Tərləmənin insan sağlamlığına faydaları

İsti havalarda ən çox narahatlıq yaradan problemlərdən biri olan tərləmənin əslində insan sağlamlığı üçün faydalı olduğu müəyyən olunmuşdur. Tər vəziləri qanı təmizləyir və bədənin hərarətini normal saxlayır.

Tər vəzilərinin işləmə funksiyasının böyrəyin işləmə funksiyası ilə oxşar olduğu və orqanizmdəki bəzi ziyanlı maddələrin tər vəziləri vasitəsi ilə xaric olunduğu bildirilir.

Normal bir insanın orqanizmində bir milyona yaxın tər vəzisi vardır ki, bəzən bu vəzilərin hamısı orqanizmdəki ziyanlı maddələrin xaric olunmasında aktiv olurlar.

Həkimlər tərləmənin sağlamlıq üçün olduqca faydalı bir proses olduğunu və bunun qarşısının alınması yerinə tərləmə zamanı yaranan xoşagəlməz qoxunun qarşısının alınmasına üstünlük verməyin daha faydalı ola biləcəyini bildirirlər.

Tərlədikdən sonra tərin buxarlanması isə orqanizmdə hərarət balansını nizamlayır.

 

0 şərh