Çox yatmağın zərərləri

İnsan şəkildə idmanla məşğul olsa və ya sağlam həyat tərzi keçirsə belə, sağlam yuxunun olmaması ürək problemlərinə gətirib çıxara bilər.Mütəxəssislər 7 illik tədqiqat çərçivəsində heç vaxt infarkt keçirilməmiş  40-dan 69 yaşa kimi olan 461 min insanın yuxu rejimini, genetik və tibbi məlumatlarını öyrəniblər. Məlum olub ki, 6-12 saat arası yatan insanlarla müqayisədə, altı saatdan az yatan insanlarda 20%  daha az infarkt riski olub. Doqquz saatdan çox yatan şəxslərdə isə infarkt ehtimalı 34% artıb.   Alimlər qeyd edirlər ki, altı saatdan doqquz saata qədər davam edən yuxu genetik cəhətdən ürək Yuxusuzluğun ziyanlarıxəstəliklərinə meylli insanlarda infarkt riskini 18% azaldır.Adamların əksəriyyəti kifayət qədər yuxu almayanda bunu hiss edirlər. Lakin yatmaq üçün lazım olan vaxt nə qədərdir? Bu yaxınlarda Birləşmiş Ştatlarda aparılmış bir tədqiqata görə bu, sizin yaşınıza bağlıdır.

Rejimin olmaması, alkoqollu içkilərin və stimulyantların qəbulu, üstəlik zəngli saatlar və gün işığı – bütün bunların hamısı sizin daha çox “bioloji saat” kimi tanınan bioloji ritminizə müdaxilə edə bilər. Virciniya ştatının Arlinqton şəhərində mənzillənmiş xeyriyyə təşkilatı — ABŞ Milli Yuxu Fondu bildirir ki, fərdi həyat tərzləri yuxu ehtiyaclarının öyrənilməsi üçün əsas faktordur, lakin yaşınıza uyğun olaraq burada ümumi tövsiyələr də var.
Yeni doğulanlar (0-3 aylıq): İdeal halda yenicə doğulanlar hər gün 14 saatdan 17 saatadək yatmalıdırlar, hərçənd 11-13 saat da kafidir. Onların 19 saatdan artıq yatmalarına yol vermək olmaz.
Çağalar (4-11 aylıq): tövsiyə olunan yuxu vaxtı 12-15 saatdır. Azı 10 saat da kifayət edər. Onlar 18 saatdan artıq yatmamalıdırlar.
Körpələr (1-2 yaş): Körpələrin 11 və 14 saat arası yatmaları tövsiyə edilir, lakin məqbul müddət 9 saatdan 16 saatadəkdir.
Məktəbəqədər uşaqlar (3-5 yaş): Ekspertlər onlar üçün 10-13 saat yuxu vaxtını tövsiyə edirlər. 8 saatdan az, 14 saatdan çox məqsədəuyğun sayılmır.
Məktəb yaşlılar (6-13 yaş): NSF onlara 9-11 saat arası yatmağı məsləhət görür. 7 saatdan az, 12 saatdan çox yatmaq artıq sağlam vərdiş sayılmır.
Yeniyetmələr (14-17 yaş): Bu qrup üçün tövsiyə olunan yuxu vaxtı 8-10 saatdır. NSF bu qrupa 11 saatdan çox, 7 saatdan az yatmağı məsləhət görmür.
Gənclər (18-25 yaş): Onlara 7-9 saat yatmaq məsləhət görülür. Lakin 6 saatdan az, 11 saatdan çox yatmaq yaxşı deyil.
Böyüklər (26-64 yaş): Bu qrup üçün gənclərə tövsiyə olunan yuxu müddəti məsləhət görülür.
Fotonun müəllifi Thinkstock
Image caption Yuxusuzluq sağlamlığa və iş həyatına təsir göstərə bilər
Yaşlılar (65 yaşdan yuxarı):Sağlam müddət gündə 7-8 saatdır, lakin 5 saatdan az, 9 saatdan çox yatmaq məsləhət görülmür.Daha yaxşı yatmaq üçün nə etməli?
NSF-dəki yuxu ekspertləri həm də yuxu keyfiyyətini yaxşılaşdıran tövsiyələrin siyahısını dərc ediblər.
Birinci və ən mühümü budur ki, yuxu əsas ehtiyaclardan sayılmalıdır, lakin ekspertlərin fikrincə, bu məsləhətlər də mühümdür:
  •     Hətta həftəsonları da yuxu rejiminizi pozmayın
  •     Özünüz üçün rahat yataq mühiti düzəldin
  •     Hər gün idman edin.
  •     Yataq otağınızda ideal temperaturun, səssizliyin və işığın dərəcəsini müəyyən edin
  •     Rahat döşəkdə yatın, başınızı rahat balışa qoyun.
  •     “Gizli yuxuqaçıranlardan” – alkoqol və kafeinli içkilərdən imtina edin
  •     Yatağa uzanmazdan əvvəl elektrik cihazlarını söndürün.
 

0 şərh