Koronavirusdan qorunmağın yolları

Koronavirus ailəsinin üzvlərindən fərqli olaraq insandan insana keçən virus müalicə edilmədikdə ağciyər infeksiyalarına və kəskin tənəffüs çatışmazlığı sindromuna səbəb ola bilər. Koronavirusundan qorunmaq üçün lazımi tədbirləri görmək çox vacibdir.
Sürətlə yayılır, risk yaradır
Koronavirus digər qrip infeksiyaları kimi asqırma və öskürək nəticəsində hava damlaları vasitəsilə tənəffüs sisteminə çata bilər. Bundan əlavə, yoluxmuş səthlərə toxunaraq ağız və gözlərlə də ötürülə bilər. Öskürək və qızdırma kimi ümumi qrip şikayətləri virusun keçməsindən sonra 5-11 gün ərzində baş verir. Xəstəliyin diaqnozu tənəffüs sekresiyalarının nümunələrinə əsaslanır. Üst tənəffüs yolları ilə aşağı tənəffüs yolları birləşdikdə ağırlaşma başlayır. Bu virus sürətlə ötürülmə qabiliyyətinə malikdir və bununla da təhlükə yaradır. Koronavirusdan qorunmağın yolları
Xüsusi qoruyucu maskalar və gigiyena qaydalarından istifadə vacibdir!
Virusun ölçüsü 3 mikron civarındadır. Bu səbəbdən normal ağız və burun maskalarının xəstəliyin qarşısını almasında faydalı olmasa da, xəstələrin belə maskalardan istifadəsi virusun ətraf mühitə ötürülməsini xeyli azaldır. Antivirus maskaları daha çox xüsusi filtrlərə malikdir və qorunma gözlüklərindən istifadə edilməlidir. Gigiyena qaydalarına riayət etmək, əl təmizliyinə diqqət yetirmək, əl ilə göz, ağız, buruna toxunmamalıyıq.
Xəstəlik bu simptomlarla ortaya çıxır.
  • Hərarət
  • Öskürək
  • Nəfəs darlığı
  • İshal
  • Bulantı – Kusma
Xəstəliyin əlamətləri olan insanlardan nümunə götürülməlidir!
Xəstəlikdən əziyyət çəkən insanların müalicəsində müəyyən bir üsul hələ aşkar edilməmişdir. Virus daşıyan və virus diaqnozu olduğundan şübhələnən insanlardan bir nümunə götürülməlidir. Diaqnoz qoyulmuş insanlar karantinə alınmalı və ümumi dəstəkləyici müalicə ilə izlənilməlidir. Hələ xəstəlikdən qorunacaq bir peyvənd yoxdur.
Koronavirusun qarşısını almaq üçün xəbərdarlıqları nəzərə alın!
1.Əllərinizi tez-tez, 20 saniyə ərzində su və sabunla yuyun.
2.Uşaqlara gigiyena qaydalarını xatırladın, əllərini tez-tez yusunlar.
3.Su və sabun tapılmazsa, spirt əsaslı əl təmizləyici vasitədən istifadə edin.
4.Öskürərkən və ya asqırma zamanı ağzınızı və burnunuzu dəsmai ilə örtün, sonra onu mütləq zibilə atın.
5.Çirkli əllərlə ağzınıza, burnunuza və gözünüzə toxunmayın.
6.Yemək yeyərkən xəstələrlə eyni qabı paylaşmaqdan və yaxın təmasadan qaçının.
7.Qapı tutacaqları və oyuncaqlar kimi tez-tez toxunulan səthləri təmizləyin və dezinfeksiya edin.
8.Riskli bölgələrə səyahət etmək lazımdırsa, heyvanlarla təmasdan əvvəl və sonra əllərinizi mütəmadi olaraq yuyun.
9.Xəstə heyvanlarla təmasdan çəkinin
10.Xam və ya qaynadılmamış heyvan məhsullarını istehlak etməyin.
 
Mənbə: topic.az
 

0 şərh