Yatmazdan əvvəl kəsmik yeyin

Florida Universitetinin (ABŞ) alimləri təyin ediblər ki, yatmazdan əvvəl kəsmik yemək çox faydalıdır.

Alimlər müxtəlif yaşlarda olan bir qrup insanın iştirakı ilə eksperiment aparıblar. Eksperiment iştirakçılarına hər gün yatmazdan 30-60 dəqiqə əvvəl preslənmiş kəsmik yemək tapşırılıb.

4 həftədən sonra alimlər aşkar ediblər ki, eksperiment iştirakçıları bir neçə kilo arıqlayıb, onların əzələləri və sümükləri isə möhkəmlənib. 

Alimlər sübut edir ki, kəsmik maddələr mübadiləsini yaxşılaşdıraraq sümük və əzələ toxumasına müsbət təsir edir. Həmçinin kəsmiyin istehlakı ürəyin və gözlərin sağlamlığı üçün çox faydalıdır.
 

0 şərh