İşsizlik bir dərd, işləməksə başqa bir dərd...


Bəzi insanlar işin onların sağlamlığına neqativ təsir göstərdiyini düşünür.

ANS PRESS-in məlumatına görə, Britaniya Kardioloji Fondunun keçirdiyi sorğu nəticəsi belədir.

Sorğuda iştirak edənlərin 40%-i işin son 5 ildə onların sağlamlığına zərər verdiyindən şikayətlənib.

Respondentlərin yarıdan çoxunda iş stresin səviyyəsini qaldırıb. Üçdə-bir hissəsi iş üzündən artıq çəki toplayıb. Təxminən yarıdan çoxu işə görə düzgün qidalanmadığını deyib.

43% insan işlədiyi üçün idmanla az məşğul olduğundan şikayət edib. 25 % ağır iş ucbatından spirtli işkilər qəbul etməyə başladığını, hər onuncu respondent isə daha çox siqaret çəkdiyini bildirib.

60% işçi mütəmadi şəkildə iş vaxtından artıq çalışıb və buna görə pul almayıb. Demək olar ki, hər 10 nəfərdən 2-si həftə ərzində artıq 5 saat işlədiyini deyib.

            MƏNBƏ Anspress.com
 

0 şərh