Рейтинг
+117.98

sağlam həyat tərzi

103 üzv, 926 topik

Günorta yuxusu

İndi insanlar günorta saatlarında yatmağa “günorta uşaqlar yatar” deyə  boş yanaşır. Ya da ağır iş həyatı ilə bağlı olaraq günorta yatmağa vaxt olmur. Halbuki gün ərzində azca yatmağın diqqəti artırdığı, bacarıqları yaxşılaşdırdığı, hafizə və zəkanı inkişaf etdirdiyi deyilir.

Yuxu beyin funksiyalarını və görmə bacarığını inkişaf etdirir, fiziki və ruhsal yaxşılaşmanı sürətləndirir.

Öyrənilməsi çətin olan kəlmələri yaddaşda saxlamaq üçün həm gecə, həm də gündüz yuxusunun faydaları var.

Araşdırma zamanı bir fincan qəhvədəki kafein ilə 60-90 dəqiqə gündüz yuxusunun fərqli hafizə testləri üzərində testi müəyyən edilib.

Qəhvənin heç bir təsirinin olmadığı görülərkən, günorta yuxusunun hafizə performansını inkişaf etdirdiyi təsbit edilib.


Ardı →

Narahat ayaq sindromu

Gecəni səhərə kimi yatmayıb, ayaq ağrısından şikəyətlənənlərdə ağrının səbəbi əksər hallarda narahat ayaq sindromu ilə əlaqədar olur.

Narahat ayaq sindromu (NAS) aşağı ətraflarda sakitlik halında, xüsusən də gecə yatarkən baş verən xoşagəlməz hissiyyat və ağrıdır.

Statistika göstərir ki, dünya əhalisinin hər 10 nəfərindən birində həmin narahatlıqlar müşahidə olunur. Bütün yaş qruplarında olanlar narahat ayaq sindromundan əziyyət çəkə bilər, lakin ona daha çox orta yaş qrupu və yaşlılarda rast gəlinir.

Şikayət hallarının yarıdan çoxunda heç bir nevroloji və ya somatik xəstəlik aşkar olunmur. Ona görə də xəstəyə birincili və ya idiopatik NAS diaqnozu qoyulur.

Birincili NAS çox vaxt irsi xarakter daşıyır və 30 yaşa qədər meydana çıxır. Lakin bir çox tədqiqatçılar ağrının yaranmasında xarici mühit faktorlarının da əhəmiyyət daşıdığını qeyd edirlər.


Ardı →

Uşaqların sümüklərinin möhkəmləndirilməsi

Sağlam və möhkəm sümük sistemi insanın ümumi sağlamlığında böyük rol oynayır. Möhkəm sümük sistemin təməli uşaqlıqda qoyulur. Bu səbəbdən uşağın sümüklərini daim möhkəmləndirmək lazımdır.

Kalsium sümüklərimizin əsas tikinti materialıdır. Bu elementin çatışmazlığı nəticəsində uşağın sümükləri daha zəif və kövrək olur. Bunun nəticəsində isə uşaq sınıqlara meyilli olur, sümüklər gec bitişir, boyatma ləngiyir və s.

Bu səbəbdən doğulduğu andan başlayaraq uşaq orqanizminin kalsiumla normal təmin olunmasına ciddi fikir vermək lazımdır.

1. Ana südü
Körpələrdə ana südü ilə qidalandırma böyük rol oynayır. Ana südündə olan bütün faydalı maddələr (o cümlədən, kalsium elementi) çox asanlıqla uşağın orqanizmi tərəfindən mənimsənilir. Ana südü ilə qidalandırma mümkün olmadıqda uşağa donor südü verilməlidir. Bu da mümkün olmadıqda isə uşaq müasir süni süd qarışıqları ilə qidalandırılmalıdır.
Ardı →

Növbəli işin zərəri

Hesab edilir ki, bioloji saatın işinin pozulması belin ölçüsünə, hormonlara, yuxuya pis təsir edir, diabet riski yaradır.

Bu səbəbdən həkimlər növbəli işdə çalışanlara düzgün, balanslaşdırılmış qida rasionundan istifadə etməyi məsləhət bilirlər. 

Diabet korluğa, ürək tutmalarına və insulta, həmçinin əsəblərin və qan damarlarının zədələnməsinə, ayaqların amputasiyasına səbəb ola bilər.

BBC bildirir ki, tədqiqatda 226 min insanın göstəriciləri analiz edilib.

Quançjouakı Elm və Texnologiya Universitetinin alimlərinin apardıqları tədqiqat göstərib ki, növbəli iş zamanı 2-ci tip diabet riski 9% artıb.
Ardı →

Dadlı və faydalı səhər yeməyi

Səhər yeməkləri həm dadlı, həm də xeyirli olmalıdır. Müsli – səhər yeməkləri üçün ən yaxşı variantdır. Müsli tez mənimsənilir, vitamin və mikrolementlərlə zəngindir, qanda xolesterinin miqdarını azaldır, mübadilə proseslərini tənzimləyir.

Bundan əlavə qəbizlikdən əziyyət çəkən insanlar üçün bu qida əsl müalicəvi effekt verir ki, bağırsaqları “işləməyə” vadar edir. Bu xeyirli yeməyin bir neçə reseptini sizə təqdim edirik.

Zövqünüzə və səhhətinizə uyğun olaraq müxtəlif yarmalara (buğda, yulaf, darı və s.) xoşladığınız meyvələri, giləmeyvələri, meyvə quruları, çərəzlər və s., şirələr ələvə edə bilərsiniz. Nuş olsun!

Ərik və alma ilə müsli

3 stol qaşığı yulaf yarması (“gerkules”) bir qədər ilıq qaynanmış suda isladın. 5 ədəd ərik və 1 almanı xırda doğrayın və yarmaya əlavə edin. ¼ stəkan yağı az olan xama, 2 çay qaşığı bal və xırda doğranmış 3-4 qoz ləpəsi əlavə edib yaxşı qarışdırın.


Ardı →

Somnambulizm - yuxuda gəzmək və önləmə tədbirləri.

Valideynlərin bir çox hissəsi uşaqların yuxuda danışmağı ilə üzləşir.

Uşaq yuxuda sözlər, cümlələr deyir. Adətən bunun səbəbi gün ərzində keçirilmiş streslər, yorğunluq, yuxunun az olmasıdır. Bu hal heç bir xüsusi müalicə tələb etmir və valideynləri narahat etməməlidir.

Belə hesab olunur ki, somnambulizm (yuxuda gəzmək) uşaqların 10-30%-də heç  olmazsa 1 dəfə qeyd olunur. Oğlanlarda bu hala qızlarla müqayisədə daha tez-tez rast gəlinir.

Kənardan baxan insan üçün somnambulizm kifayət qədər qorxunc görünür. Yuxuya getdikdən 1-3 saat sonra uşaq ayağa qalxır, gəzməyə və ya hər hansı hərəkətlər etməyə başlayır (paltarını geyinir, oyuncaqların yerini dəyişir, soyuducunun qapısını açır və s.). Bu zaman uşaq dərin yuxuda olur, ətrafdakılara heç bir reaksiya vermir. Uşağı oyatmaq çox çətindir. Əgər bu mümkün olursa, uşaq özünə gələ bilmir, ətrafda olanları başa düşmür, heç nə xatırlamır.     
Yuxuda danışmaq və gəzmək kimi hallar irsiyyətlə bağlıdır. Əksər hallarda somnambulizm da heç bir xüsusi müalicə tələb etmir və uşağın 14-16 yaşına kimi keçir.


Ardı →

Kamfora yağı

Kamfora Şərqdə qədim vaxtlardan tibbdə çox geniş istifadə olunurdu. Onun köməyi ilə ağrılar, iltihablarla mübarizə aparırdılar. İnsanlar inanırdı ki, kamforanın kəskin iyi qara güvvələri qovur.

Kamfora təbii müalicəvi vasitədir. Kamfora yağını kamfora ağacından istehsal edirlər.

Kamfora yağı müasir dövrdə də həm tibbdə, həm də kosmetologiyada geniş istifadə olunur. Kamfora yağı bir çox qızdırıcı, ağrısızlaşdıran, iltihabəleyhinə mazların tərkibinə daxildir.

Ev şəraitində təmiz kamfora yağı müxtəlif ağrılar və iltihablar zamanı təbii müalicəvi vasitə kimi uğurla istifadə oluna bilər. Kamfora yerli qan dövranı yaxşılaşdırır, iltihabı azaldır, sinir sisteminə çox müsbət təsir edir, sakitləşdirir, ürəyin fəliyyətinə müsbət təsir edir.


Ardı →

Güclü və sağlam saçlara sahib olmağın yolları - Dermatoloji Mütəxəssisi Həkim Ata Nejat Ertek

Sağlam və baxımlı saçlar üçün soyuq aylarda saçlarınızına daha çox diqqət göstərməlisiniz. Budur saç baxımınızda diqqət yetirməniz lazım olanlar məqamlar ...

Sağlam və gözəl saçlara sahib olmaq hər kəsin arzusudur. Dermatoloji Mütəxəssisi Həkim Ata Nejat Ertek mövzu ilə əlaqədar maraqlı məlumatlar verir.

Qış aylarında hava çox quru olduğu üçün saçlara daha çox diqqət göstərilməsinin lazımlı olduğunu vurğulayan Ata Nejat Ertek bildirir ki, «Tez-tez yumaq saçı qurudar, icələrək qırılmasına səbəb olur. Saçları 3 gündə bir yumaq böyük şəhərlərin çirkli havası səbəbi ilə məcburidir. Saç dibləri və saç üzərində olan turşu və qoruyucu lipid təbəqəni əritdiyi üçün saçınızı çox isti suyla yumayın. İlıq su istifadə edin, çünki sağlam saçlar üçün saçınızı ilıq su ilə yumağınız faydalıdır».

Saçı kip şəkildə yığmaq qopmasına səbəb olur.


Ardı →

İştahsız uşaqlar üçün faydalı məsləhətlər

Uşaqları kiçik olan və hər yeməyi bəyənməyən körpələrin valideynləri, nahar vaxtı çox sıxıntı keçirirlər.

Sağlam, cəlbedici hesab etdiyimiz bütün ərzaqlardan dadlı yeməklər hazırlamaqlarına baxmayaraq, bu yeməklərin əksəriyyəti uşaqların kürsüsündən döşəməyə tökülür. Ən pisi isə odur ki, uşaqların bu hərəkətərini valideynlər ürəklərinə salır və bunu valideyn laqeydsizliyi kimi dəyərləndirirlər. Harda səhvə yol verilir? Bu uşaqlar niyə hər qidanı bəyənmirlər?

Körpələr niyə hər qidanı bəyənmir? 
Hər qidanı bəyənməmək, körpəliyin bir hissəsidir. 1-3 yaş arası körpələrin bir çox qidalara əhəmiyyət verməməsinin inkişafi səbəbləri var. Bir il sürətli inkişafdan sonra (orta hesabla 1 yaşlı körpə öz doğum çəkisindən 3 dəfə artır), körpələrin çəkisi daha yavaş artmağa başlayır. Odur ki, təbii ki, onlar daha az qidaya ehtiyac duyur. Həmçinin körpələrin daim hərəkətdə olması da onların qida vərdişlərinə təsir edir. Gün ərzində az miqdarda qida atışdırmaq, bu məşğul kəşfçilər üçün tam doyumlu yemək yeməkdən daha yaxşıdır.

Bunu anlayan valideynin məqsədi sadəcə düzgün qidanı almaq, onu, qidalandırıcı maddələrini maksimum qoruyacaq şəkildə hazırlamaq (qaynatmaq yerinə buxara vermək, qızartmaq yerinə sobada bişirmək) və onu yaradıcı şəkildə onlara təqdim etməkdir. Qalanı isə uşaqlara qalır. Nə qədər yeyəcəkləri, nə vaxt yeyəcəkləri və ümumiyyətlə yeyib-yeməyəcəkləri onların məsuliyyətidir.


Ardı →

Gənəgərçək yağının faydaları

Əvvəllər gənəgərçək yağı daha geniş istifadə olunurdu. Keçmiş əsrdə bu yağın köməyi ilə soyuqdəymələr, iltihablar, yaralar, qəbizlik və s. müalicə edirdilər.

Keçmişdə gənəgərçək yağı doğuşun stimulyasiyası məqsədi ilə də istifadə olunurdu. Bağırsaqların fəaliyyətini gücləndirən gənəgərçək yağı həmçinin uşaqlığın yığılmasına da təkan verir.

Nənələrimiz gənəgərçək yağını üz və saçlarına qulluq etdikdə də çox geniş istifadə edirdilər. Təəssüf ki, hal hazırda bu yağ və onun faydalı xüsusiyyətləri ədalətsiz olaraq unudulub. Gənəgərçək yağının faydalı xüsusiyyətləri haqqında sizə məlumat vermək istərdik.

Gənəgərçək yağı tam təbii vasitədir. Bu yağ gənəgərçək ağacından istehsal olunur.

Gənəgərçək yağı həqiqətən yaxşı işlədici təsirinə malikdir. Yağ bağırsaqların fəaliyyətini yaxşılaşdırır. Böyüklər üçün doza — 2-3 xörək qaşığı gənəgərçək yağı. Yağın təsiri 2-6 saatdan sonra baş verir. Lakin bütün digər işlədici vasitələr kimi, gənəgərçək yağından da tez-tez istifadə etmək olmaz. Bu bağırsaqları «tənbəl» edəcək. Qəbizliyin səbəbini təyin edib aradan qaldırmaq lazımdır.


Ardı →