Nokia üçün mövzu(tema) yaratma üsulu

Nokia telefonlarının ən gözəl tərəflərindən biri telefona istənilən növ mövzuları sadə bir şəkildə quraşdırmaq və onları yaratmaq olur. Hal-hazırda mövzu yaratmaq üçün müxtəlif üsullar var. Bunun üçün xüsusi proqramlar da çoxdur. Amma bu proqlamların çoxunun istifadə imkanları məhduddur. Misal üçün şriftlərin rəngi,forması,arxa fonun rəngi, kalendarda aylara uyğun şəkillərin quraşdırılması imkanları bir çox proqramlarda yoxdur. Buna görə də  başqa üsullar daha funksiyonaldır.

İstər Symbian S60, istərsə də S40 platformasında cürbəcür üsullar var. Lakin S60 platforması mürəkkəb olduğundan bu haqda sonrakı postlarımda məlumat verməyi nəzərdə tutmuşam. S40 platformasında bu iş çox da çətin deyil. Bunu həm kömpüterdə, həm smartfonlarda etmək mümkündür.  Telefonda bu işləri görmək üçün fayl menecer olmalıdır. Şəxsən mən X-plore proqramına üstünlük verirəm. Amma kömpüterdə bu iş daha rahatdır. Bunun üçün bizə arxivləşdirmə proqramı lazımdır. Əvvəlcə .nth faylı, yəni mövzunu arxivləşdirmə proqramı ilə(misal üçün Winrar) açırıq. Faylın içində şəkillər görünəcək. Mövzudan asılı olaraq faylın içində animasiyalar, musiqi parçaları ola bilər. Mövzu seçəndə çalışın ki, həcmi böyük olsun. Çünki belə mövzular daha funksiyonaldır. Faylın içindəki theme descriptor.xml faylını mətn redaktoru vasitəsilə açırıq. Burada ingilis dilini bilən insan heç bir çətinlik çəkməyəcək. Bu fayl  mözunun yaradılmasında əsas rolu oynayır. Başlanğıcda yazıların, arxa fonun rəng kodları verilir.

<colors
display="main"
header_font_color="0x99ff"
status_area_font_color="0x99ff"....

Rənglərin kodlarını internetdən tapmaq olar. Daha sonra menyu bölməsinin göstəriciləri  verilir.
<menu_item
item_id="settings"
list_view_icon="setts.png"
grid_view_icon="setts.png"
animating_grid="sett.png"
app_specific_bg="3.jpg" />
Bu menyudakı settings(sazlama) bölməsinin  göstəriciləridir. Siz ikonu dəyişə bilərsiniz. Bunun üçün istədiyiniz ikonun adını və formatını setts.png yazılan bölmələrə köçürməlisiniz. Misal üçün mən safty333.jpg qoyuram. 
<menu_item
item_id="settings"
list_view_icon="safty333.jpg"
grid_view_icon="safty333.jpg"
animating_grid="safty333.jpg"
app_specific_bg="3.jpg" />

Bu cür forma alınmalıdır. 3.jpg isə arxa fondu. Onu da bu üsulla dəyişə bilərsiniz. Qalan hissələrdə də dəyişiklik bu cür aparılır. Siz screensaver(ekran qoruyucu), wallpaper(fon şəkli) və arxa fondakı şəkilləri də düzəldə bilərsiniz. Sonda theme descriptor.xml faylını  istədiyiniz şəkillərlə birlikdə(məsləhət görülür ki, köhnə mövzudakı dəyişmədiyiniz şəkilləri bura əlavə edəsiniz) .zip faylda arxivləşdirərək saxlayın. .zip faylının formatını dəyişərək .nth formatına çevirin və telefona quraşdırın.

Qeydlər:

Şəkillərin formatı theme descriptor.xml faylındakı formatla eyni olmalıdı. Şəkillərin ölçüsü maksimum 640x480 olmalıdı. Əks təqdirdə temanın həcmi çox olacaq və bunu açmağa telefonun gücü çatmayacaq. Bütün şəkillər portret formasında(uzununa) olmalıdı. Məsləhət görülür ki, temanın arxa fon şəkillərinə(background,qısa -bg) toxunmayasınız.Yeni başlayanlarda bu alınmayacaq. Əgər siz menyu ikonlarını dəyişmək istəmirsinizsə, istənilən mövzunun ikonlarından istifadə edə bilərsiniz.  Nümunə üçün öz mövzularımdan birini təqdim edirəm.Yükləyə bilərsiniz.

Файл для скачивания

Ayrıca .xml fayl da yerləşdirirəm.Файл для скачивания

0 şərh