Neqativ enerji haradan yaranır və sağlamlığa necə təsir edir?

İnsanın energetik quruluşu və mənfi enerjilərin xassələri nəzərə alınmadan ağır xəstəliklərin müalicəsində irəliləyiş gözləmək mümkün deyil. Yalnız insanın energetikasında (aurasında) neqativin müxtəlif fiziki pozuntular törətdiyini qəbul etməklə tam sağlamlığa yol tapmaq olar.

Bu cür neqativin yaranma səbəbləri müxtəlifdir və onlar bir o qədər də vacib deyil. Daha vacib olan — bu təsirin aradan qaldırılmasıdır. Bu neqativ ürək-damar, əzələ və sinir sistemlərinə daha güclü təsir edir. Spazm, ağrı, iflic və s. — bu təsirin əsas əlamətləridir. Damarların spazmı zamanı qan təminatı pozulur və nəticədə, orqanizmin müxtəlif funksiyaları pozulur və xəstəliklər meydana çıxır. 

Dərmanlar ağrı və spazmı müvəqqəti aradan qaldırır. Lakin tam sağalma neqativdən təmizlənməklə — xəstəliyin ilkin səbəbindən azad olmaqla mümkündür. Neqativ aradan qaldırılmaqla insanın sonrakı energetik təmizlənməsi üçün şərait yaranır.

Xəstəliklərin əsas energetik səbəbləri:
° İnsanın özünün yaratdığı mənfi enerjilər (neqativ düşüncələr, pis əhval və s.)
° Ağır travma nəticəsində əmələ gəlmiş neqativ
° Güclü infeksiyadan yaranmış sıx neqativ
° İnsanın energetikasına müdaxilə edən mənfi qüvvələr
° Qarğış (insanın özü və başqaları tərəfindən).
° Digər insanların ötürdüyü neqativ.

Bəzən hansısa gözəgörünməz enerjinin bir çox xəstəlikləri törətməsinə inanmaq çətindir. Lakin neqativ — insanın orqan və toxumalarına mənfi təsir göstərən kifayət qədər real substansiyadır. O hətta müəyyən qoxuya da malikdir, deməli, artıq söhbət materiya formasından gedir. Əlləri enerjilərə qarşı yüksək həssaslığa malik olan insanlar ovucları ilə mənfi enerjini hiss edə bilərlər. 

Alimlər energetik auramızın mövcud olduğunu qəbul edirlər
Rus tədqiqatçısı Semyon Kirlianın xüsusi fotoapparatla çəkdiyi fotoşəkillər insanın energetik aurasının olduğunu sübut etmişdir. Şəkillərdə aurada toplanmış neqativ də aydın görünür. Göründüyü kimi, mənfi enerjini texniki vasitələrlə təsbit etmək mümkündür.

Bütün xəstəliklər əvvəlcə aurada başlayır, daha sonra fiziki bədənə çatır. Auranızı güçlü saxlasanız və qorusanız, xəstəlikləri mənbəyindən yox edərsiniz. Aurası zəifləmiş insan xəstəliklərə və xaricdən gələ bilən neqativlərə açıq olur. 



Hər hadisə düşüncədə başlayır, sonra reallığa çevrilir. Siz xoşbəxt və şənsinizsə auranızın rəngi də xoşbəxtlik rəngində olur. Bu da zehni, ruhi və fiziki bədəninizə, nəticə etibarilə, həyatda uğur və rifahınıza təsir edir. 

Bu səbəbdən tam sağlamlığa və rifaha nail olmaq üçün orqanizmin energetik səviyyədə təmizlənməsi, yəni çakraların açılması və sağlam auranın bərpası vacibdir.

Auranı təmizləmənin faydaları:
° Mənəvi və fiziki enerjinin, uğurun artması,
° Şüurda toplanmış neqativ düşüncələrin sərbəst buraxılması,
° Sağlamlığın, əhvalın və rifah halının yaxşılaşması,
° Neqativ xarici təsirlərdən qorunma.

İnsanın çakralarını açmaq və Auranı gücləndirmək üçün əvvəlcə onlar haqqında ətraflı məlumat əldə etmək, çakraların bədənin hansı nahiyəsində yerləşdiyini bilmək lazımdır.

bioklub.info
 

0 şərh