İş yerində qidalanma

İş yerində çox zaman çayla şirniyyat və ya konfetlə aclıq hissini basdırmağa çalışırıq. İş yerində sizin üçün həm dadlı həm faydalı olan atışdırmalıqlar olaraq aşağıdakıları məsləhət görürəm:

Kənd qatığı doyurucu qida məhsuludur. Şirin olmayan və konservantsız yoqurt da uyğun atışdırmalıqdır.

Qara düyü, bulqur, kinoa, çia, arpa yarması qlikemik indeksi aşağı olan məhsullardır və uzun müddətlik toxluqhissi verir.

 Balıq, toyuq ətinin yanında sadə və ya dəniz kələmi uzun zaman tox saxlayacaq. Xiyar, pomidor, göyərti, pendir salatı aclıq hissini basdırmağa kömək edəcək.

Meyvələrdən qreypfrut və kiviyə üstünlük verin, həm qlikemik indeksi aşağı həm liflərlə zəngindir.

Çərəzlər bitki zülallarının, omeqa 3,6 və maqnezium, sink, manqanı və mis kimi mineralların mənbəyidir. Ancaq şəkərli və ya qlazurlu çərəzlər yeməyin.

Kəpək, kökələr və taxıllı batonlar aclıq hiss edəndə çox əlverişli və faydalı atışdırmalıqdır. Kəpəklər müxtəlif qarışımlı və liflərlə zəngin olduğu üçün həm bağırsağın mikroflorasını duzeldir və hərəki funksiyasını normalaşdırır. Taxıllı batonlar çox kaloriyalı olduqları üçün bir dəfəyə bir dənədən çox yeməyin.

Ümumi tövsiyə: ət, balığı tərəvəz və yarmalarla, meyvə-tərəvəzləri isə kəsmik, pendirlə yesəniz daha uzun müddət tox saxlayacaq.

Dr. Vüsalə Tağıyeva

0 şərh