Şəhidlər ölmür

Şəhid Sənan Əlizadənin ruhuna

Dərd gəldi vətən başına,
Sən göstərdin imdadını.
Tarixin qan yaddaşına,
Həkk elədin öz adını...

Vətən oğlu, “VƏTƏN” deyib,
Torpaq üstə candan keçdin.
Düşməninə mən-mən deyib,
Şəhidlik zirvəsin seçdin...

Sən igidsən, sən ərənsən,
Sən ölməzsən, basılmazsan!
Döyüş vaxtı ruh verənsən,
Əsgərlərə xoş avazsan...

Hamımız sənləyik hər an,
Hamımız bu dərdə şərik.
Yerdə qalmaz bu nahaq QAN,
Şəhid qardaş, söz veririk!!

Vətən meylin sənə salıb,
Sən uca bir dağsan, Sənan.
Sən getsən də adın qalıb,
Ölməmisən sağsan, Sənan!!!

Hüseyn Saleh (Seyfullayev)
12.02.2013-cü il
 

0 şərh