Yorğunuğunuzu 7 gündə unudun

Yorğun bir həftədən sonra orqanizminiz dincəlməyə ehtiyac hiss edir. Elə isə yorğunluğunuzu aradan qaldırmaq üçün nə etməlisiniz? Bu barədə mütəxəssislər aşağıdakıları məsləhət görürlər:  




Bazar ertəsi:
Həftənin ilk gününə B vitamini ilə zəngin yeməklərlə başlayın. Bu sizin ehtiyac duyduğunuz enerjini bərpa etməyə imkan verər. Xatırladaq ki, B vitamini daha çox qızıl balıqda, toyuqda, qarğıdalıda, buğdada və lobyada olur.

Çərşənbə axşamı:
Həftənin ikinci günü doyunca yatmağa çalışın. Axşam yeməyində makaron, kartof, düyü və ya çörək yeməyi unutmayın. Bu qidalardakı nişasta orqanizmə yavaş-yavaş yayıldığı üçün sizin rahat yatmağınıza kömək edər.

Çərşənbə:
Az da olsa qaçın. Təmiz hava almağı da unutmayın. Çünki gün ərzində qapalı mühitdə qalan orqanizm halsızlaşır.

Cümə axşamı: Enerjinizi bərpa etməyə imkan verən yüngül yeməklər yeyin.

Cümə:
Şirin şeylərdən uzaq olmağa çalışın. Şirin şeylər qandakı şəkər miqdarını artırır və insana müvəqqəti enerji verir. Lakin qan şəkərinin birdən-birə artması mədəaltı vəzinin daha çox insulin ifraz etməsinə səbəb olur. Bu da hormonal tarazlığın pozulmasına gətirib çıxarır.

Şənbə:
C vitamini qəbul etməyə başlayın. Tərkibində maqnezium, dəmir, sink olan qidalar enerjinizin artmasına kömək edər. Xatırladaq ki, sitrus bitkiləri ilə yanaşı qara istiot, kartof və qırmızı istiot da C vitamini ilə zəngindir. Dəmiri taxıl və mərciməkdən, maqneziumu isə yaşıl tərəvəzdən almaq olar.

Bazar: Istirahət günüdür deyə bütün günü yatmayın. Qalxın və əzələlərinizi açmaq üçün təmrinlər edin. Tez yorulsanız, enerji artıran içkilər için...

 

Mənbə: "Ailəm" jurnalı

Bu mətn internet aləmində ilk dəfə olaraq yayımlanır.
Mətndən istifadə edərəkən istinad etmək (saytın adı kayzen.az) mütləqdir,əks halda halal edilmir.

15 şərh

Silen_ce
enerji artıran içkilər deyəndə nə nəzərdə tutulur?..
ORIGINAL
Yəqin «Red Bull» tipli içkilər)
Silen_ce
mən də elə düşünürəm… amma «Ailəm» kimi jurnalda bu tipli içkiləri məsləhət görən məqalənin olmasına inanmaq istəmirəm
ORIGINAL
Düzdü,bir qədər qaranlıq qaldı
Silen_ce
onda bu sağlam həyat tərzi olmadı ki, kofeinli həyat tərzi oldu))
ORIGINAL
))amma ona da fikir vermək lazımdı ki, 
Tez yorulsanız, enerji artıran içkilər için…yazılıb.Gərək tez yorulmayaq)
Silen_ce
mən də gərək lüğəti açım «TEZ» sözünün mənalarına baxım, müddəti ilə tanış olum))))
Gülnar
Yəqin meyvə şirələri nəzərdə tutulub enerji artıran şirələr deyəndə…
Silen_ce
meyvə şirələri adətən susuzluğu kəsmək məqsədilə içilir, onların enerji artıran içki adlandırıldığını bu günə qədər eşitməmişəm…
Gülnar
Təbii meyvə şirələri sağlamlığa xeyirdir, vitaminlə zəngindir, bundan belə nəticəyə gəlmək olar ki, enerji artırır..Həm də mağazadan alınan meyvə şirələrinin üzərində enerji dəyəri yazılır…
Mikola-Mikola
meyve sireleri enerji artiran deyil axi
Perishan
inanmiram «Ailem» jurnali red bull.u nezerde tutsun...enerjini meyve sireleri ile de artirmaq olar...yeqin ki bedeni vitaminlerle temin etek nezerde tutulubdu