Qızıl südün faydaları

Qızılı süd içkisi görünüşünə görə verilmiş addır. Bəs faydaları nədir, evdə hazırlamaq mümükündürmü? Bu materialda bütün suallarınıza cavab tapa biləcəksiniz:
Qızıl süd nədir?
Xam malı sarıkök və süddən ibarətdir. Rəngi sarımtıl olduğu üçün qızıl süd adı verilib. Çox faydalı olan bu içkinin tərkibində qara istiot və darçın da var.
qızıl südün faydaları
•   Nəfəs yolu infeksiyalarının müalicəsində istifadə edilir. Boğaz ağrısını yüngülləşdirir.
•   İmmun sistemini gücləndirir və allergiya ehtimalını minimuma salır.
•   Bu qarışığın içinə bir az Hindistan qozu, yağı əlavə etsəniz möcüzəvi təsiri olacaq. Rahat yuxuya dalmağa şərait yaradır.
•   Maddələr mübadiləsini sürətləndirir, həzmi yaxşılaşdırır
•   Yağların yandırılmasını sürətləndirir. Eyni zamanda uzun müddət tox tutma qabiliyyətinə malikdir. Arıqlamağa kömək edir.
•   Orqanizmi təmizləyir, bədəndə hüceyrələrin yenilənməsinə yardımcı olur.
•   Toksiki maddələrin vücuddan atılmasına şərait yaradarkən, cildi gözəlləşdirir.
•   Sızanaq yaranmasını əngəlləyir, var olanları isə sağaldır.
•   Aybaşı sanclırınn ağrılarını azaldır.
•   Qaraciyər yağlanmsına mane olur.
•   Təbii ağrıkəsicidir.

Evdə hazırlanan qızıl süd resepti
qızıl südün faydaları
Lazım olanlar:
•   2 stəkan süd (inək südü və yaxud hind qozu südü)
•   2 çay qaşığı darçın
•   2 çay qaşığı sarıkök
•   1 xörək qaşığı bal
•   bir çimdik qara istiot

Hazırlanma qaydası:
Südü bir qaba töküb qızdırın, aşağı xodda olan qazın üstünə bişirdkcə qarışdırın. Üzərinə darçın, sarıkök və istiot tökün, qaynayana kimi yaxşıca qarışdırın. Bir-birni qarışana kimi qaynadın. tamamilə bir-birinə qarışandan sonra qazı söndürüb, bir az gözləyin. İlıq olanda balı əlavə edib, yaxşıca qarışdırın. Soyumamış için.
 
Mənbə: blogum.az
 

0 şərh