Siqaretin orqanizmdə törətdiyi zərərlər!!!

Siqaret tütün bitkisinin qurudulmuş yarpaqlarından hazırlanır. Tütün müxtəlif cür yəni burunotu kimi çubuqla çəkilir. Tütün istər turubka, istər müştüklə çəkilsin, istərsə də tütünün yarpaqlarından hazırlanmış uzun və qalın siqaretlərdən istifadə olunsun bütün bunlar nikotinin  insan orqanizminə göstərdiyi zərərli təsirin qarşısını ala bilməz. Tütünün və hər cür siqaretin zərərsiz olanı çəkilməyənidir. Bir sözlə insan orqanizmi üçün ən zərərli vərdiş heç şübhəsiz siqaret çəkməkdir.

Siqaret tüstüsündə olan maddələrin heç birisinin insan orqanizminə faydası yoxdur, əksinə, hamısı zərərlidir.Ən zərərli olanları isə nikotin, qətran, karbon-monooksid (CO) və xərçəng yarada bilən  (kanserogen ) maddələrdir.

Məlumdur ki, gündə iki qutu siqaret çəkən insanlar çoxdur. Onlar bəs nə üçün zəhərlənmirlər, — deyə soruşula bilər. Buna cavab olaraq göstərmək lazımdır ki, əslində bütün siqaret çəkənlər, yavaş-yavaş zəhərlənirlər. Siqaret çəkənlərin birdən-birə zəhərlənərək ölməmələrinin səbəbi isə onların siqareti yandıraraq çəkmələridir. Daha doğrusu, siqaret yandırılarkən nikotin havaya yayılır və onun yalnız müəyyən bir hissəsi insan orqanizminə keçir. Sadəcə bir siqaretlə orqanizmə  1,2 – 2 milliqram nikotin keçə bilir.

Nikotin böyrəküstü vəzilərdən adrenalin və noradrenalin hormonlarının ifraqz olunmasına səbəb olur.Bu isə bir müddətdən sonra mədə xorasının yaranmasına gətirib çıxarır. Bundan başqa siqaret çəkənlərin ürəyi daha sürətlə döyünür və qan təzyiqi yüksəlir.

Davamlı olaraq siqaret çəkən adamlar bir müddət siqaret çəkmədikdə əl və ayaqlarına az qan gedər və həmin orqanlarda temperatur aşağı düşər. Belə vaxtlarda yanliz siqaret çəkildikdən 15-20 dəqiqə sonra əl və ayaqlardakı temperatur normal səviyyəsinə çatar.

Nikotin mərkəzi sinir-sisteminə təsiri nəticəsində qusma, başgicəllənməsi kimi hallar törənə bilir.

Uzun illər boyu siqaret çəkənlərdə müxtəlif xəstəliklər aşkar olur

Siqaretin orqanizmə törətdiyi zərərlər

Siqaret çəkmək iştahanı pozur, həzm prosesini çətinləşdirir, dişləri saraldır, mədə yarasına, dodaq, dil və yemək borusu xərçənginə səbəb olur

Öskürdür və bəlğəm əmələ gətirir, xronik bronxitə və emfizemə səbəb olur. Qırtlaq və ağciyər xərçəngi siqaret çəkən lər arasında daha çox müşahidə olunur.

Hafizə zəifləyir, çünki damarlar kirəcləşir. Əhval ruhiyyə pozulur, yuxusuzluq əmələ gəlir. Dəridə qırışlar yaranır. Hamilə qadınların hələ doğulmamış uşaqlarə ana bətnində zərər çəkir- cılız, zəif uşaqların doğulmasına ehtimalı artır. Siqaret çəkənlərin yanında oturanlar da siqaretdən zərər çəkir, evdə siqaret çəkən ata öz uşaqlarını da zəhərləyir.

Siqaret çəkməyə vərdiş etməyənlər heç bir zaman bu işə başlamasınlar, çəkənlər isə tərgitməyin yollarını axtarsınlar.

 

Bu mətn internet aləmində ilk dəfə olaraq Kayzen.az saytında dərc olunmuşdur.

 

Müəllif- Əhmədova Zeynəb

 

 

2 şərh

seyidova
Tanışlar var onlara siqaretin zererlerini deyirem hetta onlar menden yaxşı bilirler.Lakin tergitmirler.Sebeb olaraqda guya siqaret çekende esebleri sakit olur,çekmeyende özlerin pis hiss edirler,el-ayaqları esir.Amma başa düşmürler ki, gör ne qeder çekibler ki,siqaretden asılı olublar.Tergitseler o dedikleri baheneler yavaş-yavaş yox olar ((
Zeyneb_Ehmedova
siqareti tärgitmäk üçün ilk növbädä insanda iradä olmalıdır