Рейтинг
+41.60

Şahmat

38 üzv, 28 topik

Boris Spasski

30 il bundan əvvəl, Rumıniyanın paytaxtı Buxarestdə beynəlxalq turnir keçirilirdi. Turnirdə Smıslov, Petrosyan, Boleslavski ilə adlı-sanlı iştirakçılarla yanaşı, 15 yaşlı Leninqrad məktəblisi, ustalığa namizəd Boris Spasski də çıxış edirdi. Heç kim ciddi rəqib saymırdı. Lakin elə birinci turda gözlənilməz hadisə baş verir. Spasski şahmat tacına real namizəd olan Smıslovu məğlubiyyətə uğradır. O, turdan-tura görkəmli şahmatçılarla çəkinmədən oynayırdı. Gənc şahmatçı turnirdə 4—5-ci yerləri bölüşdürərək, dünyanın beynəlxalq usta adına layiq görülmüş ən gənc şahmatçısı olur. Bununla da Spasskinin şahmat aləmində müzəffər yürüşü başlanır.


Ardı →

Mixail Botvinnik

1925-ci il noyabrın 20-də dünya çempionu Kapablanka Leninqrad filarmoniyasının konsert zalında eyni vaxtda oyun seansı keçirirdi. O, taxtadan-taxtaya keçir, fikirləşmədən fiqurları döyüşə atırdı. Lakin bir görüş üzərində getdikcə daha çox düşünməyə məcbur olurdu. Çempionun rəqibi 14 yaşlı Leninqrad məktəblisi Botvinnik idi.33-cü gedişdə vəziyyətin çıxılmaz olduğunu görən Kapablanka məğlub olduğunu bildirdi. Leninqradlılarla vidalaşarkən dünya çempionu ona qalib gələnin kim olduğunu soruşdu. Balacanın adının Mişa Botvinnik olduğunu bilib əlavə etdi: Belə fikirləşirəm ki, onun böyük gələcəyi var.Mixail BotvinnikKapablankanın bu sözləri çox keçmədi ki, özünü doğrultdu. Botvinnik 2 ildən sonra usta normasını yerinə yetirdi. 6 ildən sonra ilk dəfə olaraq SSRI çempionu adını qazandı.
Davamı →

Maks Eyve-hollandların iftixarı

«Elmin və şahmatın oxşar xüsusiyyətləri ondan ibarətdir ki, hər ikisi qarşıya qoyulmuş məqsədə çatmaqda intizamlı və ardıçıl olmağı tələb edir».
M. Eyve
Ərazicə çox da böyük olmayan Hollandiya istedadlarla həmişə heyrətamiz dərəcədə zəngin olmuşdur. Bu kiçik ölkə dünyaya dahi filosoflar, fiziklər, riyaziyyatçılar, bioloqlar, rəssamlar, musiqiçilər bəxş etmişdir. Hyugens və Lorents kimi fiziklərin, mikroskopun ixtiraçısı Levenhukun, Van Deyk və Rembrandt kimi rəssamların, humanist və mütəfəkkir Erazm Rotterdamskinin adları bəşəriyyət tarixinə əbədi olaraq daxil olmuşdur. Şahmat sahəsində isə hollandiyada uzun müddət bu dahilərə bərabər istedad yox idi. Ona görə də 1935-ci ildə M. Eyve Alyoxinlə matçda qalib gələrkən hollandların keçirdiyi sevinci başa düşmək olardı. Düzdür, o vaxtlar dahi rus şahmatçısı yaxşı idman formasında deyildi. Lakin keçmiş dünya çempionu V.Smıslovun dediyi kimi, «etiraf etmək lazımdır ki, hansı formada olursa-olsun, Alyoxinə ancaq yüksək ustalığa malik olan şahmatçı qalib gələ bilərdi. Eyve haqlı olaraq şahmat tarixində beşinci dünya çempionu oldu».


Ardı →

Aleksandr Alyoxin

MƏĞLUBEDILMƏZ ÇEMPION


«Şahmatla yanaşı mən öz xarakterimi tərbiyə etmişəm. Şahmat ən əvvəl obyektiv olmağı öyrədir. Həyatda olduğu kimi, şahmatda da səhvlərini və çatışmazlıqlarını başa düşdükdən sonra böyük usta olmaq mümkündür».
A. Alyoxin.


Dahi rus şahmatçısı A, Alyoxinin şahmat tacına yiyələnməsi şahmat tarixində ən parlaq səhifələrdən biri olmuşdur. O 1892-ci il noyabrın 1-də Moskvada anadan olmuşdur. Şahmatla uşaq yaşında ikən tanış olmuş və həmin vaxtdan başlayaraq onun cazibəsindən çıxa bilməmişdir. Alyoxin uşaqlıqdan təmizkar və əməksevər idi. Onun uşaq yaşlarında oynadığı görüşlərin gedişləri yazılmış dəftəri indi də saxlanılır. O, yazışma ilə oyuna da xeyli vaxt sərf edirdi. Variantları bir qayda olaraq yaddaşında hesablamağa çalışırdı.


Ardı →

Xose Raul Kapablanka

AZADLIQ ADASINDAN OLAN ŞAHMATÇI
«Siz qətiyyətli olmalısınız! Əgər düşünürsünüzsə ki, gediş yaxşıdır, onu əldən buraxmayın. Təcrübə ən yaxşı müəllimdir».
X. R. Kapablanka.
1888-ci il noyabrın 19-da uzaq Kuba adasında havanalı şahmat həvəskarının ailəsində dünyaya bir oğlan uşağı göz açdı. Onu həyatda öz vətənini şöhrətləndirmək, dahi şahmatçı və dünya çempionu olmaq kimi böyük səadət gözləyirdi. Bu, Xose Raul Kapablanka idi.

O, şahmat oynamağı 4 yaşında ikən atasının oyununa baxarkən öyrənmişdi. Balaca Xose bir neçə gün ərzində müstəqil olaraq şahmatın əsasını elə öyrəndi ki, atası zəif gediş edəndə onun səhvini tutdu. Oğlunun şahmatın sirlərinə bələd olmasından heyrətlənən atası balacaya şahmat oynamağı təklif etdi. Görüş dörd yaşlı Xosenin qələbəsi ilə nəticələndi.


Ardı →

Emmanuil Lasker

Şahmat taxtası üzərində yalana və riyakarlığa yer yoxdur.
Şahmat kombinasiyasının gözəlliyi ondadır ki, bu kombinasiya-həmişə doğruçudur.

E. Lasker.


1894-cü il mayın 26-da dünya şahmat həvəskarları yeni çempionun elan olunduğundan xəbər tutdu. Əl ağacına söykənərək, kreslodan ağır-ağır qalxan Steynits yeni dünya çempionu Laskerin şərəfinə üç dəfə «ura» deyərək onu təbrik etdi…


Ardı →

Steynits-ilk şahmat çempionu

Şahmat mənən zəif adamlar üçün deyil. Şahmat adamdan varlığını bütünlüklə ona verməyi tələb edir...
V. Steynits.
1859-cu ildə şahmat səmasında meteor kimi çaxıb-sönən Morfidən sonra Andersen yenidən ən güclü şahmatçı adını qazanır.1862-ci ildə ikinci beynəlxalq London turnirindəki qələbəsi onun şöhrətini daha da artırır. Lakin dörd ildən sonra Andersen heç kimin tanımadığı usta V. Steynitsə gözlənilmədən məğlub olur. 8:6 hesabı ilə qalib gələn Steynits(Wilhelm Steinitz)özünü dünya çempionu elan edir. Lakin şahmat həvəskarları Morfiyə qalib gəlməyən yeni çempion barəsində eşitmək belə istəmirlər. Ona görə də London turnirinin yeni qalibi 1883-cü ilin yanvarında Morfi ilə oynamaq üçün Yeni Orleana (ABŞ) getmək qərarına gəlir. O, Morfinin evi ətrafında gecə-gündüz dolaşaraq, bu sirli şahmatçını görmək istəyir. Ancaq Morfi onunla cəmi 10 dəqiqə görüşməyə razılıq verir. Özü də belə bir şərt qoyur: söhbət zamanı şahmat haqqında bir kəlmə belə danışılmamalıdır.
Davamı →

Pol Morfi

METEORA BƏNZƏR
Ilk beynəlxalq London turnirinin başlanmasına 1 il qalmış həmin yarışların gələcək iştirakçısı, Macarıstan çempionu, usta I. Levental ABŞ-da qastrol səfərində idi. 1850-ci il mayın 22-də Yeni Orleanda olarkən ondan 12 yaşlı oğlanla oynamağı xahiş etdilər. Görkəmli usta ev sahiblərinin xətrinə dəyməmək üçün təklifə razı oldu.
Taxtada rus görüşü oynanılarkən, 8-ci gedişdə balaca oyunun sürətli inkişafını davam etdirmək üçün fili atla dəyişir. 13-cü gedişdə isə kombinasiya quraraq, uduşlu sonluğa nail olur. Levental çox fikirləşsə də oyunda dönüş yarada bilmir. Rəqibinin gedişlər üzərində çox düşünməsindən yorulan balaca şahmatçı 57-ci gedişdə səhvə yol verir. Macarıstan çempionu bundan istifadə edərək, oyunu heç-heçə başa çatdırmağa müvəffəq olur.
Levental yorulduğunu bəhanə edərək, üç gündən sonra yenidən görüşməyi təklif edir. Mayın 25-də rəqiblər taxta arxasında otururlar. Çox keçmir ki, balaca şahmatçı üstünlüyü ələ alır. 45-ci gedişdə onun kombinasiyalarından çaş-baş olan Levental məğlub olduğunu bildirir. 13 yaşlı oğlanın oyunundan heyrətə gələn Macarıstan çempionu ayağa qalxaraq qələbə münasibətilə onu təbrik edir və təntənəli surətdə deyir: «Ümidvaram ki, sizin dünya çempionu olacağınız günü görəcəyəm».


Ardı →

Adolf Andersen

ŞAHMAT SEHRBAZI
XIX əsrin ortalarında şahmat Avropa və Amerikada geniş yayılmışdı. Şahmatın belə populyar olmasını nəzərə alaraq böyük beynəlxalq turnir keçirmək qərara alındı. Ingilislərin təşəbbüsü ilə keçiriləcək bu turnir, «Ən güclü şahmatçı kimdir?» sualına cavab verməli idi.
1851-ci ildə Londonda ilk beynəlxalq turnir start götürdü. Turnirdə Avropanın ən güclü şahmatçıları mübarizə aparırdılar. Iştirakçılar arasında heç kəsin tanımadığı Almaniyadan gəlmiş 33 yaşlı riyaziyyat müəllimi Adolf Andersen də vardı. Məhz Andersen hamını heyrətdə qoyaraq, turnirin qalibi adına layiq görüldü.
Andersen, 1818-ci il iyulun 6-da Breslavlda (indiki Vrotslav) yoxsul ailədə anadan olmuşdur. 9 yaşında ikən şahmatla tanış olmuş və ömrünük axırınadək bu qədim müdrik oyuna bağlanmışdı. O, xüsusilə, Stammın məsələləri ilə daha çox maraqlanırdı. Çox kecməmiş Andersen özü də şahmat məsələləri tərtib etməyə başladı.
Ardı →

Şahmat haqqında

Şahmat oyununun dəqiq yaşı məlum deyil. Misir, İraq və Hindistanda aparılan arxeoloji qazıntılar əsasında tapılmış materiallar şahmatın yaranma tarixini miladdan öncə 3-2-ci minilliklərə aid edir. Yazılı ədəbiyyatda bu oyun haqqında ilk məlumata 5-ci əsrə aid fars poemasında təsadüf olunur. Orada şahmat oyununun məhz Hindistanda ixtira olunduğundan söhbət gedir. Buna görə də şahmatın ixtira tarixini məhz bu dövrdən hesab edirlər.
Sasani şahı Xosrov Ənuşirəvanın hakimiyyəti dövründə ( 531-579 ) şahmat İranda, o cümlədən Yaxın şərqdə geniş yayılır. Şahmat oyunu haqqında məlumata Ə.Firdovsinin " Şahnamə " əsərində də rast gəlmək olar. Poemada hind racəsi tərəfindən Sasani şahına təqdim edilən hədiyyələr arasında iki ordunun döyüşünü xatırladan oyundan danışılır.
Ardı →