Zülal və karbohidrat deposu

Mineral cəhətdən zəngin olan qarabaşaq maqnezium, dəmir və fosfat tərkiblidir. Tərkibində qluten olmadığından çölyak xəstələrinin asanlıqla seçim edə biləcəyi bir qidadır. Dadı daha çəx paxlalı bitkilərdən fərqlənir. Ən yaxın dadı bulgurdur, ancaq qarabaşaq  daha aromatik bir dada sahibdir. Zülal və karbohidrat deposu
Qarabaşağın qida dəyəri
Qarabaşağın tərkibi 13-15% zülaldır. Digər bitkisəl qidalarla müqayisədə protein səviyyəsi yüksəkdir. Buna görə çox vaxt vegan insanlar tərəfindən rahatlıqla yeyilə bilər. Tərkibində yağ təxminən 2% -dir. 75% karbohidrat olan qarabaşaqda yüksək faiz lif var. Bunun sayəsində həm sağlam bir qida alternatividir, həm də uzun müddət tox tutar. Qəbizlikdən əziyyət çəkənlər üçün də yaxşı bir lif mənbəyidir.
Qarabaşağın faydaları nələrdir?
  • Tərkibindəki P1 vitamini sayəsində xolesterolu azaldırDamarlara rahatlıq və güc təmin edərək yüksək qan təzyiqinin qarşısını alır
  • Tərkibində gluten olmadığı üçün bağırsaq üçün faydalı bir qidadır və lif tərkibinə görə həzm sistemini tənzimləyir
  • Tərkibindəkİ maqnezium, kalium, fosfor və dəmir sayəsində yüksək təzyiq, anemiya və ürək xəstələri üçün çox faydalıdır
  • Uzun müddət toxluq hissi yaradar
  • Tərkibindəki antioksidanlar sayəsində kolon, döş xərçəngi kimi xəstəliklərə qarşı profilaktikdir
  • Qarabaşağın B1, B3, B5 və B9 vitaminləri sayəsində sağlam dəri və güclü saç təmin edir
  • Qaraciyər yağının azaldılmasına kömək edir
 
Mənbə: topic.az
 

0 şərh