Omega-3-ün faydaları nələrdir?

Omega-3 yağ turşuları, qida maddələri ilə qəbul edilməli olan çox doymamış yağ turşularıdır. Bədənin Omega-3 ehtiyacı, ana bətnində başlayır. Ehtiyac uşaqlıq, yetkinlik və qocalıq dövründə davam edir. EPA və DHA adı verilən Omeqa-3 yağ turşuları vardır. Yetkinlər üçün EPA, hamilələr, süd verən analar və uşaqlar üçün isə DHA uyğundur.
Yetkinlər üzərində aparılan tədqiqatlarda Omega-3 orqanizmdə iltihabın qarşısını aldığını, immunitet sistemini gücləndirdiyini və hüceyrə divarlarının sağlamlığını qorumaqla bədxassəli xolesterolun (LDL) qarşısını aldığı müşahidə olunmuşdur. Omega-3 ün faydaları
Omega-3 uşaqlarda böyümə, inkişaf və beyin inkişafı kimi bir çox amilə təsirli olur. Oksford universitetində aparılan bir təcrübədə DHA səviyyəsi yüksək olan omeqa-3 istifadə edən 7-9 yaş arası uşaqların oxu anlama qabiliyyətlərinin daha yüksək olduğu müəyyən edilmişdir. Bənzər bir araşdırmada, DHA ilə zəngin olan Omega-3 istifadə edən uşaqların yuxularının daha yaxşı olduğu müəyyən olmuşdur.
Omega-3-ün əsas faydaları:
  • Beyin inkişafı və göz sağlamlığı üçün faydalıdır.
  • Böyümə və inkişafı dəstəkləyir.
  • Ürək sağlamlığı üçün faydalıdır.
  • Dəri xərçəngi riskini azaldır.
  • Xolesterolu və trigliseridləri azaldır.
  • İmmuniteti gücləndirir
  • Uzun müddət tox saxlayır, iştahanı tarazlayır.
  • Bədəndəki yağların yandırılmasını asanlaşdırır.
  • Qan şəkəri və insulin səviyyəsinin balansını təmin edir.
Omega-3 alarkən nələrə diqqət etməlisiniz?
Omega-3 ən çox balıqda olur. Xüsusilə somon, sardina,  siyənək kimi yağlı balıqlarda olur. Həftədə ən az 2 dəfə balıq yeyin.
Balıq yeyə bilmirsinizsə və ya bunun yetərli olmadığını düşünürsünüzsə, balıq yağı əlavələrindən istifadə edə bilərsiniz. Gündə ən az 250 mq EPA + DHA qəbul etdiyinizə əmin olun. Bu, dünyada əsas tövsiyə olunan miqdardır.
Omega-3 istifadəsi üçün vacib amildir; balıq yağı kapsulu omeqa-3 tərkibinin zəngin olmasıdır. Bir kapsulun tərkibində 1000 mq balıq yağı və yalnız 100 mq DHA + EPA varsa, o yetərisz omeqa-3 dür. Yetkinlər üçün EPA, hamilə qadınlar, süd verən analar və uşaqlar üçün DHA dəyəri vacibdir.
Avropa Qida Təhlükəsizliyi Təşkilatı (EFSA); 2-18 yaşlı uşaqlar üçün gündəlik 250 mq EPA + DHA miqdarında Omega-3 qəbul etməyi məsləhət görür. DHA uşaqlarda beyin funksiyalarını gücləndirir. Bu səbəblə DHA dəyəri 250 mq və daha yuxarı olan uşaqlar üçün Omega-3 seçmək vacibdir.
Omega-3 yağ turşularının çox sayda doymamış ikiqat bağlantısı olduğundan, hava ilə təmasda olduqda quruluşları pozula bilər, dad və qoxunun pisləşməsi ola bilər.  Avropa Qida Təhlükəsizliyi Təşkilatı (EFSA); Balıq yağlarını oksidləşmədən qorumaq üçün soyuqda və qaranlıqda oksigenlə təmasdan qaçıraraq qorunmasını məsləhət görürlər. Başqa bir həll, fərdi paketlənmiş balıq yağlarına üstünlük verməkdir. Fərdi paketlənmiş balıq yağlarının oksidləşmə problemi həll olar, dad və qoxusu dəyişməz.


Mənbə: topic.az

0 şərh