Əllərin düzgün qaydada yuyulması üçün - 5 “qızıl qayda”

Xəbər verdiyimiz kimi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ictimai iaşə müəssisələrində COVID-19-un (koronavirus) profilaktikasına dair metodiki göstərişlər yayıb.
Metodiki göstərişlərdə “Əllərin düzgün qaydada yuyulması üçün 5 qızıl qayda” adlı bənd də yer alıb. Orada deyilir:
  • Əllərinizi dözüləbilən qədər isti axar su ilə isladın və sabunu əllərinizə sürtün;
  • Əllərinizi sabunla birlikdə ovuşdurun. Barmaq aralıqlarını və dırnaqların arasını yaxşı sabunlayın;
  • Sabunlu əllərinizi ən azı 20 saniyə ovuşdurun;
  • Əllərinizi axar suyun altında yaxşı durulayın;
Əllərin düzgün qaydada yuyulması

  • Əllərinizi təmiz salfetlərlə (ictimai yerlərdə birdəfəlik istifadə üçün nəzərdə tutulmuş dəsmalla) və ya hava ilə qurudun. Sabun və ya su istifadəsi mümkün olmadıqda, 60%-li spirt tərkibli dezinfeksiyaedici məhlullardan istifadə edilə bilər. Bu məhlulların sürətli şəkildə əllərdəki bakteriyaları azaltmasına baxmayaraq, bütün bakteriyaları məhv edə bilmir; əllərin çirkli olmağı məhlulun effektivliyini azaldır; pestisid və ya ağır metalları təmizləmir.
  • Əllərin gigiyenasına, həmçinin dırnaqların təmizlənməsi və kəsilməsi də aiddir. Dırnaqlarda çirk və mikroblar infeksiyaların yayılmasına səbəb olur. Dırnaqlar qısa olmalı, arası su və sabunla təmiz yuyulmalıdır. Dırnaqlara qulluq etməzdən əvvəl bütün avadanlıqlar (dırnaq kəsən və cilalayan vasitələr) müvafiq qaydada təmizlənməli, dezinfeksiya və ya sterilizasiya olunmalıdır.
  • Dırnaqlarda mikrob və infeksiyaların yayılmasının qarşısının alınması məqsədilə aşağıdakı qaydalara əməl edilməlidir:
  • Dırnaqlar qısa saxlanmalı və tez-tez kəsilməlidir.
  • Hər dəfə əllər yuyulmazdan öncə dırnaqların altı sabun və su ilə (və ya dırnaq üçün fırça ilə) təmiz yuyulmalıdır.
  • İstifadədən öncə dırnağa qulluq vasitələri təmizlənməlidir.
  • Dırnaqların dişlənməsi yolverilməzdir.
  • Kutikula qatının zədələnməsi arzuolunmazdır, çünki kutikula infeksiyanın qarşısını almaq üçün baryer rolunu oynayır.

 Mənbə: deyerler.org

0 şərh