Siqaret və qadınlar

Amerika alimlərinin apardıqları araşdırmalar göstərir ki, siqaret qadınların ömrünü orta hesabla 14-15 il azaldır. Siqaret şəkmək orqanizmə mənfi təsir göstərən ən pis adətdir. O , ağciyərlərdə xərşəngin yaranmasını əsas səbəblərindən biridir.
1950-ci ildən etibarən ağciyər xərşəngindən dünyasını dəyişən qadınların sayı 60% artıb. Siqaret həmçinin qadınlarda süd vəziləri,qırtlaq, udlaq, mədəaltı vəzi, böyrək, sidik kisəsi, uşaqlıq xərçənginin əmələgəlmə riskini də qrtırır.

Harvard Universitetinin alimləri aydınlaşdırıblar ki, hamiləlik dövründə siqaret çəkən qadınlar dünyaya cinayətə meylli uşaqlar gətirirlər. SİA-nın məlumatına görə, “Deyli teleqraf” qəzetinin yazdığı xəbərdə qeyd olunur ki, tədqiqatçılar 1959-1966-cı illərdə doğulmuş uşaqlar, habelə onların anaları barədə məlumatları təhlil etmişlər. Məlum olmuşdur ki, siqaret çəkən anaların uşaqlarında antisosial davranış üç dəfə çox müşahidə olunur.

Tədqiqat müəlliflərindən biri professor Ceyms Uolker deyib: “Hələlik dəqiq qənaətimiz yoxdur. Hərçənd hər şey məntiqə uyğundur. Siqaretin tərkibində ana bətnində körpənin inkişafına, sinir sisteminə təsir göstərən zəhərli maddələr çoxdur. Odur ki, qadınlara hamiləlik dövründə siqaret çəkmək qəti qadağandır”.

siqaret çəkən Monika Beluççi siqaret çəkən qlamur qiz

Son zamanlar azərbaycanlı qadınlar da siqaretdən istifadə etməyə başlayıblar. Amma bir məqamı vurğulamaq lazımdır ki, bizdə hələ də siqaret çəkən qadınlara birmənalı yanaşılmır. Amma artıq qadınların siqaret çəkməsini yavaş-yavaş qəbul edən kişilərin sayı artır. Necə ki, bir neçə il öncə qadının şalvar geyinməsinə qarşı olan aqressiv yanaşma aradan qalхdı, deyəsən bir müddət sonra siqaret çəkən qadınlara da eyni münasibət formalaşacaq. Hər halda şalvar geyinməkdən fərqli olaraq insan orqanizminə həddindən artıq ziyanlı olan siqaret çəkmə vərdişinə qarşı ictimai qınağın qalması daha yaхşı olardı.Qadın siqaret çəkəndə özünü fikirləşməsə də, uşaqlarını düşünməlidir. Çünki uşaqlar da öz valideynlərindən örnək götürürlər.

Dünyanın ən çox siqaret çəkən regionları Avropa – burada kişilərin 46% və qadınların isə 26%-i siqaret çəkir, Asiya-Sakit okean regionu – kişilərin 60% və qadınların isə 8%-i və Cənub-Şərqi Asiyadır – kişilərin 44% və qadınların 4%-i siqaret çəkir.

Siqaret çəkmək qadınlarda infarkt riskini kişilərə nisbətən daha çox artırır.
Amerika mütəxəssisləri tərəfindən bir sıra ölkələrdə, o cümlədən Sinqapur, Norveç və Türkiyədə keçirilən tədqiqatda təxminən 2.5 milyon insan iştirak edib. Məlumata görə, zərif cinsin nümayəndələri arasında infarkt riskinə 25 faiz daha çox rast gəlinir. "Lancet" jurnalından dərc olunan məqalədə bildirilir ki, alimlər güman edirlər ki, qadın orqanizmi siqaretdə olan toksik maddələri daha çox canına çəkir. Elə məhz bu səbəbdən də qadınlar kişilərə nisbətən ağciyər xərçənginə daha çox məruz qalırlar.

Həmçinin bax: Siqaretin ziyanlarısiqaretin faydaları

4 şərh

MASON
Bu məqaləni si1qaret çəkə-çəkə oxumaq ləzət eləyir)))
bahar
İndi nədənsə,sükan arxasında oturan qadınların siqaret çəkməsi dəb halını alıb.
Dr_Həkim
Çox maraqlıdır, təşəkkürlər. Mətndə yazıldığı kimi “ Hərçənd hər şey məntiqə uyğundur. Siqaretin tərkibində ana bətnində körpənin inkişafına, sinir sisteminə təsir göstərən zəhərli maddələr çoxdur. Odur ki, qadınlara hamiləlik dövründə siqaret çəkmək qəti qadağandır”. Qadınlara siqareti yaraşdırmıram nəyinki hamilə vaxtı həm də digər vəziyyətlərdə.
Nike
öz aləmlərində özlərini extra-ordinary hiss edirlər)