Yod çatışmazlığı

Yod orqanizmdə normal inkişaf üçün vacib olan (hətta çox az miqdarda olsa belə) bir elementdir. Buna görə də orqanizmdə yod çatışmadıqda insan həm zehni, həm də fiziki inkişafdan geri qalır.

Yod əslində orqanizmə qida və su vasitəsilə daxil olur. Normal şəraitdə isə orqanizmdə 15-20 milliqram yod olur.

Yaşla bağlı gündəlik yod qəbulu:yodlaşdırılmış duz
0-12 aylıq  — 50 mikroqram (mkr)

1-6  yaş -  90 mikroqram

7-12 yaş — 120 mikroqram

12 yaş və yuxarı — 150 mikroqram

Hamiləlik zamanı 200 mikroqram

Yod qəbulu üçün dünyada ən çox istifadə edilən üsul duzun yodlaşdırılmasıdır.

Aşağıda verilən qidaların yodla zəngin olması çox vacibdir:
— çörəyin yodlaşdırılması;

— içməli suyun yodlaşdırılması;

— yod həblərindən istifadə etmək;

-yodlu yağ kapsullarından istifadə etmək.

 

0 şərh