Az yatmaq piylənməyə səbəb olur

Bəşəriyyət işləmək, televizora baxmaq və yaxud internetdə oynamaq naminə gecə yuxusundan oğurlayaraq, getdikcə daha az yatır. Cəmiyyətimiz yuxuludur və yatmaq arzusu getdikcə fövqəladə vəziyyətə çevrilir. Ekspertlərin fikrincə, yuxusuzluq gizli epidemiya miqyası alır.

Halbuki, yuxu mütləq zərurətdir və az yatmağın nəticələri sağlamlığa təsir göstərərək xərçəng, ürək-damar patologiyaları, şəkərli diabet və hipertoniyadan tutmuş müxtəlif xəstəliklərə səbəb olur. Son tədqiqatların nəticələrindən belə məlum olur ki, artıq çəki problemi də yuxusuzluqla bağlıdır.

1982-ci ildə ABŞ-da başlanan təcrübədə 32-49 yaşlarında 39 min adam iştirak etmişdir. Betezdadakı Milli Sağlamlıq İnstitutunun endokrinoloqu Covanni Çittsa demişdir: “Təcrübələr zamanı məlum olmuşdur ki, tədqiqatların ilkin mərhələsində gecələr 7 saatdan az yatanlar 20 ildən sonra artıq çəkidən, daha pisi, piylənmədən daha çox əziyyət çəkirlər”. 

Bu tədqiqatların nəticələri həkimlər üçün gözlənilməz olmuşdur. Stenford Universiteti Yuxu Problemləri Mərkəzinin direktoru Emmanuel Minyo demişdir: “Bu, vaxtilə deyilənləri təsdiqləyir. 1992-ci ildən indiyədək aparılan bir çox tədqiqatlar qısamüddətli yuxunun bir çox sağlamlıq problemləri ilə əlaqədar olduğunu göstərmişdir”.

Bu sırada piylənmə dünyamiqyaslı problemdir və onun yaranmasına səbəb olan bir çox amillər aşkara çıxarılmışdır: həddən artıq kalori qəbul edilməsi, pəhriz, piylər və təmizlənmiş məhsullarla zəngin qida. Minyo bu məlumatı “Sleep” jurnalı səhifələrində belə şərh edir: ”Təəssüf, insan genomunda təkamül dəyişiklikləri həyat tərzimizdəki çoxsaylı dəyişikliklərlə müqayisədə gecikir.

3 şərh

bloqçu

Ümumiyyətlə, sağlam və tam (qədərində) olan yuxu orqanizmin sağlamlığı üçün ən öndə gedən şərtlərdən biridir. Hər-halda hansı hissədə olur-olsun, orqanizmdə ki, pozğunluq baş verir, bu mütləq fəsadlar törədəcəkdir.

Yox, əgər yeyən kimi yatsan bu zaman qeyd olunanların əksi baş verər. Ən çox da günorta vaxtları ki insan yedi və yatmaq bir yana, uzansa, otursa belə bu da piylənməyə gətirib çıxarır.

Buna görə də diqqətli olmaq lazımdır.

Dior
Mən yuxuma internetə görə haram qatmıram.Sadəcə gecə yarı oyanıb hər şeyi fikirləşməyə başlayıram.O qədər problem varki.Sonra da nə qədər etsəm də yuxuya gedə bilmirəm.Amma şükür Allaha ki,piylənməmişəm.
tenqo
Orqanizmlər müxtəlifdi və hərənin alışdığı bir rejim var. Ondan kənara çıxanda həmişə ilk öncə mənfi hallar olur. Hətta pis rejimə alışmış insan normal rejimə keçdikdə də bu cür hal baş verir. Piylənmə maddələr mübadiləsinin pozulmasının əsas fəsadıdı. Mənim özüm anormal rejimə alışqanam və uzun müddət yuxusuz qala bilirəm. Nəinki piylənmədən əzab çəkmək kimi dərdim var, əksinə kökəlməyə can atıram :) Yalnızca bir fəsadı qeyd etməliyəm ki, yaddaşı dəhşət zəiflədir yuxusuzluq. Tam da əminəm ki, mənim rejimimdə kim olsa, hamıda bu fəsad olar. Çünki gecələr yatmayıb beyini yükləmək kimi pis şey yoxdu. Amma şəhərin stresli həyat tərzini yaşayıb gecə səhərə kimi fikirləşməmək, yaxud fikir çəkməyin qarşısını almaq üçün beyini müxtəlif vasitələrlə yükləyib yormamaq olmur