Toyxana

Yəqin ki hər birimiz kənddə «palatka» toyu görmüşük. Toyu tamada başlayır. İlk öncə özünü, musiqiçiləri və kameramanı təqdim edir. Hər bir kəs toyda söz demək və ya oynamaq üçün mütləq tamadanı görməlidir. Bu minimum 5 manatdır. (ƏDV daxil) ƏDV nədir? Hamınız deyəcək ki, Əlavə Dəyər Vergisi. Yox canım gözüm vergi hara toy hara? Toyda ancaq nikah məmuru ola bilər vergi məmuru yox. ƏDV- Əl Dəymədən Ver. Yəni tamadanın pencəyinin yan cibinə qoy sözünü de.
Bəli toy başlayır toyun qızğın yerində cavanların oynamaq üçün dava-dalaş saldığı bir vaxtda bir ayaq üstə dayana bilməyən piyanın biri gəlir bir ana haqqında muğam sifariş verir anasını qucaqlayıb oturur qulaq asır. Arabir də anasını öpərək anasına olan məhəbbətini nümayiş etdirməyə çalışır. Bəli muğamın arasında mahnıya yer verilir. Bu piyan da elə oynayır elə oynayır lap oynamayan adamın da sümüyünə düşür. Mahnı da nə olsa-nə olsa Anam sənə qurban ay sarı köynək… Bu da anasına olan məhəbbətin bariz nümunəsidir. 
Və toyda ifa olunan digər mahnılar da diqqətimi cəlb edir. Ara mahnılarını qeyd etmək istəmirəm onsuz da müğənnilərin bir çox ifa etdiyi mahnılar ara mahnılarıdır. Sözlərinə diqqətlə qulaq assan sözün əsl mənasında iyrənərsən. Dərd orasındadır ki diqqətimi çəkən mahnılar arasında xalq mahnıları da geniş yer tutur. Bunlardan bəzilərini diqqətinizə çatdırım siz də öz fikirlərinizi bildirin.
1. Dərəyə bax dərəyə,
Neyçün baxdun dərəyə.
Adə adama deyərlər dedin bax baxdım da. Yaxşı baxdın baxmadın özün bilərsən. Ardı gəlir ki, babamın parası yox, Məni evləndirməyə. Adə mən dərəyə baxdım baxmadım bunun sənin babanın parasına nə dəxli, sənin evlənməyinə nə dəxli?
2. Bağa girdim üzümə, Tikan batdı dizimə. Tikan uçub batdı dizinə? Batır qoy ayağına batsın da. Lap batdı yaxşı elədi. Ardı gəlir ki əyildim çıxartmağa, Yar sataşdı gözümə. Bu yar hardaydı ki əyiləndə sataşdı gözünə?
3. O yana döndər məni, Bu yana döndər məni. Əlavə şərhə ehtiyac yoxdu məncə.
4. Yar yaxasın düymələsin, Düymələmir özü bilsin. Yenə şərhə ehtiyac duymuram.
5. Üzərində qırğın gedir o deyir bizimdi bu deyir bizimdi. Sarı gəlin. A bala sənin camaatın gəlini ilə nə işin var axı. Səni mənə verməzlər sarı gəlin. Əlbəttə verməzlər ağzında gəlin deyirsən...
Nəysə yazsam və dərinə getsək hamısında bir səhv var. Çalışaq fikir verməyək yaxşı olduğunu düşünək ki, yaxşı olsun... 
 

3 şərh

kurdamir
Mən sizə nəzərən «palatka» toylarında çox olmuşam.Valla şəhər toylarından min dəfə yaxşı,təbii olur.Oxuduqca toylardan biri film kimi gözümün önündən keşdi.Birdəki bu hansı bölgəmizin «Toyudur»?
azadmamedov90
Hm… Razılaşmağa dəyər fikirlərdi. Ama yaslarımız toylarımıza, toylarımız isə heç bilmirəm nəyə  bənzəyir- Hamı yarışır indi, kim daha betər edəcək.