Yod kletkası

Yod kletkası niyə edilir? Yod dezinfeskiyaedici bir maddədir. Bu doğrudur. Yodun təsirindən mikrobların zülalı dağılır və onlar məhv ola bilir. Bu ehtimal var ki tod dəridən qana keçərək də eyni işi görə bilir. Bəs yod qana keçərsə bədəndə yod artıqlığına gətirməzmi? Yəqin ki gətirər. Buna görə də ehtiyatlı olmaq lazımdır
Bizim qalxanabənzər vəzimiz yod ilə işləyir və yod artıqlığı onun işinə müəyyən dərəcədə təsir edə bilər.
Yod kletkası çəkiləndən 2-3 saat ərzində çəkilirsə bu bədəndə yodun əksikliyindən də xəbər verə bilir. 6-8 saat sonra çəkilirsə diqqətli olmaq lazımdır. Bədəndə yod toxluğu varmış deməkdir.
Yod allergiyaya səbəb ola bilər. Ona görə ilk istifadə dirsək büküşüşünün içəri səthinə edilməlidir (buranın daha həssas olduğunu nəzərə alsaq).
Yod dərindən qıcıqlandırıcı təsir edərək qan dolaşımına müsbət təsir edir. Hərarət olduğu zaman edilməməlidir. Bir yaşdan kiçik uşaqlara ümumiyyətlə olmaz yanıq törədər deyə. 3 yaşdan kiçik uşaqlara isə qalxanvari vəzin tam funksiya göstərmədiyi səbəbdən olmaz.
Yod kletkası ürək nahiyəsinə edilməz, qalxanabənzər vəz nahiyəsinə də olmaz boğazda. Burada maddənin dəridən sorularaq matriks boyunca proyeksiyasında olduğu orqana yetişməsi ehtimalı var.
Dəridə yaralar üçün 10%li yod məhlulu istifadə edildiyi halda, ağız boşluğu və boğaz yaxalamaları üçün 1%li yod məhlulu tövsiyə edilir
Bir sözlə ehtiyatlı olmaq lazımdır və necə gəldi istifadə etmək olmaz. Xüsusilə, uşaqlarla ehtiyatlı olmaq lazımdır.
Yod kletkası
Bəzi pozulmalar zamanı yod həqiqətən çox təsirli sınanmış vasitədir. Lakin yoddan istifadə etdikdə ehtiyatlı olmaq lazımdır. Düzgün istifadə olunmadıqda yod sağlamlığa ciddi ziyan vura bilər.
Belə ki, açıq yaralar zamanı yod yaranın üzərinə düşməməlidir — bu yaranın daha da böyüməsinə, güclü ağrılara səbəb olacaq. İlk tibbi yardım göstərdikdə yod yaranın üzərinə deyil, yaranın ətraflarına (yalnız sağlam dəriyə!) çəkilə bilər.
Yodla inhalyasiya etmək olmaz. Bu ağ ciyərin toxumasının zədələnməsinə səbəb olacaq.
Yod daxilə qəbul etmək olmaz (hətta 1-2 damcı həcmində) — bu qida borusunun və mədənin selikli qişasının güclü yanıqlarına, hüceyrələrin nekrozuna (məhv olmasına) səbəb olacaq.
Dezinfeksiya təsirindən əlavə yod qıcıqlandırıcı təsirə malikdir. Dəriyə çəkildikdə yod bu sahədə damarların genişlənməsinə, qan dövranının güclənməsinə səbəb olur. Nəticədə orqanizm pozulma ilə daha fəal şəkildə mübarizə aparır — parçalanma məhsulları, toksinlər buradan daha tez xaric olunur, immun hüceyrələri bura yönəlir. Bu isə ağrıların və iltihabın azalmasına, sağalmanın tezləşməsinə, odemlərin və bərkimiş sahələrin daha tez sovrulmasına kömək edir. Təbii ki, «yod setka»sı yalnız köməkçi müalicəvi vasitə kimi və yalnız həkimlə məsləhətləşdikdən sonra istifadə oluna bilər. İstənilən qalxanvari xəstəlikləri zamanı yod «setka»sı qəti əks-göstərişdir!
Yod «setka»sı bu kimi pozulmalar zamanı istifadə oluna bilər:
— osteoxondroz (boyun və bel ağrıları zamanı)
— lyumbaqo (bel ağrıları)
— işias (bel nahiyəsində başlayan və sonra sağrı və budun arxa hissəsinə yayılan ağrı)
— nevralgiya (bədənin istənilən nahiyəsində nevroloji ağrı)
— soyuqdəymə xəstəlikləri, kəskin respirator xəstəliklər, bronxit
— mialgiyalar (əzələ ağrıları)
— hematomalar
— bağların dartılması
— oynaqlarda ağrılar
— əzələ daxili inyeksiyalardan sonra əmələ gəlmiş bərkimələr.
Yod «setka»sını çəkmək üçün qulaq çöpü istifadə olunur. Qulaq çöpü yoda yüngül datırılır və biri-birindən 1 sm məsafədə olan düz xətlər çəkilir (əvvəl şaquli, sonra üfqi). 
 
Əksər valideynlər uşaqları bir azca soyuqlayan, yaxud öskürən kimi türkəçarə vasitələr əl atırlar. Bu sırada yod çəkmək ən öndə gedən vasitələrdən biridir. Böyüklər yod çəkərkən özlərinə faydası olduğu kimi, uşaqlara da faydalı olduğunu əsas gətirərək bunu edirlər. Amma mütəxəssislər yod çəkilən zaman müəyyən nüanslara diqqət etmək lazım olduğu barədə xəbərdarlıq edir. İnterAz xəbər verir ki, mövzu ilə bağlı Ailem.az-a danışan pediatr Aytən İsmayılzadə məlumat verir ki, yod dezinfeksiyaedici bir maddədir: “Yodun təsirindən mikrobların zülalı dağılır və onlar məhv ola bilir. Bu ehtimal var ki, yod dəridən qana keçərək də eyni işi görə bilər. Amma yod qana keçərsə, bədəndə yod artıqlığına gətirə bilər. Buna görə də ehtiyatlı olmaq lazımdır. Bizim qalxanabənzər vəzimiz yod ilə işləyir və yod artıqlığı onun işinə müəyyən dərəcədə təsir edə bilər”.
Həkim deyir ki, yod çəkiləndən 2-3 saat ərzində silinib gedirsə, bu, bədəndə yodun əskikliyindən xəbər verir. Əgər 6-8 saat sonra çəkilirsə, diqqətli olmaq lazımdır. Çünki bu, bədəndə yod toxluğunun göstəricisidir.
A. İsmayılzadə qeyd edir ki, yod uşaqda allergiyaya da səbəb ola bilər: “Ona görə ilk istifadə dirsək büküşünün içəri səthinə çəkilməlidir. Yod dərindən qıcıqlandırıcı təsir edərək qan dövranına müsbət təsir edir. Hərarət olduğu zaman edilməməlidir. Bir yaşdan kiçik uşaqlara ümumiyyətlə, yod çəkmək olmaz. Çünki bu, onların dərisində yanıq törədər. 3 yaşdan kiçik uşaqlara isə qalxanvari vəzin tam funksiya göstərməməsi səbəbindən məsləhət deyil. Yod ürək nahiyəsinə çəkilməməlidir. Burada maddənin dəridən sovrularaq matriks boyunca proyeksiyasında olduğu orqana yetişməsi ehtimalı var”.
Pediatr söyləyir ki, yodu aşağıdakı qaydada istifadə etmək lazımdır: “Dəridə yaralar ucun 10 faizli yod məhlulu istifadə edildiyi halda, ağız boşluğu və boğaz yaxalamaları üçün 1 faizli yod məhlulu tövsiyə edilir. Bir sözlə, yoddan necə gəldi istifadə etmək olmaz. Xüsusilə də uşaqlara yod çəkən zaman ehtiyatlı olmaq lazımdır”.
 

0 şərh