Palma yağı haqqında nələri bilməliyik?

Son illər palma yağı haqqında müxtəlif fikirlər söylənir. Minlərlə məhsulun istehsalında istifadə olunan və bəziləri tərəfindən zərərsiz hesab edilən palma yağı uzun müddətdir həyatımıza daxil olub. Əsasən İndoneziya və Malaziyada palma ağaclarının meyvəsindən istehsal olunan və demək olar ki, bütün qablaşdırılmış qidalarda istifadə olunan bu yağ haqqında nələri bilmirik?
Palma yağı nədir?
Palma yağı tropik meşələrdə böyüyən palma ağacının qırmızı rəngli meyvələrinin yağından əldə edilir. Yüzdə 55 doymuş yağ olan palma yağından qablaşdırılmış qidaların demək olar ki, yarısında istifadə olunduğu məlumdur.
Harada istifadə olunur?
Təmizləyici məhsullar, şampunlar, qulluq məhsulları, rahat yeməklər, hazır pizza, hamburger, toyuq, şokolad, makiyaj və hətta diş pastalarında,uşaq yeməklərində,süd məhsullarında palma yağı var.
Palma yağı
Niyə bu qədər geniş yayılmışdır?
Oksidləşməyə qarşı müqaviməti və yüksək temperaturlara davam gətirmə qabiliyyəti onu istehlakçı sektorunda arzuolunan edir. Palma yağından Asiya və Afrika ölkələrindəki bir çox insan tərəfindən evdə yemək hazırlamaq üçün də istifadə olunur.
Yaratdığı problemlər nələrdir?
Palma yağı İndoneziya və Malayziyanın tropik meşələrindəki palma ağaclarından alınır. Ancaq bu vaxt bir çox ağac və bu ağaclarda yaşayan oranqutanlar, fillər və Sumatran kərgədanları zərər görür. Son 10 ildə oranqutan populyasiyasının yüzdə 50 azaldığı məlumdur. İndoneziyada palma yağı istehsalı səbəbindən 6 milyon hektar meşə məhv edilmişdir.
Enerjinizi yüksək tutur
Palma yağının əsas tərkib hissələrindən biri olan beta karotin, enerjinizi yüksək tutmaqla yanaşı hormon balansını tənzimləməyə kömək edir. Hindistanın Mumbay şəhərindəki Bhabha Atom Tədqiqat Mərkəzinin tədqiqatçıları təbii antioksidan mənbəyi olan palma yağının oksidləşmə zərərinin də qarşısını aldığını söyləyirlər.
Palma yağı vitaminlərlə zəngindir
Manchester Metropolitan Universitetinin Bəslənmə Elmləri Bölməsindən Haleh Moravej E vitamininin bir növü olan palma yağının beyin inkişafına müsbət təsir göstərə biləcəyini söyləyir.
Hamilə qadınlar üçün vacibdir
Hamiləlik zamanı A, D və E vitaminləri qəbul etmək çox vacibdir. Bu vitaminlər palma yağı tərkibində də var. Hamiləlik dövründə işlənməmiş palma yağı istehlakı tövsiyə olunur.
Palma yağının zərərləri nədir?
Ürək sağlamlığına zərərlidir
Palma yağında trans yağ olmasa da, ondakı yüksək doymuş yağ tərkibi ürək üçün zərərlidir.1997-ci ildə İngiltərədə 147 nəfər üzərində aparılan  araşdırma palma yağı içərisində olan palmitik turşunun xolesterolu artırdığını sübut etdi.
Həzm etmək çətindir
Palma yağının saflaşdırılması, tərkibindəki qida maddələrinin dəyişməsinə səbəb olur. “Cooking for Healthy Healing” kitabının müəllifi doktor Linda Page təmizləndikdən sonra metamorfoza məruz qalan palma yağının həzm edilməsinin çox çətin olduğunu bildirir.
Kanserogen ola bilər
Palma yağındakı bəzi maddələrin xərçəngə səbəb ola biləcəyini söyləyən EFSA (Avropa Qida Birliyi Komitəsi) istehlakında bədənə daxil olan glisidil yağ turşusunun həzm prosesindən sonra glsidiol adlı bir maddəyə çevrilə biləcəyini və şişin böyüməsinə səbəb ola biləcəyini bildirir.
 
 

Müəllif: Samirə İsmayılova,
Mənbə: “İki sahil”

0 şərh