Yuxuda niyə yıxılırıq?

Bəzən orqanlarımız müvəqqəti olaraq sanki düzgün işləmək istəmir, adət etmədiyimiz hissiyyatlar  və kiçik problemlərlə üzləşirik. Əslində ortalıqda problematik sayılacaq heç nə yoxdur, orqanizm nəyəsə eyham edir və ya işarə verir.

Belə olur ki, bəzən biz yatmağa başlayarkən əvvəlcə mürgüləmək vəziyyətində oluruq. Mürgü zamanı ətrafdakı bəzi səsləri eşidə bilirik, lakin artıq yuxu “şəkilləri” də görməyə başlayırıq.

Bu zaman qəfildən biz sanki yıxıldığımızı hiss edir və vəziyyətdən çıxmağa cəhd göstəririk. Gözlərimizi açdıqda başa düşürük ki, heç hara yıxılmırıq, sakitcə və dinc vəziyyətdə yatağımızda uzanmışıq.

Əslində nə baş verir? Alimlər müəyyən ediblər ki, biz mürgüləyərkən bədənimizin temperaturu dəyişir. Nəfəs alıb-vermək yavaşlayır, əzələlər gərginlikdən çıxır. Bizim beynimiz bu vəziyyəti yıxılmaq kimi qəbul edir və ayaqlara siqnal göndərir ki, bərk bir yerə dirənsin, söykənsin və ya basılsın. Məhz buna görə də biz ayaqlarımızın qeyri-iradi dartınması və ya qıcolması ilə yuxudan ayılırıq.

Həkimlər bu vəziyyəti “hipnozlu dartınma” və ya “yuxu qıcolması” adlandırır. Belə gecə qıcolmalarına insanların təxminən 70 faizində rast gəlmək mümkündür.

 

9 şərh

pascal
Çox olmasa da, mən də arada yuxuda yıxılanlardanam. :)
babayeva_sabina
deməli məndə bu 70 % içindəyəm nə pis oldu:(
reality_man
əksinə pis olmadı, yaxşıkı bu 70 faizin içindəyik, biz də hər şey normaldır, vay 30%-in halına…
seyidova
mende çox olur bu hal.hetta bu gecede oldu hiss etdim :)
BaRLeLiTa
Məndə də rastlanan hal olduğu üçün bu xəbər maraqlı oldu mənim üçün də, çünki yuxudan yıxılanların sırasında məndə varam. Elə bilirdim bu hal hərkəsdə rastlanmır, sən demə insanların  70%-də rastlanan haldı. Nəı deyim sevindirici xəbər oldu, onun üçün də paylaşdım :)
_BUMERANQ_
Mənimçün yuxunun ən maraqlı yeri elə o yıxılmaq məqamıdı, onda da ki, diksinib ayılıram. Elə bil filmin ən maraqlı yerində işıqlar sönür :)
BaRLeLiTa
:))
Məndə o anda oyanıram, oyanan kimi də düşünürəm yuxuda nə gördüyümü, düşün ki, düşünəsən son da biraz xatırlayıram ki, hardansa yıxılırdım sən demə :) 
Kukulka
mendede yixilma hali cox olur,demey olar her defe yuxudan yixilib ayiliram,ya ele bil hansisa yuksek yerdeyem,yadaki ayagim iliwib yixiliram