Nokia telefonlarıında mühafizə sisteminin sındırılması
Bir çox insan indiki dövrdə bahalı telefon dalınca qaçır.Hamı istəyir onun telefonu ən son model olsun,bütün standartlara cavab versin.Amma Azərbaycanda bir çox insanın aldığı telefonun malik olduğu funksiyalarından xəbəri yoxdur.Ələlxüsus da smartfonların.
Men sadece Nokia telefonları haqda məlumat verecəyəm.Çünki yalnız Nokianın platformasından başım çıxır.Symbian OS 9.1-9.4
Bir çox insanın telefonunun mühafizə sistemi telefonun lazımlı proqramlardan istifadə etməsinə əngəl törədir.Bunun üçün telefonun mühafizə sistemini sındırmaq lazımdır.Bunu etmək isə şəhərdə çox bahadır.Bunun üçün ən azı 5-6 manatdan keçmək lazımdır.Təkcə iş bununla da bitmir.Bundan sonra bu işi görənlər işi o qədər uzadırlar ki,qiymət kəllə-çarxa çıxır.
Bu heç də çətin iş deyil.Bu da sındırma usullarından biri.Bunun üçün əvvəlcə X-plore proqramını telefona yazmaq lazımdır.Daha sonra Hello Carbide proqramını telefona yükləyirsiniz.X-plore proqramını açıq saxlayıb H.C-proqramında Menu-nu klik edin.Burda 20-30 dəfə Yes düyməsini basmaq lazımdır.Bundan sonra X-plore-a daxil olub C bölməsindəki(telefon yaddaşı) Hello Carbide-nin qovlugundakı instalserver.exe (telefonun modelinə uyğun gələni) faylını telefonun sys qovluğundakı bin qovluğuna köçürün və telefona restart verin.
Artıq hər şey hazırdı.
Qeyd:X-plore-un menyusundakı "gizli və sistem qovluqları göstər" funksiyalarını aktiv etmək lazımdır.
17 şərh
Iradlariniz ve teklifleriniz mene cox vacibdir.Bu sadece os9.1 ve 9.2 de isleyir 9.3-de islemesi ucun sertifikat sifaris vermek lazimdi
hansisa cin saytinda bunu etmek olur.
hə onu bilirəm, amma o Symbian platformasının digər növüdü.Məsləhətlərə görə də təşəkkürlər.
S40 platformasında axı Symbian əməliyyat sistemi yoxdur. Symbian OS ancaq smartfonlar üçündür. Qeyd etdiyim kimi S40 platforması telefonlar, sadalanan digər platformalar isə smartfonlar üçündür. «Series 40 Symbian OS platformasının növüdür» demək düz deyil, məncə.
en.wikipedia.org/wiki/Series_40
Bu keçidə baxın, orada «operating system» bölməsində aydın qeyd olunub.
Yaxud bu biri keçiddə 3-cü abzası oxuyun, orada yazılıb hansı əməliyyat sistemidir telefonlarda: nokia.ru/about-nokia/press/show-press-release?newsid=-39990
Bir də bu keçidə baxın: az.wikipedia.org/wiki/Symbian_OS