Рейтинг
+117.98

sağlam həyat tərzi

105 üzv, 692 topik

Bu qarışım ürəyində problem olanlar üçündür

Ürək problemləri çox ola bilər, amma aşağıda saydığım əlamətlər varsa, onda bu qarışımdan istifadə edə bilərsiniz. Bu qarışım əla bir qandurulducudur, damar mənfəzini genişləndirir, çünki damarların daxilindəki artıq yağ kürəciklərini təmizləyir, qan dövranını bərpa edir, təzyiqi salır. Əgər uzun müddət yol gedə bilmirsinizsə, ürək nahiyyəsində və ya sol qola vuran ağrılar varsa, yüksək təzyiqiniz varsa, ürəkdöyünmələr varsa, yüksək xolesterindən əziyyət çəkirsinizsə, ürək damarlarında tromb varsa (90 faizə qədər), köpdən əziyyət çəkirsinizsə, onda bu qarışımdan hazırlayıb istifadə edə bilərsiniz.
Davamı →

Hil toxumunun faydaları

Hil təxminən noxud boyda, amma noxud kimi yumru yox, uzunsov bir toxumdur. Bizim bazarlarda daha çox 2 cür hil satılır: ağ və tünd yaşıl rəngdə, mən tövsiyyə edərdim ki, tünd yaşıl rəngdə olan hildən alıb istifadə edəsiniz. Hil çox qeyri-adi ətrə malik bir toxumdur. Bir dəfə İraqdan olan həmişə ərəb ölkələrində diplomat kimi çalışmış ziyalı bir insanla söhbət edirdim, hil haqqında mənə çox maraqlı məsələ söylədi. Deməli, Osmanlı dövründə Yəməndə taun epidemiyası başlayır, insanlar qarışqa kimi qırılır, epidemiyanın qarşısını almaq üçün Osmanlı sultanı əmr edir ki, harda taunlu xəstə görsəniz hamısını bir kəndə yığın və bu insanlara ciddi nəzarət edin ki, kənddən kənara çıxaraq epidemiyanı yaymasınlar.
Davamı →

Narın bilmədiyimiz faydaları

Nar xalq təbabətində geniş istifadə olunan meyvələrdən biridir. Mütəxəssislərin qənaətinə görə, bir ədəd narın tərkibində insana lazım olan gündəlik vitaminin 40 faizi var. Yunan mifologiyasında nar tanrının qidası sayılır. Onun təsviri Misir piramidalarında tapılıb. «Cənnətdən gələn meyvə» ifadəsi də məhz bu anlamda işlənir.
Azərbaycan Tibb Universitetinin məzunu, peşəkar əczaçı Fəxrəddin İsayev narın bir çox vitamin və minerallarla, bədənin normal fəaliyyət göstərməsi üçün lazım olan elementlərə zəngin olduğunu bildirib:
Davamı →

Bananla kəsmik qarışığının faydaları

Bu qarışımın saymaqla bitməyən faydaları vardır, həm uşaqlar həm böyüklər üçün olduqca faydalı bir qidadır, çox dadlıdır hətta kiçik uşaqlar belə həvəslə yeyə bilir. Qarışımın çox faydalı olması üçün yaxşı olar kənd südünü çürüdüb (bunun üçün südə qatıq və ya limon duzu qarışdırmaq kifayətdir) süzüb bananla qarışdırasınız.
1.Uşaqlar üçün gündə 1 ədəd banan 2 xörək qaşığı kəsmik böyüklər üçün isə 2 ədəd banan 5 xörək qaşığı kəsmiyi bir birinə qarışdırıb ac qarına yemək lazımdır, sümük inkişafı, kalsium çatışmazlığı üçün mükəmməl bir qarışımdır, bu məqsədlə uşaqların hər gün yeyilə biləcək qidası olmalıdır, bu qarışım insanın əhval ruhiyyəsini yüksəldir, insanın sinir oyanıqlığını azaldır, ürək, əzələ zəifliyi üçün faydalıdır, yorğunluğu götürür əsəb sakitləşdirici təsir edir, kişilər üçün faydalıdır çinsi istəyi çox artırır (hətta qoz fındıqdan belə qüvvətlidir), klimaks keçirən xanımların hər gün istifadə edəcəyi qida olmalıdır çünki bu dövrdə kalsium itkisinin və çox tərləmənin qarşısını alır.
Davamı →

Vələmum və ya arı mumumun inanılmaz möcüzəsi

Arı mumu – propolis orqanizmin özünümüdafiə, özünü sağaltma funksiyalarını işə salır, maddələr mübadiləsini yaxşılaşdırır, toxumaların bərpasını, yaraların sağalmasını tezləşdirir, qandan xolesterini qovur.
Medicina.az xəbər verir ki, onun ən unikal xüsusiyyəti isə xərçəng hüceyrələrinə qarşı mübarizəsidir. Vələmum şiş hüceyrələrini azaldır, məhv edir. Müntəzəm olaraq müvafiq qaydalarla vələmum qəbul etsəz siz orqanizminizi virus və bakteriyalardan qorumuş olacaqsız.
Vələmum hansı formada olur:
Arı məhsulları satanlarda elə təbii formasında – yumru kürə formasında, ya da qırıntı formasında. Dadı acı, yandırıcıdır. Vələmuma başqa nəsə qatılmamalıdır. Əgər çirklidirsə, onu 4-5 dəfə qaynatmaqla təmizləyirlər.
Həmçinin apteklərdə vələmum cövhəri və spirtdə cövhəri satlır.
Eləcə də tablet formasında preparatlar olur.
Davamı →

Süd (marketdən alınan yoxsa kənddən gələn)

Bu gün sənayeləşmə o qədər həyatımıza daxil olmuşdur ki, istəməsəkdə özümüzdən uzaqlaşdıra bilmirik. Deməli televiziyalarda, sosial şəbəkələrdə və başqa informasiya yayım yerlərində böyük firmaların nümayəndələri südün marketlərdən alınmasını təbliğ etməkdədir, guya marketdə satılan südlərdən başqa südlər xəstəlik mənbəələridir faydasızdır və s. Yazdığım bu məqaləni diqqətlə oxuyun burada yazdığım araşdırmalar dünyanın qəbul etdiyi elm insanlarının araşdırmalarıdır sonda özünüz nəticə çıxaracaqsınız ki, hansı südü istifadə etməliyik.
Davamı →

Dərdlərə dərman olan içki

İnsan orqanizmi üçün bir çox faydalı içkilər var, məsələn minerallarına görə içkilər, vitaminlərinə görə içkilər, dadına görə və sair. Amma bu içkimiz həm mineralına görə, həm vitamininə görə, həm antioksidant özəlliyinə görə tamamilə başqa bir içkidir. Bu içkidən içdikcə sanki insan vücudu yenilənir, ağarmış saçlar yavaş-yavaş qaralmağa başlayır, təzə tökülmüş saçların yerinə yenisinin  gəldiyini görəcəksiniz, solğun dərinin əvəzinə daha parlaq və canlı bir dəri görəcəksiniz, ağrıyan orqanlarınızın yavaş-yavaş ağrısının azaldığını görəcəksiniz, yüksəlmiş qaraciyər fermentlərinin yavaş-yavaş normallaşdığını görəcəksiniz.
Davamı →

Kilolar haradan gəlir və bu nəyə səbəb ola biler?

Oturaq bir həyat tərzi keçirən böyük hissələrdə yüksək kalorili qidaların istehlakı nəticəsində istehlak olunan və alınan enerjinin miqdarı arasında daimi uyğunsuzluq.
  • Genetik meyl.
  • Yaş, cinsi amillər.
Maraqlıdır ki, qadınlar bədənin hormonal xüsusiyyətləri və kişilərin bədəninə nisbətən daha az əzələ kütləsi səbəbindən daha sürətli çəki qazanırlar. Bundan əlavə, yaşla, maddələr mübadiləsi yavaşlayır, enerjiyə ehtiyac azalır ki, bu da tədricən yağ toxumasının yığılmasına və bədən çəkisinin artmasına səbəb olur.
Piylənmənin fəsadları:
  •     həzm sisteminin xəstəlikləri;
  •     pankreatit;
  •     arterial hipertansiyon;

Davamı →

Vitamin B9

Folik (pteroylglutamic) turşusu, suda həll olunan, həyati əhəmiyyətli bir birləşmə olan B9 (BC) üçün başqa bir addır, elm adamları «yaxşı əhval-ruhiyyə vitamini» adlandırırlar. Bunun səbəbi folacinin hormonların istehsalı üçün zəruri olmasıdır. Əla psixo-emosional vəziyyət təmin edən «xoşbəxtlik».
Maddənin bitki yarpaqlarında xeyli miqdarda olduğunu nəzərə alaraq, adını latın dilində «yarpaq» mənasını verən «folium» sözündən almışdır.
Davamı →

Genetik xəstəliklər

Araşdırmalar göstərmişdir ki dünyada genetik pozuntulara görə15% uşaq hələ doğulmamış,3% doğuş zamanı,3%yetkinlik dövrünə çatmamış tələf olur.20% insan bu səbəbdən nigaha daxil olmur nəticədə 10 % ailə uşaqsız qalır.
Genetik qüsurlarının səbəb olduğu bəzi xəstəliklər hələ də tam öyrənilməmişdirMüxtəlif faktorlar nəticəsində bu xəstəliklərə səbəb xromosom və genlərdə baş verən mutasiyalar  olur.Bu mutasiyalar həm autosom həm də cinsi xromosomlarda olan baş verə bilər.
Davamı →