Kəpək

Kəpək — baş dərisində əmələ gələn  çirkin kiçik pulcuqlardı.
Belə pulcuqlarla  bəzədilmiş saçlar estetik baxımdan xoş görünmədikləri üçün insana narahatlıq verir
Kəpək qaşınma və dərinin qızartısı ilə müşayiət edilə bilər və insanın fiziki cəhətdən əziyyət çəkməsinə səbəb ola bilər
Saçlar canlı görünmürlər və parlaqlığını itirirlər
Adətən kəpək sıx saç tökülməsi ilə müşayiət olur Kəbək (Seboreya)
Adətən kəpəyin əmələ gəlməsinə bir neçə  səbəbin olmasıdır.
1.Dərinin göbələklə  (Pityrosporum ovale) zədələnməsi.
Yağ vəzlərinin aktivləşməsi nəticəsində göbələk intensiv olaraq çoxalır, bu da dəri hüceyrələrinin yenilənməsi proseslərinin pozulmasına səbəb olur.
2 .Sinir və endokrin sistemlər xəstəlikləri, mədə-bağırsaq xəstəlikləri.
3.Vitamin, mineral və digər vacib komponentlərin çatişmamazlığı.
Çox miqdarda yağlı, ədviyyatlı, qızardılmış, duzlu yeməklər istifadə edəndə kəpəyin əmələ gəlmə ehtimalını artırır.
4.Zəifləmiş immunitet baş dərisinə birbaşa təsir göstərir.
5.Düzgün olmayan qulluq zamanı baş dərisinin qurumasi (  tez-tez isti fendən istifadı etmək).
Bütün bunlar baş dərisinin qoruyucu funksiyalarına təsir göstərir. Buna görə, bu prosedurlardan bir müddət imtina edin.
Yağ vezlərinin ifrazının kimyəvi və fiziki tərkibindən asılı olaraq xəstəlik ümumiyyətlə quru seboreya, (quru kəpək) və yağlı seboreya (yağlı kəpək) bölünür.
Quru kəpək -  kifayət qədər yağ istehsalına baxmayaraq, yüksək yapışqanlığina  görə vezlər tərəfindən sebiumun zəif ifraz edilməsi nəticəsində yaranır.
Epidermisin yuxarı təbəqələri quruyur, saçlar incə, parçalanan uçları olur. Dəri həssas olur.
Bol miqdarda kiçik kəpəklər və dəri qabıqlanma əlamətləri geyd olunur.
Yağlı kəpək — Yağlı seboreyanın iki forması var:
1.Duru yağlı seboraya — yağ vezlərinin sekresiyasının tutarlılığı sərbəst turşularının yüksək olması səbəbindən bitki yağlarının tutarlılığına bənzəyir.
Duru yağlı seborayada  böyük ölçülərə birləşmiş pulcuqlar  parlaq yağlı saçları örtən kəpəklər meydana gəlir.
2.Qatı yağlı seboreya — dəri daha sıx olur, elastikliyi azalır, yağ vezlərinin ağzı genişlənir, zədələnmiş epiteliyin hüceyrələri ilə tıxanır, komedonlar, ateromalar meydana gəlir ki, bunlar da çirk eləyəndən  sonra çapıqlar buraxır.
Müalicə:
Kəpək əlamətlərini digər xəstəliklərdən ayırmaq vacibdir. Bunun üçün hər bir konkret hal üçün problemin həllini tapmaq üçün dermatoloqa müraciət etməlisiniz.
Kəpək üçün xarici bir müalicə olaraq, müalicəvi şampunlar, məlhəmlər, spreylər istifadə etmək tövsiyə olunur.
Müalicəvi  şampunlarının istifadəsi: Bir qayda olaraq, şampunlardakı aktiv maddənin mümkün qədər səmərəli işləməsi üçün yüngül bir masaj edərkən bir müddət baş dərisinə saxlamaq tövsiyə olunur.
Daha çox istirahət etsəniz, düzgün gidalansanız  və əsəbləşməməyə çalışsanız, kəpəyin əmələ gəlməsinin qarşısını almaq olar!
 
 
Mənbə: hekimtap.az

0 şərh