Bədən formasına görə qidalanma

Kökü Hindistana dayanan bir tibb sistemini ifadə edən “ayurveda” ənənəviləşmiş bir tibb üsuludur. Bu üsulda insanlar bədən formalarına görə 3 qrupa bölünürlər. Bu qruplar “vata”, “pitta” və “kaphadır”. “Ayurveda” sisteminə görə insanlar bədən formalarına görə bir qidalanma qaydası tərtib etməlidirlər. Sağlam yaşamağın qaynağı bununla bağlıdır.

“Vata” bədən formasına sahib olan insanlar incə və zəif quruluşda olurlar. Belə insanlar tez yorulurlar və günün hər hansı bir saatında acmağa meyllidirlər. Tez-tez qəbzlik problemi yaşayırlar, yuxuları nizamlı deyil və həmişə bir narahatlıq içində olurlar. Bu insan tipinin enerjisi anidən yüksəlir və anidən də düşür. Tez həyəcanlanan və hər şeyə tez reaksiya verən insanlardırlar.

“Vata” bədən tipinə aid olan insanlar əsasən balıq və toyuq kimi ağ ətlərdən çox istifadə etməlidirlər. Bunlara əlavə olaraq sarımsaq, soğan, şirin kartof, kök kimi tərəvəzlər və şaftalı, banan, çiyələk, xurma kimi meyvələrin yeyilməsi bu qrupdan olan insanları sakitləşdirir. Bu bədən formasına sahib olan insanların qırmızı ət, pomidor, badımcan, nar, alma və armud kimi qidaları yeməməkləri tövsiyə olunur.

“Pitta” bədən formasında olan insanlar ümumiyyətlə açıq bir dəri rəngi və orta ölçülü bir bədən quruluşuna malik olurlar. Belə insanlar əsasən dəqiq cizgiləri olan və əsəbi insanlar olurlar. Nizamlı yemək vərdişinə sahibdirlər və aclığa dözümləri yoxdur. Bu tipdən olan insanların hinduşka və balıq kimi ağ ətlər ilə yaşıl noxud, xiyar, gül kələm və mərəcüyüd kimi tərəvəzlər yeməkləri tövsiyə olunur. Bundan əlavə əncir, yemiş, quru alça, quru üzüm kimi meyvələrin və süd məhsullarının istifadəsi də məsləhət görülür. “Pitta” bədən formasına sahib olan insanlar qırmızı ət, dəniz məhsulları ilə şaftalı, ərik, banan kimi meyvələri yeməməlidirlər.

“Kapha” bədən formasına sahib olan insanlar elə də çox tez acmırlar. Kökəlməyə uyğun bir bədən quruluşları olan bu insanların yuxuları da nizamlıdır. Bu qrupdakı insanlar hinduşka və toyuq əti yeməlidirlər. Çox balıq yeməməkləri məsləhət görülür. Meyvələrdən ərik, armud və quru meyvələrə daha çox üstünlük verməlidirlər. Qabaq, xiyar, pomidor ilə qaymaqlı süd və süd məhsullarından istifadə etməmələri tövsiyə olunur.
 

0 şərh