Qocalmanın qarşısını almaq üçün

Qocalıq qaçılmazdır.Lakin bu məhsulların köməyi ilə onu bir az uzaqlaşdırmaq olar.
Kələm-tərkibindəki A vitamini,xərçəng xəstəliyinin qarşısını alır.Kalsii isə sümüklərin möhkəmlənməsinə kömək edir.


kələm
Qızıl balıq-Bu məhsul artritlərin yaranmasına mane ola bilər.Tərkibində olan yağ turşusu omeqa 3 orqanizmdə olan daxili iltihabı aradan qaldırır.Bu məhsulun gündəlik qəbulu isə bu xəstəliyi sizdən tamamilə uzaqlaşdırar.

qızıl balıq
Yoqurt-tərkibində olan çoxlu sayda kalsii sümüklərin möhkəmləndirir.Süd məhsullarının hamısında kalsii var.Lakin yoqurtun tərkibində olan bakteriyalar,onun təsirini daha da gücləndirir.

yoqurt
Qaragilə-tərkibində olan maddələrin köməkliyi ilə beynin fəaliyyətini gücləndirmək olar.Əsasən yaşlı adamlar yaddaş pozgunluğundan əziyyət çəkdiyinə görə,qaragilədən istifadə edərək bunun qarşısını ala bilərlər.

qaragilə (smorodina)

Qırmızı lobya-tərkibindəki çoxlu sayda D,E,A vitaminləri zədələnmiş toxumaları yenidən bərpa edir.

qırmızı lobya
 

3 şərh

kastanka

Maraqlı məlumatlardır.Hamısı çox gözəl qidalardır.


Əlavə olaraq mən də məsləhət görərdim ki,  insanlar  çörəkdən bacardıqca az istifadə etsinlər hətta, imtina etsinlər.Çünki çörək insanda asılılıq yaradır.Ömründə çörək yeməyən insan onun dadını bilmirsə, heç vaxt meyli çəkməz.Bir də «canser»dən, ümumiyyətlə, xəstəliklərdən qorunmaq üçün immun sisteminizi möhkəmləndirin.Bunun üçün də çoxlu meyvə və tərəvəzdən istifadə edin.

magamedshafiq

Hər bir insanın həyatda firavan və sağlam yaşamağa hüququ vardır!Amma hər bir insanın nə qədər yaşamağı,necə yaşamağı bizdən asılı deyildir!!!
Hər bir ihsan bu həyatagələndə bizdən soruşmur!Onu bu həyata ğətirıən və vaxtı çatanda aparan qüvvə var,bunun qabağını almağa bizim gücümüz çatmaz!Hər bir insan günəş kimi doğulur və vaxtı çatanda günəş kimi batır! İnsan onda xoşbəxt ola bilər ki, həyatı dərk eləsin,həyatda  nəyə isə inansın və həyata nə üçün gəldiyini dərk eləsin! İnsanlara ancaq yaxşılıq eləsin! 

bloqçu
Hər halda mütləq qocalacağıq, qocalmalıyıq da. Sadəcə sağlam olmaq lazımdır. Bu məsləhətlərə riayət etməkvə sağlam həyat tərzi sürmək!