Рейтинг
+117.98

sağlam həyat tərzi

102 üzv, 636 topik

Culepin orqanizmə faydaları

Culep(ərəb. Julab — gül suyu) sakitləşdirici və susuzluğu aradan qaldıran içkidir. Onun əsas tərkibini təzə nanə təşkil edir. Onun hazırlanması zamanı aşağıdakılardan istifadə edilir.
* spirtli içki
* sirop
* mineral mətbəx suyu
* təzə meyvə və giləmeyvələr.

Culepdən dərmanların, miksturaların və tinkturaların hazırlanmasında istifadə edilir. Culep barədə amerika yazıçıları Con Miltonun və Samuel Pepisin əsərlərində də qeydlərə rast gəlinir. Bu yazıçıların qeydlərindən sonra culep bütün dünyada məşhur olmuşdur. Adətən Amerikada burbon tərkibli culeplar hazırlanır. Qədim zamanlarda bu içki kiçik və qapaqlı gümüş qablaşdırmalarda satılıb.

Klassik culep reseptində onun şəkər və ya şəkər siropu, nanə, likör (bəzən rom, viski, burbun, konyak, vodka və s. müxtəlif alkohollu içki) və buzdan istifadə edilir. Culep enli və hündür stəkanlarda satılır. Sərin qalması üçün onu soyuducuda və ya dondurucuda saxlayırlar. Nanəli culep kokteyli çox dadlı olur. Onu alma, şaftalı, nar, çiyələk, üzüm, albalı şirəsi və müxtəlif giləmeyvələrdən də əlavə edərək qəbul etmək mümkündür.
Davamı →