Ən tanınmış sağlamlıq resepti

Sarımsaq və limon qarışığı ən tanınmış xalq təbabəti reseptlərindən biridir.
Bu qarışığın bir çox faydalı xüsusiyyətləri var:
  • damarları möhkəmləndirir, damarları daha elastik edir, damarların partlaması riskini azaldır
  • xolesterinin səviyyəsini aşağı salır, ürək-damar sistemi xəstəliklərin riskini azaldır
  • immun sistemini möhkəmləndirir
  • orqanizmdə iltihabı azaldır
  • orqanizmə virus və mikrob əleyhinə təsir edir
  • dərinin və saçların vəziyyətini yaxşılaşdırır
  • qurdqovucu təsir edir
  • orqanizmin tonusunu qaldırır
  • orqanizmi cavanlaşdırır.
Sarımsaq limon
Sarımsaq və limonun möcüzəvi xeyri:

  • Damarlarda kirəclənmənin qarşısını alır, damar sərtliyi və təzyiqi normallaşdırır;
  • Böyrək daşlarını əridir;
  • Bədəndəki şişkinliyi aradan qaldırır;
  • «Helycobeacter pylori» adlı xora mikrobunu məhv edir;
  • Mədə və onikibarmaq bağırsağın xora xəstəliyini müalicə edir;
  • Romatizmal iltihabın qarşısını alır, ağrıları azaldır;
  • Beyin və bütün sinir sistemlərini yeniləyir;
  • İflic və vertiqo xəstəliklərinin müalicəsində istifadə olunur;
  • İmmuniteti gücləndirir; allergiyaları birdəfəlik aradan qaldırır;

Sizə limon və sarımsaq qarışığının reseptini təqdim edirik:

  • 2 baş sarımsaq
  • 6 limon

Hazırlanması:

1. Sarımsağı təmizləyin və blenderdə əzin.
2. Limonları yaxşı yuyun, 4 hissəyə bölün, tumları çıxardın. Qabıqlı şəkildə blenderdən keçirin və sarımsağın üzərinə töküb yaxşı qarışdırın.
3. Qarışığı təmiz şüşə bankaya tökün, bankanı təmiz pambıq parça ilə bağlayın və 1 həftə ərzində sərin qaranlıq yerdə saxlayın. Kütləni hər gün qarışdırmaq lazımdır.
4. 1 həftədən sonra qarışığı qəbul etmək olar. Axşam yatmazdan qabaq qarışıqdan 1 çay qaşığı götürüb 1 stəkan ilıq təmiz suya əlavə edib için.

Bu qarışığı ildə 2 dəfə (yarım ildən bir) hazırlamaq və 2 həftə ərzində qəbul etmək lazımdır.
 

Mənbə: Saglamolun.Az
 

0 şərh