Рейтинг
+117.98

sağlam həyat tərzi

103 üzv, 790 topik

Sağlamlıq və sən

Keçmişin yadigarı olan ayrı-ayrı təcrübi məsələlərin yada salınması, xüsusilə xalq təbabətinin bəzi özünü doğrultmuş üsul və vasitələrdən istifadə edilməsi heçdə müasir elmi uğurları, sürətli elektron maşınlarını, kompyuterləşməni inkar etmək deyildir.

Bəşər övladı hələ lap qədimdən həyatda qarşıladığı müxtəlif nasazlıqlarla mübarizəyə başlamışdır.O yaşamaq naminə bir sıra dərdlərin dərmanını tapmağa nail olmuş tədricən öz təcrübəsini genişləndirərək indiki nəzəri biliklərin özülünü qoymuşdur.


Ardı →

Sağlam kökəlin

  • Kökəlmək üçün nizamsız qida qəbuluna başlamaq lazım deyil. Bu zaman yalnız qarında şişlik meydana gələcək.
  • Hər gün 3 əsas, 3 ara yemək yeyin. Yeməklərin vaxtını ötürməyin.
  • Yeməkdən öncə idman edin, gəzin, qaçın. Bu həm iştahı açır, həm də sağlam kökəlməyə kömək edir.
  • Süd və süd məhsulları, ət və ət məhsullarına üstünlük verin.
  • Qəbul edilən karbohidratın miqdarını artırın.
  • Südə bal, bəkməz, mürəbbə əlavə edərək için.
  • İİçkiləri yemək zamanı deyil, qida qəbulundan ya 30 dəqiqə öncə, ya da sonra için.
  • Təzə meyvə sularına üstünlük verin.
  • Yatmamışdan öncə yemək, şirniyyat yeyə bilərsiniz.
  • Yeməkdən sonra şirniyyat qəbul edin.
  • Fındıq, fıstıq, badam, qoz və sairə yeyin.
  • Hər gün yumurta qəbul edin.
  • Əridilmiş yağ əvəzinə duru yağlara üstünlük verin.
     

Müəllif: Nilufər


Davamı →

Cavan qalmağın və uzunömürlü olmağın sirrləri


Genetik olaraq insan 120 il yaşamalı olsa da, ömrümüz əslində çox qısalır. Orta hesabla yaponlar 79 il, yunanlar 78 il, amerikanlar 76 il, türk xalqları 67 il, nigeriyalılar və somalililər isə 47 il yaşayırlar. Beynəlxalq həkim, psixoloq və dietoloq qrupları birlikdə 1 proqram işləyib hazırlayıblar ki, buna əsasən biz ömrümüzü uzada bilərik. Onlardan bəzilərini sizlərə təqdim edirik.

*Həddindən artıq yeməyin! Adət etdiyiniz 2500 kalori əvəzinə 1500-lə kifayətlənin. Bu yolla siz hüceyrələrinizin işini yüngülləşdirəcək və onların aktivliyini saxlamış olacaqsınız. Hüceyrələr tez-tez yenilənir və orqanizm xəstəliklərə qarşı dözümlü olur. Tarazlaşdırılmış şəkildə qidalanın: nə az, nə də çox yeyin.


Ardı →

Gülüş

Gizlin dеyil  ki, bizim sağlamlığımız ilk növbədə bizim əhvalımızdan asılıdır. Bəhva İbn Həvəsxan «Mədənüş-şifa» (1512 il) əsərində insanın hal-əhvalı və fiziki sağlamlığı arasındakı qarşılıqlı əlaqəni bеlə izah еdir: «İnsan bədəndən və ruhdan, yəni psixiki maddədən ibarətdir. Məhz  bu müştərək birləşmə xəstəliyə məruz qalır,  çünki ayrı-ayrılıqda nə bədən nə də ruh  xəstələnmək bacarığına qadir dеyil». 

Ortaəsr mənbələrinə görə, hər hansı bir еmosiya orqanizmdə spеsеfik funksional dəyişiklik yaradır.

KİN. Ödü hərəkətə gətirir və üzə sarı rəng vеrir, isti təbiətli insanlara üçün çox zərərdir. Ancaq  məzacında rütubətlilik və soyuqluq olaq adamlara müəyyən xеyir gətirir.

SЕVİNC. Üzün rəngini yaxşılaşdırır, bədəni sağlam saxlayır və kökəldir.

GÜCLÜ QƏM, KƏDƏR VƏ QORXU.  Ürək-damar sistеminə mənfi təsir göstərir. Bəzən ürək partlaması və ölümlə nəticələnə bilər. 

UTANMAQ VƏ ÖZÜNÜ İTİRMƏK. Əvvəlcə üzün qızarmasına səbəb olur və insanı tərlədir, sonra isə üzün rəngi saralır.

ÜMİD. Mülayim sеvinc kimi təsirə malikdir.

ÜMİDSİZLİK. Qəm və kədərdə olduğu kimi еyni ziyanı vardır.


Ardı →

Meyvə-tərəvəzə üstünlük verək

meyvələrQış aylarında yaşanan mövsümi xəstəliklərin qarşısını almaq üçün təbii yolla qidalanmaq, yəni meyvə-tərəvəzdən daha çox yararlanmaq lazımdır. Məsələn, soğan, gül kələm, kərəviz, portağal, xurma immunitet sistemini gücləndirdiyi üçün orqanizmə faydaları daha çoxdur.
Soğan böyrəklərdə qum və daşın tökülməsinə, bədəndəki zərərli maddələrin xaric edilməsinə yardımçı olur.
Gül kələm C vitamini, minerallar, lif baxımından zəngin olduğundan şəkər xəstələri üçün xeyirlidir. Qan təzyiqini aşağı salır, xərçəng xəstəliyi ehtimalını azaldır.
Kərəvizdə sink, fosfor, mis, selenium mineralları, A, B, C vitaminləri boldur. Bu mənada orqanizmi qüvvətləndirir, öskürəyi kəsir, qanı təmizləyir, qaraciyər şişliyinin qarşısını alır, sarılığı aradan qaldırır və s.
Xurma A vitamini, karbonhidrat baxımından zəngindir. Buna görə də ürək-damar sistemi xəstəlikləri zamanı məsləhət görülür, immunitet sistemini gücləndirir, xolesterolu düşürür. Orqanizmin müqaviməti, immunitet sistemi güclü olduqda, demək olar ki, əksər xəstəliklərə qalib gəlir. Odur ki, meyvə-tərəvəzə daha çox üstünlük verin. Meyvə-tərəvəzə üstünlük verin

Həmçinin bax: Meyvələrin möcüzəsi 


Davamı →

Enerjili və sağlam olun

Mütəxəssislərin fikrincə, zehni yorğunluq, yaddaş zəifliyi qidalanma, həyat tərzi və idmandan da çox asılıdır. Yəni ideal çəkidə olmaq, normal həyat sürmək və idmanla məşğul olmaq dediyimiz amillərin aradan qalxmasında və orqanizmin enerjili olmasında mühüm rola malikdir. Bunun üçün aşağıdakı amillərə diqqət yetirmək lazımdır:
Kifayət qədər rejimlə və vitaminli yeməklərlə qidalanın. Çünki gərgin iş saatlarında qida dəyəri aşağı olan xörəklər yemək orqanizmin vitamin və mineral ehtiyaclarının tam ödənməməsinə səbəb olur.
Orqanizmin möhkəmlənməsi üçün ədviyyatlardan daha çox istifadə edin. Hər işinizi planlı şəkildə görün, gününüzü dəyərləndirməyi bacarın. Yeməklərdə üstünlüyü meyvə-tərəvəzə verin. Quru meyvələr daha faydalıdır. Çalışın susuz qalmayın. Bədənin enerjisini yüksək səviyyədə saxlamaq üçün gündə 8-10 stəkan su için. Çünki su çatışmazlığı sağlamlıq üçün təhlükə törədə bilər.

İdmanda rejimə düzgün əməl edin!
İşdən çıxarkən idman salonuna gedirsiniz və günorta yeməyindən sonra dilinizə heç nə dəyməyib. Bu zaman idman proqramınızı yarıda kəsmək məcburiyyətində qalsanız, narahat olmayın. 2 yemək qaşığı fındıq, badam və 1 ədəd alma yemək kifayətdir. İdmana, qidalanma rejiminə, yuxu saatlarına düzgün əməl etsəniz, həmişə enerjili olacaqsınız.


Davamı →

Ayaqqabı alarkən diqqətli olun

ayaqqabılarBaxırsan ki, ucuz ayaqqabıdır, görünüşü də gözəl. Ancaq bu gözəl ayaqqabının tərkibində orqanizm üçün hansı təhlükə mənbələrinin “yatdığından“ xəbərimiz yoxdur. Əslinə qalsa keyfiyyətsiz ayaqqabı baha da olur, ucuz da.
Yəni demək olmaz ki, bahalı ayaqqabıların hamısı keyfiyyətli olur. Bahalı mal da zay, keyfiyyətsiz çıxır. Ancaq bir həqiqət var: “Ucuz ətin şorbası olmaz“. Bəzən qiymətinə, zahiri görünüşünə aldanıb aldığımız sintetik ayaqqabılar, necə deyərlər, canımıza cəllad kəsilir. Belə ayaqqabılarda xərçəng xəstəliyi ehtimalı olduğu da aşkar edilmişdir.
Araşdırma apararkən məlum olmuşdur ki, bu növ ayaqqabıların istehsalında plastik materiallardan, həmçinin orqanizm üçün həyati təhlükə daşıyan, zahirən dəriyə oxşayan sintetik materiallardan istifadə olunur. Bu növ ayaqqabılar ağciyər, qaraciyər və böyrəklərdə xərçəng xəstəliyinin meydana çıxmasına səbəb olur. Hava buraxmayan, ayağı tərlədən, göbələk xəstəliyi əmələ gətirən ayaqqabılar sağlamlığa böyük zərbə vurur. Ona görə də ayaqqabı alanda diqqətli olmaq, sintetik materiallardan qaçmaq, təbii dəridən tikilmiş ayaqqabılara üstünlük vermək lazımdır. 


Davamı →

Yuxuda niyə yıxılırıq?

Bəzən orqanlarımız müvəqqəti olaraq sanki düzgün işləmək istəmir, adət etmədiyimiz hissiyyatlar  və kiçik problemlərlə üzləşirik. Əslində ortalıqda problematik sayılacaq heç nə yoxdur, orqanizm nəyəsə eyham edir və ya işarə verir.

Belə olur ki, bəzən biz yatmağa başlayarkən əvvəlcə mürgüləmək vəziyyətində oluruq. Mürgü zamanı ətrafdakı bəzi səsləri eşidə bilirik, lakin artıq yuxu “şəkilləri” də görməyə başlayırıq.

Bu zaman qəfildən biz sanki yıxıldığımızı hiss edir və vəziyyətdən çıxmağa cəhd göstəririk. Gözlərimizi açdıqda başa düşürük ki, heç hara yıxılmırıq, sakitcə və dinc vəziyyətdə yatağımızda uzanmışıq.

Əslində nə baş verir? Alimlər müəyyən ediblər ki, biz mürgüləyərkən bədənimizin temperaturu dəyişir. Nəfəs alıb-vermək yavaşlayır, əzələlər gərginlikdən çıxır. Bizim beynimiz bu vəziyyəti yıxılmaq kimi qəbul edir və ayaqlara siqnal göndərir ki, bərk bir yerə dirənsin, söykənsin və ya basılsın. Məhz buna görə də biz ayaqlarımızın qeyri-iradi dartınması və ya qıcolması ilə yuxudan ayılırıq.

Həkimlər bu vəziyyəti “hipnozlu dartınma” və ya “yuxu qıcolması” adlandırır. Belə gecə qıcolmalarına insanların təxminən 70 faizində rast gəlmək mümkündür.


Davamı →

Düzgün yataq necə olmalıdır?

Sağlam səhər, düzgün yataq seçimindən başlar. Ömrümüzün bəlli bir hissəsini yuxuda keçiririk. Yuxu deyəndə ağla ilk gələn yataqdır. Bəs yatağımızı düzgün seçə bilirikmi?
Əksər insanlar yumşaq yataqda yatmağı xoşlayır, bəziləri isə bunu lap xoşbəxtçilik sayır. Hətta nənə-babalarımız deyərdilər ki, “Qalın və yumşaqdır, elə bil şah yatağıdır” Əvvəllər mən də elə düşünürdüm. Amma Ərşad Əzimzadənin “Möcüzəsiz möcüzə ”kitabını oxuyanda fikirlərim dəyişdi. Sizinlə paylaşmaq istədim. Əminəm ki, sizin də fikirləriniz dəyişəcək.

“Çarpayı o qədər düz və bərk olmalıdır ki, sizi incitməsin. Üstünüzə saldığınız örtük o dərəcədə nazik olmalıdır ki, üşüməyəsiniz.
Ardı →

Su

suSu orqanizmə çox lazımdır. Toksinlərin ifraz olunması, qida elementlərinin hüceyrələrə daşınması, təzyiqin tənzimlənməsi, temperaturun nəzarətdə saxlanması, oynaqların və orqanların qorunması, qulaq, burun və boğaz üçün lazım olan nəmli mühitin təmin edilməsi və s. kimi bir çox fəaliyyətlər üçün orqanizmin suya böyük ehtiyacı var. Hər kəs çəkisinə, yaşadığı mühitə, fiziki fəaliyyətinə, tərləmə səviyyəsinə görə suya ehtiyac duyur. 

Susuzluğu aradan qaldırmaq üçün ən yaxşı vasitə yenə su özüdür. Çünki meyvə sularını və qazlı içkiləri çox içdikdə çəkinin artmasına səbəb olur. Bədən daha çox enerji sərf etdikdə suya ehtiyac hiss edir. 

Digər tərəfdən, çox su içmək də zərərlidir. Məsələn, ifrat dərəcədə su içdikdə bədəndə elektrolit itkisi meydana gəlir. Bu isə hüceyrədaxili və hüceyrəxarici mayelərin tarazlığını pozaraq sağlamlıq üçün ciddi təhlükə törədir. Əgər çox ağır fiziki fəaliyyətdəsinizsə, mühitin temperaturu və nəmliyi normadan artıqdırsa, daha çox su itkisi yaşamamaq üçün əlavə olaraq mineral tərkibli mayelərə üstünlük verə bilərsiniz. Yemək zamanı çox su içmək isə həm mədədə turşuluğun azalmasına, həm də həzm probleminin yaranmasına səbəb olur. 

Çox susama bəzən bəzi xəstəliklərin əlaməti kimi də ortaya çıxa bilər. Bunların arasında diabet və yoğun bağırsaq problemi əsas yer tutur. Bu vəziyyətdə mütləq həkimlə məsləhətləşmək lazımdır. 

Ürək xəstəliyi, yüksək təzyiq xəstəliyi və şiş problemi olanlar da su miqdarını azaltmalıdırlar. 


Ardı →