Soyuq nanə çayı

• ¼ stəkan bal
• 8 paket nanə çayı
• 1 limon
• Təzə nanə

7 stəkan qaynar suyu bir qaba tökün və çayları içinə əlavə edib 5-6 dəqiqə dəmləyin. Çay paketlərini içindən götürüb, balı əlavə edin. Bal tamamilə qarışdıqdan sonra 2,5 stəkan soyuq su əlavə edin.

Limonu incə-incə dilimləyin. Nanə yarpaqlarını hazırlayın və bütün ərzaqları buz dolu qrafinə töküb qarışdırın. Nuş olsun!
loading...

0 şərh