlər daha dəqiq və etibarlı sayılır.

Yaxşı tonometr nəbz göstərməli və onun yaddaşı olmalıdır.

Elektrik və mexanik tonometrlər arasında ciddi fərq yoxdur. Sadəcə elektrik tonometrlərdən istifadə etmək daha asandır.

Nəzərə almaq lazımdır ki, 2 ildən bir tonometri mütəxəssislər baxmalı və lazım olan düzəlişlər etməlidir. Bu işlə tonometri istehsal edən şirkət məşğul olur. Bu səbəbdən aptek və ya xüsusi yerlərdə tonometr aldıqda bu haqda da maraqlanın.

saglamolun.az

0 şərh