Рейтинг
+117.98

sağlam həyat tərzi

103 üzv, 790 topik

Kompüter qırışıqlara səbəb olur

Britaniyalı kosmetoloq həkim Maykl Preyger demişdir: sifətin vaxtından qabaq qocalmasının səbəblərindən biri kompyuter arxasında işləməkdir.O qeyd etmişdir ki, onun üzündə vaxtsız qocalma əlamətləri olan pasiyentləri arasında kompyuterin monitoru qarşısında oturan qadınların faizi yüksəkdir.Tibb işçiləri belə vəziyyəti «kompyuter siması» termini ilə ifadə edirlər.
Ardı →

Sağlam bədən üçün fiziki hərəkətlər

Əlbəttə ki, gözəl bədən quruluşuna sahib olmaq üçün əzələləri mütəmadi olaraq məşq etdirmək lazımdır. Onlar möhkəm olduqda bədən quruluşu da gözəl olur. Fiziki aktivlik müntəzəm şəkildə olmalıdır. Bunun üçün üzgüçülüyə, trenajor və ya fitnes zalına getmək, hər gün piyada gəzmək, qaçmaq lazımdır. Bir çox qadınların fitnes və aerobika qruplarında məşğul olmaq üçün imkanları və vaxtları olmur. Ancaq onlar bunu evdə etməklə də uyğun nəticəni ala bilərlər.Bu hərəkətlər kompleksi bütün əsas əzələ qruplarının işlədilməsi üçün tərtib edilmişdir. Onu müntəzəm olaraq, heç olmasa həftədə 3 dəfə olmaqla, 40-60 dəqiqə ərzində yerinə yetirmək lazımdır. Hərəkətləri düzgün yerinə yetirin, bu halda bir müddətdən sonra bədən quruluşunuzun nəzərəçarpacaq dərəcədə yaxşılaşdığını hiss edəcəksiniz. Hərəkətləri etməmişdən ən azı yarım saat əvvəl 0,5 stəkan qaynadılmış su için, bu, orqanizmi susuzluqdan qoruyacaqdır. Yeməyi isə məşqdən ən azı bir saat əvvəl yeyin.


Ardı →

Bədənin möhkəmləndirilməsi

Bədənin mökəmləndirilməsi – xəstəlikləri müalicə etmir, onların qarşısını alır. Bu, onun çox vacib olan profilaktik roludur.Bədəni mökəmləndirilmiş olan insan nəinki, istini, soyuğu, həmçinin, orqanizmin müdafiə qüvvələrinin zəifləməsinə səbəb ola bilən havanın kəskin temperatur dəyişmələrini də yüngül şəkildə keçirə bilər.


Ardı →

Düzgün geyinin,sağlam olun

Bəşər mədəniyyətinin mövcud olduğu ən qədim dövrlərdən xarici görünüşə diqqət cəmiyyətdə əhəmiyyətli yerlərdən birini tutur.Xarici görünüşcə yaxşı görünmək yaxşı imic formalaşdırmaq, əhval-ruhiyyəni qaldırmaq, ətrafı cəlb etmək və sadəcə özünə güvənmək üçün təmin oluna bilər.O faydalı olduğu qədər də ziyanlı ola bilər.
Ardı →

Qəlyan çəkmək

Dünyada ilk qəlyan Hindistanda hazırlanıb. Daha sonra isə ondan İran, ərəb ölkələri və Türkiyədə geniş istifadə olunmağa başlayıb. Türkiyədə qəlyan çəkmək ən qədim adətlər sırasına daxildir. Ümumiyyətlə bu ölkədə qəlyandan istifadə keçmişdə də dəbdə olub, indi çox populyardır. Bu səbəbdən də çoxları qəlyanın vətəninin Türkiyə olduğunu idda edir. Bu gün Türkiyə və Misir qəlyan çəkmək mədəniyyətinin son dərəcədə inkişaf etdiyi ölkələrdir.
Şərq məkanında qəlyanla bağlı müxtəlif aforizmlər, adət-ənənələr mövcuddur. Bir sıra xalqlar dostluq əlaməti olaraq bir-birlərinə qəlyan bağışlayırlar. Bəzi ərəb ölkələrində isə evə gələn qonaq ona təklif edilən qəlyandan imtina edirsə, bu ev sahibinə qarşı çox ciddi hörmətsizlik kimi qiymətləndirilir.


Ardı →

Yuxunun dərmanı

Yuxusuzluğun qaynağı nə olursa olsun nizamlı qoz yemək bu problemi ortadan qaldırır.Yuxusuzluq bəzən psixoloji bir problem bəzən də iqlim dəyişikliyiylə özünü göstərməkdədir. Yuxusuzluğa itələyən qaynaq nə olursa olsun nizamlı qoz yeyərək bu problemi ortadan qaldırmaq mümkündür.
Ardı →

Yoğurtlar sağlamlığa ziyandır

Həkimdən daha çox soruşulan məlumatlardan biri də süd və süd məhsullarının təsiri ilə bağlı olur.Demək lazımdır ki, onlar mütləq şəkildə xeyirli bir qida olmayıb öz zərərli tərəfləri ilə narahatlıq doğura bilər.Süd və süd məhsullarından davamlı və plansız bir şəkildə istifadə etmək kifayət qədər ciddi böyrək daşı, mədə-bağırsaq traktı (MBT) və xərçəng xəstəliklərinə səbəb ola bilər.


Ardı →

Ömrün 6 ili

İnsan daim əndişə və narahatlıq hiss edirsə, o, daha tez qocalır.
“PLUS ONE” bildirir ki, geniş yayılmış psixoloji fəsad olan fobik əndişə pozuntusu insan orqanizmində hüceyrə səviyyəsində problemlər yaradır və bu səbəbdən də insan vaxtından əvvəl qocalır.


Ardı →