Uşaqların məktəb çantasına hansı qidaları qoyaq?

Məktəblərin açıldığı sentyabr ayı uşaqların nizamlı və yetərli qidalanmaları üçün əsas aylardan biridir. 

Yüksək lifli çörəklə hazırlanmış pendirli, ton balıqlı və yaşıl tərəvəzlərdən ibarət faydalı sendviçlər daha çox məsləhət görülür.

Lif səviyyəsi yüksək olan çörəklə yanaşı qəlyanaltı olaraq süd məhsulları və meyvələr də əhəmiyyətlidr.

Məktəb dövründə olan uşaqların yetərli və sağlam qidalanmasının vacibliyinə diqqət çəkən mütəxəssislər, valideynləri qida çantasını hazırlayarkən sağlamlıqla yanaşı ləzzəti də unutmamağa çağırır. Bu cür hazırlanan çantalar uşaqların ziyanlı çips və digər şəkər məhsullarına olan meylini azaldacaq.

Evdə hazırlanmış tort, kökə, smit, çörəkdən hazırlanmış pendirli və yaşıl tərəvəzli sendviçlər, meyvə və tərəvəz, meyvə suyu, ayran, süd, qatıq məktəb dövründə olan bir uşağın qida çantasında olması gərəkən əsas yeməklərdir.

Badam, ya qoz kimi çərəzlər, təzə, ya da quru meyvələrlə qatışdırımış yoqurtlar, kök, xiyar da əlavə edilə bilər.

Şüurlu hazırlıq üçün uğur şərtdir

Araşdırmalar nizamsız qidalanan və kifayət qədər yeməyən uşaqların diqqət və dərrakələrinin azaldığını ortaya çıxarıb. Bu uşaqlar öyrənmədə çətinlik  və davranış pozğunluğu yaşayır, məktəbə vaxtlı vaxtında gəlmir, qiymətləri aşağı olur.

Sağlamlıq baxımından da faydalı olan ən praktik qidalanma çantasına aşağıdakıları qoya bilərsiniz:
1 stəkan süd

Kakaolu, fındıq kremli smit, sendviç

Yüksək lifli çörəklə hazırlanmış pendirli, ton balıqlı və mövsümü tərəvəzlərdən sendviç

Blendrdən keçirilmiş cəfəri və alma suyu

Evdə hazırlanmış smit

Böyürtkənli ayran (ayran və bir ovuc böyürtkəni blenderdən keçirin )

Evdə hazırlanmış kökə

Təzə portağal suyu

Mini sendviçlər

Pomidor suyu

ailem.az 

 

0 şərh