Gəncliyi qorumaq üçün unikal məsləhətlər

Etiraf edin sizin həqiqətən necə yaşınız var? Siz fikirə gedirsiniz, cavab verməkdə cətinlik cəkirsiniz. Dəfələrlə müşahidə etmisiniz ki, sizin məktəb və ya institut həmyaşıdlarınız yaşlarının eyni olmasına baxmayaraq xarici görkəmləri cox fərqlənir.

Beləliklə biz “bioloji və ya həqiqi yaş” anlayışına – yəni orqanizmin obyektiv vəziyyətinin necə olmasına yaxınlaşdıq, hər insanda bu pasportda və ya yaş kağızında kı (yəni xronoloji)kimi yox, müxtəlif olur. 

 Professor Maykl Royzenə görə keçirtdiyimiz həyat tərzinin orqanizmin qocalma mexanizmində əhəmiyyətli rolu vardır. Sizin dostunuz əgər 40 yaşında 20 yaşlı insan kimi görsənirsə, deməli o son dərəcə saglam həyat tərzi keçirir. Lakin prinsipcə mümkün olmayan hec bir şey yoxdur, əgər siz təcrübəli mütəxəssisin məsləhətlərinə qulaq assanız, elə bu gündən qocalıqla öz mübarizənizi başlaya bilərsininiz. Bu məsləhətlər aşağıdakilardır.

— Müntəzzəm olaraq qidalanmada tomatlardan(pomidor) istifadə etmək (souslar, qızardılmış şəkildə )kişilərə imkan verir ki, öz yaşından 1,9 il, qadınlar isə 0,8 il cavanlaşsınlar;

— Hər gün 1 tablet aspirin qəbul etmək (yeməkdən sonra, 1 stakan su ilə qəbul etmək) 2,2 il yaşdan azaltmağa imkan verir; 

— 30 dəqiqəlik təmiz havada gündəlik gəzinti 1,6 il yaşdan azaltmağa imkan verir; 

— Həftədə 30 dəqiqəlik güc tələb edən məşqlər və ya fiziki fəaliyyət 1,7 il yaşdan azaltmağa imkan verir; 

— Az miqdarda gündəlik şokolad yemək imkan verir ki, həyatı 1,3 il uzadasınız; 

— Qidada yalnız yaxşı yağların işlədilməsi həyata 3,4 il əlavə edir;

— Gündəlik 5 müxtəlif meyvə yeyilməsi həyata 1,4 il əlavə edir;

— Gündə istənilən qoz – fındıqdan 5-8 ədəd yeyilməsi imkan verir ki, həyatı 3 il uzadasınız;

— Suda bişmiş, pörtlədilmiş və ya buxarda hazırlanmış balıqdan istifadə etmək ömrü 3 il uzatmağa imkan verir;

— Qidada balanslaşdırılmış vitaminli məhsullardan istifadə etmək 3,3 il yaşdan azaltmağa imkan verir;

— Gülüş əhəmiyyətli dərəcədə — 1,7 ildən 8 ilə qədər ömürü uzadır;

— Fol turşusunun vitaminlərin tərkibində və ya ayrıca olaraq qida əlavələrində qəbul etmək ömürə 1,2 il əlavə edir;

— Gündəlik B6 vitaminin qəbulu 0,4 il ömürə əlavə edilir;

— Kalsi və kalsi ilə zəngin gida qəbulu 0,5 il ömürə əlavə edilir;

— Ağız boşluğunu qaydada saxlamaq və hər 6 aydan bir stomatoloqda müayinədən kecmək — bu daha 6,4 il ömürə əlavə edilir;

— Gündəlik səhər yeməyi- bu ömürə 1,1 il əlavədir;

— Əlin yuyulması və qidanın yaxşı hazırlanması 0,4 il həyta əlavədir;

— Keyfiyyətli, sağlam yuxu- 7 saat qadınlar üçün, 8 saat kişilər üçün. 3 ildən 12 ilə qədər əlavə ömürdür; 

— Güclü stress cox zərərlidir. Həyatda 3 katastrofik stress situasiya ömürü 32 il qısaltmağa qadirdir; 

— Normal cəkini saxlaya bilmək (qadınlar üçün ideal çəki onun 18 yaşındaki çəkisi, kişilər üçün isə 21 yaşındakı çəkisidir ) – 6 il həyat deməkdir;

0 şərh