Hər gün 5 şabalıd yemək üçün səbəblər

Şabalıd çox faydalı, diyetik, müalicəvi məhsul sayılır. Şabalıd müxtəlif vitaminlər (A, D, E, B qrupu), minerallar (fosfor, dəmir, kalsium, kalium), qidalı liflər, flavonoidlər, pektinlər, aminturşuları və s. əvəzolunmaz maddələrlə zəngindir.

Qidalanma üzrə mütəxəssislər müalicəvi və profilaktik məqsədlərlə hər gün 5 bişmiş şabalıd yeməyi tövsiyə edirlər. Bu orqanizmə çox yaxşı müalicəvi və profilaktik təsir edir.

Hər gün 5 şabalıd yeməyin faydaları:
— damarların divarlarını möhkəmləndirir, varikoz xəstəliyinin profilaktikasıdır
— bağırsaqların fəaliyyətini yaxşılaşdırır, bağırsaqları təmizləyir
— ürək üçün çox faydalıdır
— ürəyin fəaliyyətini yaxşılaşdırır, ödemləri azaldır
— sinir sistemi üçün faydalıdır, stress və depressiyadan qoruyur
— qanda xolesterolun səviyyəsini aşağı salır
— qaraciyərin fəaliyyətini yaxşılaşdırır, qaraciyərin piylənməsinin riskini aşağı salır
— mübadilə prosesləri yaxşılaşdırır.

0 şərh