İnsan bədəninin normal hərarəti

Hamı bilir ki, sağlam insanın bədən hərarəti hər zaman 36,60C olmalıdır. Yəqin ki, siz bunu heç də belə olmadığını bildikdə çox təccüblənəcəksiniz.
Məsələ ondadır ki, hərarətin bu normadan 0,4 — 10C kənara çıxması normal hal sayılır.

Çoxsaylı tədqiqatlara əsasən, məlum oldu ki, insanların əksəriyyətinin orta normal hərarəti 36,60C yox — 37,00C -dır.

Bundan əlavə normal bədən hərarəti ayrı-ayrı insanlarda fizioloji vəziyyətindən, günün saatından, fiziki gərginlikdən, orqanizmin hormonal vəziyyətindən və bəzi ətraf mühit amillərindən asılı olaraq xeyli dəyişilir (35,50C -dən 37, 50C -dək).

Sağlam insanların bədən hərarəti gün ərzində təxminən 0,50C dəyişilir. Belə ki, ən aşağı hərarət göstəricisi səhər 4.00-6.00 radələri arasında, ən yüksək isə 16.00 — 20.00 radələri arasında qeyd edilir. Beləliklə, axşam hərarətin yüksəlməsi barədə şikayətlərin çox vaxt əsassızdır, bu sadəcə bədən hərarətinin fizioloji artması ilə əlaqəlidir.

Qadınlarda hərarət menstrual siklinin fazalarına uyğun olaraq dəyişilir. Belə ki, ovulyasiya günü və ovulyasiya günündən sonra qadınlarda bədən hərarəti bir qədər qalxaraq menstruasiyaya yaxın düşür.

Bundan əlavə insan bədəninin hərarəti yeməkdən, siqaret çəkməkdən, stresdən sonra qalxa bilər. Bu səbəbdən heç zaman dərhal qida qəbulundan və stresdən sonra hərarəti ölçməyin — nəticə səhv olacaq.

Uşaqlarda 37,50C qədər olan hərarət heç bir digər xəstəlik əlamətləri olmadıqda normal sayılır. Həddən artıq isti geyindirilən uşaqda hərarət çox yüksək rəqəmlərə qalxa bilər, hətta 400C -dək. Uşaq çox hərəkət etdikdə də bədən hərarəti yüksələ bilər.
Yaşlı insanlarda hərarətin yüksəlməsi cavanlarla müqayisədə daha az hallarda təsadüf edilir.

Bəzi tam sağlam insanlarda, xüsusən qadınlarda, heç bir xəstəliyin əlaməti olmadan hərarətin davamlı qalxması müşahidə olunur (37,50C -dən 38,00C -dək).

Hipertermiya (hərarətin həqiqi qalxması) 38,50C sayılır.

İnsanın hərarətini təyin etdikdə yuxarıda sadalanan fərdi xüsusiyyətləri nəzərə almaq lazımdır. Belə ki, yaşlı insanda saat 6.00-da ölçülən hərarət 37,50C -dirsə bu hər hansı bir xəstəliyin və ya patoloji halın əlaməti kimi sayıla bilər. Və ya, əksinə, cavan insanda saat 18.00-da ölçülən hərarət 37,50C -dirsə, bu norma variantı kimi sayıla bilər.

Subfibril hərarət 37,50C -dən 38,30C -dək olan hərarətdir. Bəzi hallarda subfebril hərarət müxtəlif infeksion və s. xəstəliklərin əlaməti kimi meydana çıxır. Bəzən isə belə hərarət heç bir xəstəliklə bağlı olmayaraq normal hərarətin parafizioloji variantı sayılır. Hərarətin belə qalxması heç bir səbəbi olmadan illərlə davam edə bilər.

Belə vəziyyət cavan astenik tipli baş ağrılarına və veqetativ distoniyaya meylli olan qadınlara xasdır. Lakin bəzən cavan kişilərdə və uşaqlarda da təsadüf edilir. Bu hal tez-tez nevrozlar, yuxusuzluq, zəiflilik, qarın və döş nahiyyələrində ağrılarla müşahidə olunur. Adət olunmuş hipertermiya diaqnozu yalnız uzun müddət ərzində xəstəyə nəzarət etdikdən sonra qoyula bilər.

Subfebril hərarətin səbəbi stres və psixi gərginlik də ola bilər. Buna «psixoqen hərarət» deyilir. Psixoqen hərarət bu kimi simptomlarla müşahidə olunur: ümumi əhval-ruhiyyənin pis olması, təngnəfəslik, başgicəllənmələr.

Hər insanın öz normal hərarətini bilməyi çox vacibdir. Hərarəti günorta saatlarında qida qəbulundan bir müddət keçdikdən sonra sakit vəziyyətdə ölçmək lazımdır.
 

0 şərh