Xalqın qəhrəman oğlu şəhid Xalid Quliyevə həsr etdiyim poemamın son sözü

Təki sənin yanında,
Qoy üzümüz ağ olsun.
Hamımız qurban gedək,
Təki vətən sağ olsun…
 

5 şərh

_BUMERANQ_
Mübarizə aparaq və qalib gələk qurban niyə gedirik.

Topikin həcmi çox kiçikdi, şeirin 5-6 bəndi yerləşdirsəniz daha yaxşı olardı. 
salehs
Uğrunda ölən varsa vətən var… Səhv etmirəmsə belə idi bu  sözlər…
_BUMERANQ_
Bəli düz bilirsiniz: «Torpaq- əgər uğrunda ölən varsa, vətəndir.»
Amma ölüm ən son ağla gəlməlidi, ümid tükənəndə. Ağzımızı açıb ölümü niyə çağıraq axı? 
salehs
Söz verirəm ki, poemanı bütünlüklə yerləşdirərəm. 
salehs
Həyat müəyyən zaman kəsiyində bizlər üçün yaşamaqdan ötrü verilmiş bir müddətdir. Və bizim hər birimizin bu müddət ərzində üzərimizə düşən öhdəçiliklər, missiyalar var. Arzu edirəm hamımız bu zaman kəsiyində üzərimizə düşənləri etdik deyə özümüz özümüzdən razı qalaq. Və nə vaxt gələcəyi bilinməyən ölüm o zaman gəlsin. Amma bunu da unutmayaq ki, bu zaman kəsiyində üzərimizə düşən vəzifələrdən biri də lazım gəldiyində vətən uğrunda gözümüzü qırpmadan ölümə getməkdir. Bu ölüm özümüz üçün deyil, doğmalarımız üçün, onların rahatlığı üçün olduğu üçün ən şərəfli ölümdür.
Bizimdir vətənin hər qarış yeri,
Bizimdi torpaqlar, çaylar, yosunlar.
Vətən torpağını sevməyənləri,
Vətən torpağında basdırmasınlar...